Orta Rus təpəliklərindən cənuba doğru, daş-kömür
dövrünün çöküntülərinin (Donetsk alçaq sıra dağları) və
dokembr kristal süxurlarının (Azon kristal massivi) üzrə
çıxdığı sahələrədə, lösşəkilli çöküntülərin qalınlığı azalır,
Ön Qafqazda isə yenidən kəskin surətdə artır.
Dnepr və Don çaylarının aşağı axınları boyu xeyli
sahədə qədim allüvial və flüvioqlyasial çöküntülər
yayılmışdır.
Volqa vadisi arxasında losşəkilli örtük çöküntülər
arasında sırt yüksəkliklərinin ağır gillicələri və kiçik qum
massivləri (Buzulusk iynəyarpaq meşəsi) vardır. Ural
yaxınlığında örtük çöküntülərinin tərkibi yerli qırıntı
materiallarla
yüksək
dərəcədə
zənginləşir.
Torpaqəmələgətirən süxurlar Perm sahəsində bənövşəyi
qırmızı rəngə çalır və bəzi yerlərdə bənövşəyi-qırmızı
rəngə keçərək daha kobud qranulometrik tərkibə malik
olurlar.
Uraldan şərqə doğru örtük təşkil edən lösşəkilli
gillicələr əsas torpaqəmələgətirən süxur olaraq qalır,
Uralarxası yayla və Şimali-Qazaxıstan təpəlikləri
arasındakı lösşəkilli gillicələr qum zonaları ilə kəsilir ki,
onların üzərində lentşəkilli iynəyarpaq meşələr (borlar)
əmələ gəlir. Şimali-Qazaxıstan yüksəklikləri daxilində,
hertsin platforması bünövrəsinin kip süxurlarının səthə
yaxın yerləşdiyi sahələrdə lösşəkilli örtük süxurlar yüksək
dərəcədə çınqıllıdır. Sonra Şərəqə doğru Altaya qədər
lösşəkilli çöküntülər örtüyü uzanır ki, onların da fonunda
İrtış və Ob çaylarının və onların bəzi qollarının geniş
vadisində iri qumlu massivlər yerləşir.
75
Qaratorpaqların inkişaf etdiyi Orta və Şərqi Sibir
düzənliklərində də əsas torpaqəmələgətirən süxurlar
lösşəkilli çöküntülərdir.
Torpaq örtüyü strukturunun əmələgəlməsində
mezo – və mikrorelyef formalarının çox mühüm
əhəmiyyəti vardır. Şərqi Avropa hissəsi üçün səciyyəvi
olan çaylararası dərə-qobu sisteminin hissələrə ayrılma
dərəcəsi, daxil olan enerjinin və atmosfer rütubətinin
paylanmasına səbəb olur. Qazaxıstanın alçaq təpələrinin
və Qərbi Sibirin cənub hissəsinin əsas relyefində, yüksək
relyef formaları da eyni əhəmiyyətə malikdirlər. Şərqi
Avropa hissəsinin qaratorpaq zonasında səthin hissələrə
ayrılmasının nəticəsi olaraq qrunt sularının səviyyəsi
olduqca aşağı düşmüşdür. Burada yumayan su rejimi
səciyyəvidir. Qərbi Sibir bozqırlarının zəif parçalanması
qrunt sularının torpaqəmələgəlməyə böyük təsir etməsinə
səbəb olur.
Qaratorpaq zonasının mezo və mikrorelyefləri
sırasında, suayrıcıları və geniş çay terrasları üçün
depressiya prosesləri (bozqır nəlbəkiləri, podlar, tomarlar
və s.) səciyyəvidir.
15.3. Qaratorpaqların morfoloji xüsusiyyətləri.
Qara torpaqların adını müəyyən edən, ən səciyyəvi
morfoloji xüsusiyyət, onların yaxşı inkişaf etmiş, intensiv
qara rəngə malik olan çürüntülü – akkumulyativ qata
malik olmasıdır (şəkil 15.2).
76
Şərqi
Avropa
hissəsində
qaratorpaq
zonasının şimal hissəsini
tipik
və
yuyulmuş
qaratorpaqlar tutur.
Tipik qaratorpaqların
profili aşağıdakı morfoloji
quruluşa malikdir.
A
0
qatı – bozqır
keçəsi. 1-2 sm qalınlığı olan
bu qat bitki qalıqlarından
ibarətdir və yalnız xam
torpaqlarda rast gəlir.
A humus – qatı.
Rütubətli vəziyyətdə bu qatın
rəngi intensiv qaradır. Qatın
qalınlığı 40-60 sm- dır.Qat
bitki kökləri ilə zəngindir.
B qatı – keçid qatdır, tədricən torpaqəmələgətirən
süxurların rənginə keçən, qaramtıl-qonur rəngə malikdir.
A qatından B qatına humusun axın süzüntüləri və dilləri
daxil olur. Profilin yuxarı hissəsində struktur topavaridir,
aşağı keçdikdə o, aydın ifadə olunmayan qısa prizmatik
şəkil alır. Az miqdarda köklər vardır. Qatın aşağı
hissəsində karbonat yenitörəmələri mövcuddur. Keçid
qatının qalınlığı 40-60 sm-dir.
C qatı – torpaqəmələgətirən süxur. Qatın yuxarı
hissəsində çox zaman bol karbonat yenitörəmələri-
yalançı mitsellərin zəif ləkələri, ağgözcüklər və ya daha
bərk konkresiyalar (durnacıqlar) olur. Bəzi tədqiqatçılar bu
Şəkil 15.2. Dokuçayev adına
Torpaqşünaslıq muzeyində
qaratorpaq monoliti.
77
qata illüvial – karbonat qatı kimi baxır və onu B
k
indeksilə
işarə edirlər. Profilin aşağı hissəsinin strukturası adətən
prizmaşəkillidir.
Qaratorpaq zonasının şimal kənarlarında,
yuyulmuş qaratorpaqlar inkişaf etmişdir. Bu növ
müxtəlifliyi tipik qara torpaqdan adətən karbon qatının
daha aşağıda yerləşməsi ilə fərqlənir. Həm də B qatının
aşağı hissəsi və C qatının yuxarı hissəsinin karbonat
qatları arasında bir qat yerləşir ki, oradan karbonatlar elə
bil yuyulan kimi görünür (buna görə də həmin növ
müxtəlifliyinə yuyulmuş adı verilir).
Qaratorpaq zonasının şimal hissəsində yuyulmuş
qara torpaqlardan başqa podzollaşmış qara torpaqlar da
ayrılır ki, onlar boz-meşə torpaqlarına yaxın olan, bəzi
əlamətlərə malikdirlər; humus qatının aşağı hissəsində
silisium oksidinin zəif ləkəsi, B qatının narın dispersli
hissəciklərin zəif yuyulması nəticəsində gipsləşmənin baş
verməsi belə əlamətlərdəndir. Güman edilir ki,
podzollaşmış qara torpaqlar bozqır şəraitində meşə
altında əmələ gəlmişdir (şəkil 15.3).
78
Dostları ilə paylaş: |