əkinçiliyi çətinləşdirir. Qarışıq meşələrin torpaqlarında göl-
buzlaq, su-buzlağı çöküntüləri də yayılmışdır. Valday
dövrünün buzlaq törəmələrinin sərhəddində suayrıcı
sahələri lösşəkilli örtüklərə malikdir, geniş qədim vadilərdə
isə qədim allüvial qumsal çöküntülər toplanmışdır. Geniş
ovalıqları əhatə edən su-buzlaq və qədim allüvial qumlar
kvarsla zəngin olmaları və silikat qırıntılarının azlığı ilə
fərqlənirlər.
13.2. Qarışıq meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Avropa ovalığında tayqa meşələrinin ən səciyyəvi
avtomorf torpaqları çimli-podzol adlanan torpaqlardır.
Onlar yalnız gillicəli torpaqəmələgətirən süxurlar üzərində
əmələ gəlirlər. Bu torpaqlar örtük gillicələr üzərində əmələ
gəldikdə onların quruluşu daha aydın ifadə edilir.
Torpaqəmələgətirən lösşəkilli gillicəli süxurlar üçün
xas olan prizmavari strukturun meydana çıxması ilə qatın
aşağı sərhəddini inamla müəyyən etmək olur. Qat bütün
qalınlığı boyu, A
2
qatından gətirilmiş materialın pazşəkilli
ağımtıl dilləri və çatların qleyli göyümtraq-ağımtıl divarları
ilə kəsilir.
Qarışıq meşələr zonasının çay aralarındakı
torpaqların səthində bataqlıqlaşma prosesi baş verə bilir.
Bu da öz növbəsində anaerob proseslərin inkişafına və ot
bitkilərinin məhv olmasına səbəb olur, həmin yerlərdə
sfaqnum mamırları inkişaf etməyə başlayır. Üst
bataqlıqların landşaftlarında torflu-qleyli-podzol (qleyli-
qalıq-podzol) torpaqlar əmələ gəlir. Onların profillərinin
36
xüsusiyyəti, ilk podzol qatı qalıqlarını saxlamaqla podzol
səthidə qley qatının inkişaf etməsidir.
Çimli-karbonatlı torpaqların və ya
rendzinlərin profili qeyd olunan
profillərdən
kəskin
fərqlənir.
Sonuncular, avtomorf şəraitlərdə
kalsium karbonatla zəngin olan,
torpaqəmələgətirən süxurlar üzərində
əmələ gəlir. Bu torpaqlar, Leninqrad
vilayəti, Latviya və Estoniya
respublikaları daxilində ordovik
karbonat çöküntülərinin inkişaf etdiyi
sahələr üçün xüsusilə səciyyəvidir. Bu
yaylanın özülünün tərkibində çoxlu
miqdarda yerli karbonatlı süxurların
daşları olan, səthidən nazik moren
gillicələri ilə örtülmüş, karbonatlı
süxurlar təşkil edirlər. Estoniyada belə
gillicələr rixk adlanır.
Meşə altında, yerli karbonatlı süxurların qırıntılı
materialları ilə zənginləşmiş belə nazik gillicələr
üzərindəki çimli-karbonatlı torpaqların profili inkişaf edir.
13.3. Qarışıq meşə torpaqlarının genetik
xüsusiyyətləri.
Qarışıq meşələrin avtomorf torpaqları yaxşı ifadə
edilmiş yuyan su rejimi şəraitində inkişaf edir. Atmosfer
yağıntıları torpağa daxil olaraq və həll olan humus
birləşmələri ilə zənginləşərək hər il torpaq–qrunt qatını
Şəkil 13.2
37
böyük dərinlikdə yuyur. Humus birləşmələri torpağın
səthində olan cansız üzvi maddələrin parçalanması
hesabına əmələ gəlir. Qarışıq meşələrdə mikrobioloji
fəaliyyətin intensivliyi sayəsində tayqaya nisbətən
töküntülər sürətlə dəyişilir və qarışıq meşələrin döşənəyi
daha çox parçalanır. Döşənəyin miqdarı meşənin tərkibi
ilə əlaqədardır. İynəyarpaqlı ağacların nisbət miqdarı
artdıqca cansız üzvi maddələrin də miqdarı yüksəlir.
