buzlaq dənizi və aysberqlərin gətirdiyi qara yura
gillərindən törəmişdir.
Qaratorpaqların bataqlıqlardan əmələ gəlməsi
nəzəriyyəsinin tərəfdarları belə hesab edirdilər ki,
keçmişdə qaratorpaq zonasının yerində şiddətli
bataqlaşmış tundra ərazisi olmuşdur. Sonradan isti iqlim
şəraitində ərazinin tədrici drenləşməsi ilə əlaqədar
bataqlıq və tundra bitkilərinin sürətlə çürüməsi prosesi
baş vermiş, bataqlıq lili və yerüstü bitkilərin bitməsi ilə
qaratorpaqların əmələ gəlməsinə şərait yaranmışdır. Bu
nəzəriyyənin tərəfdarları E.İ.Eyxonvald (1850) və
N.D.Borisyak (1852) olmuşdur.
Üçüncü fərziyyəyə görə qaratorpaqlar yerüstü ot
bitkilərindən əmələ gəlmişdir. Yəni onun əmələ gəlməsi
botaniki təməl üzərində qurulmuş başqa
torpaqəmələgətirən amillərə əhəmiyyət verilməmişdir. Bu
nəzəriyyənin irəli sürülməsi akademik F.Ruprextin (1866)
adı ilə bağlıdır.
Lakin söylənilən bütün fərziyyələrin hər birinin öz
çatışmayan cəhətləri olduğundan bu mürəkkəb məsələnin
həllinin demək olar ki, üstü açıq qalmışdır.
Bu problemi torpaqşünaslıq elminin banisi hesab
olunan V.V.Dokuçayev özünün qara torpaq zonasında 5 il
(1876-1881) apardığı tədqiqatları ilə parlaq surətdə həll
etmişdir.
V.V.Dokuçayevin 1883-cü ildə çap olunmuş 650
səhifəlik böyük həcmli “Rus qaratorpağı” (“Русский
чернозем”) adlı elmi əsəri çapdan çıxmışdır. Bu əsər
onun doktorluq dissertasiyası olmuş, Dokuçayevə çox
böyük elmi şöhrət qazandırmışdır. O, qaratorpaqları
69
Rusiyanın əsas sərvəti adlandırıb qeyd etmişdir ki, elə bir
rəqəm yoxdur ki, onunla bizim qara torpağın gücünü,
qüvvəsini təyin edib qiymətləndirmək mümkün olsun.
Dokuçayev qara torpağı bütün “torpaqların şahı”,
“təbiətin 4-cü səltənəti” adlandırmışdır. O, hətta qara
torpağı “çaparda heç kim tərəfindən ötülməyən ərəb atına
bənzədir” və təsdiq edir ki, “qara torpaq Rusiya üçün
qızıldan, daş kömürdən və neftdən qiymətlidir”.
V.V.Dokuçayev qara torpaq haqqında ehtirasla danışıb
onu tərifləyərkən heç də səhv etməmişdi. Onun bu
təriflərini rus elminin başqa korifeyləri də V.İ.Vernadski,
P.A.Kostıçev, N.M.Sibirtsev, V.R.Vilyams, L.İ.Prasolov və
başqaları da təsdiq və təkrar etmişlər. Məsələn, torpaq
coğrafiyası elminin böyük sərrafı L.İ.Prasolov qara torpağı
“bəşəriyyətin əsas taxıl ambarı” adlandırmışdır.
Dokuçayevin tələbəsi, akademik V.İ.Vernadski qara
torpaqları qiymətləndirərək obrazlı ifadələrlə göstərmişdir
ki, “qurbağa fiziologiyanın, kalsit kristalloqrafiyanın,
benzol üzvi kimyanın tarixində böyük rol oynadıqları kimi,
qara torpaq da torpaqşünaslığın tarixində elə bir görkəmli
rol oynamışdır”
6
. Buna görə rus xalq sözü “чернозем”
elmi termin kimi dünya miqyasında beynəlxalq hüquq
almış, bütün dünya xalqlarının dillərinə daxil olmuşdur.
15.2. Torpaqəmələgəlmənin ümumi şəraiti
Qaratorpaqların əmələgəlmə şəraiti qərbdən
şərqə doğru iqlimin kontinentallığının artması ilə
6 В.И.Вернадский. Страница из истории почвоведения, // Научное
слово, кн. 6, 1904, стр.13
70
səciyyələnir. Şərqi Avropa hissəsinin cənub-qərbində orta
illik temperatur 8-10
0
C təşkil edir, Uralın şərqində mənfi 2-
3
0
C qədər aşağı düşür. Qərb rayonları zonasında qış
nisbətən isti və mülayimdir, şərq vilayətlərində sərt və
azqarlıdır. Moldaviyada yanvarın orta temperatur cəmi -
2÷ -4
0
C–dir, Baykaldan şərqə isə - 25÷ -28
0
C-yə qədər
aşağı enir. Qərbdən şərqə tərəf şaxtasız günlərin (300-
dən 110-a qədər) və illik yağıntıların miqdarı (qərbdə 500-
600 mm-dən, şərqdə 250-350 mm-ə qədər) azalır.
Lakin isti vaxtlarda müxtəlif vilayətlərin kontrastları
aradan qalxır. Məsələn, isti dövrdə bütün zona boyu 200-
300mm yağıntı düşür. Şərqi Avropa hissəsi bozqırlarında
iyun ayında orta temperatura 19-24
0
C-dir. Uraldan şərqə
tərəf isə 17-20
0
C təşkil edir. Yanvarın orta temperaturası
4
0
C-dən - 25-27
0
C-dək dəyişir. İyulun orta temperaturası il
boyu qərbdə 23-25
0
C, şərqdə isə 19-21
0
C arasında
dəyişir. 10
0
C-dən yüksək temperaturun davamiyyəti meşə
bozqırın qərb rayonlarında 150-180 gün, şərqdə isə 90-
120 gün təşkil edir. 10
0
C-dən yuxarı temperaturların cəmi
zonanın meşə-bozqır hissəsində 2400-3200
0
C, şərqdə
isə 1400-1600
0
C arasında dəyişir. Yağıntıların miqdarı
qərbdə və Ön Qafqaz hissəsində 500-600mm, şərqə tərəf
azalıb 300-400mm, Qərbi Sibir və Şimali Qazaxıstanda
isə 300-350mm təşkil edir. Bütövlükdə qaratorpaq yayılan
ərazilərdə rütubətlənmə qənaətləndirici deyildir. Bozqır
zonasında rütubət defisiti daha çoxdur. Onun nisbəti 0,50-
0,66 arasında dəyişir. Yağıntıların böyük hissəsi yayda,
çox zaman leysan yağışlar şəklində düşür ki, bu da səthi
axını gücləndirir və suyun torpağa daxil olmasını azaldır.
Yay dövründə torpaq quruyur, buna səbəb tez-tez əmələ
71
Dostları ilə paylaş: |