Məsələn, Belorusiyada küknarlıqda döşənək ehtiyatı 500
s/h-dan çoxdur, iynəyarpaqlı-enliyarpaqlı meşələrdə isə
200 s/h yaxındır. Bu, iynə və enliyarpaqlıların müxtəlif
tərkibə və müxtəlif davamlılığa malik olmalarından irəli
gəlir.
A
0
və A
1
qatlarında demək olar ki, üzvi maddələrin
bütöv kütləsi cəmlənmişdir və canlı orqanizmlər
tərəfindən seçmə yolu ilə udulan kimyəvi elementlər
toplanmışdır.
Qarışıq meşələr zonası şəraitində cansız üzvi
maddələrin parçalanması zamanı xeyli miqdarda humin
və fulvoturşular əmələ gəlir. Humin turşularının olması
sayəsində o, boz rəng alır. Fulvoturşuların çoxluğu turş
reaksiyanın əmələ gəlməsinə səbəb olur. Suda yaxşı həll
olan bu turşu bütün profil boyu su ilə paylanır.
Humus turşuları ilə zənginləşmiş süzülən turş torpaq
suyunun, torpaqların profilinə çox güclü təsir göstərməsi
şübhə doğurmur. Lakin bu prosesin mexanizmi haqqında
vahid fikir yoxdur. Bir sıra alimlər belə hesab edir ki, bu
torpaqların profilinin əmələ gəlməsində silikatların
parçalanması və azad olmuş silisium, alüminium, dəmir
oksidlərinin profilin üst hissəsindən çıxarılıb onların bir
38
hissəsinin illüvial qatda çökməsi nəticəsində açıq rəngli A
2
qatının yaranmasıdır. Torpaq və qrunt sularında silisium,
dəmir və başqa kimyəvi elementlərin daim olması bu fikri
təsdiq edir. Başqa torpaqşünaslar açıq-boz qatın əmələ
gəlməsini torpağın yuxarı qatının mövsümü olaraq su ilə
zənginləşməsi və reduksiya, oksidləşmə şəraitlərinin
vaxtaşırı bir-birini əvəz etməsinin nəticəsi kimi izah
edirlər. Bu halda dəmirin bir hissəsi iki valentli formada
yuyulub aparılır, bir hissəsi yenitörəmələr şəklində birləşir
və torpağın üst hissəsində açıq rəngli qat əmələ gəlir.
Faktlar göstərir ki, təsvir edilən torpaqların
profillərinin əmələ gəlməsində süzülən torpaq sularının
təsiri altında dispers hissəciklərin yerdəyişmə prosesləri
mühüm rol oynayır. İlk dəfə K.A.Qlinka (1924) tərəfindən
əhəmiyyəti qeyd edilən bu proses 50 – ci illərdə Qərbi
Avropa torpaqşünasları tərəfindən (F.Dyuşofur, J.Ober,
P.Kundler və b.) hərtərəfli öyrənilmiş və lessivaj
adını
almışdır.
Torpaq qatlarının kimyəvi analizlərinin məlumatları
göstərir ki, silisium oksidinin miqdarı profilin yuxarı
hissəsində bir qədər çox olur, suların gətirib topladığı
qatda isə onun miqdarı bir qədər azalır, başqa oksidlərin
miqdarı isə çoxalır. Məlumdur ki, kimyəvi elementlərin
əsas hissəsi torpaqda oksidlər formasında deyil,
minerallar şəklindədir. Buna görə, torpağın genetik
qatlarının qanunauyğun dəyişilməsini anlamaq üçün,
profil üzrə mineralların paylanmasını aydınlaşdırmaq
lazımdır. Qranulometrik analizlər tamamilə dəqiq göstərir
ki, B qatında narın dispersli hissəciklərin miqdarı kəskin
surətdə artır. A
0
qatında fulvoturşularla zənginləşən turş
39
Dostları ilə paylaş: |