yuyulmuş qaratorpaqlar, az karbonatlı adi qaratorpaqlar)
adlandırırlar.
Hər fatsiyanın yarımzonalarının sərhəddində
əyalətlər qeyd edilir. Əyalət xüsusiyyətləri çox vaxt
torpaqəmələgətirən süxurların tərkibi ilə müəyyən edilir.
Belə ki, löslər və ya ağır örtük gillicələri üzərində əmələ
gəlmiş eyni qaratorpaqlar yarım tipi humus qatının
qalınlığı və humusun miqdarına görə fərqlənirlər.
Qaratorpaqlar Rusiyadan kənarda, Moldaviya,
Ukrayna respublikalarında, Mərkəzi Avropa qaratorpaq
ölkələrində - Macarıstanın, Rumıniyanın, Bolqarıstanın
bəzi rayonlarında yayılmışdır. Alp və Karpat dağlarından
şərqdə yerləşən bu rayonlar dağ sistemləri ilə rütübətli
qərb küləklərinin təsirindən qorunur, buna görə də,
burada iqlim şəraiti Şərqi Avropa düzənliyinin cənub
hissəsinin şəraitinə yaxındır.
Rumıniyanın Aşağı Dunay ovalığı qaratorpaqları
Ukrayna qaratorpaqlarına yaxın xassəyə malikdir. Şimali
Bolqarıstanın qaratorpaqları isə cənub qaratorpaqlarına
oxşardır. Mərkəzi Avropada qaratorpaqların ən iri
massivləri Orta Dunay ovalığında yerləşir. Burada
torpaqəmələgətirən süxurlar gillicəli allüvial çöküntülərdən
ibarətdir, buna görə qaratorpaqlar az humusludurlar. Bu
torpaq əyalətləri üçün torpaqların şoranlaşması
səciyyəvidir.
Şimali Amerikada, eləcə də Avrasiyada,
qaratorpaqlar daxili kontinental vilayətlərdə yerləşir və
dəniz sahillərinə çıxmır.
15.6. Qaratorpaqların kənd təsərrüfatında istifadəsi
87
Qaratorpaqlar öz münbitliyi ilə şöhrət tapmışdır,
onların yayıldığı rayonlar -əsasən dənli bitkilər, birinci
növbədə buğda, arpa, qarabaşaq, həm də bir sıra qiymətli
texniki bitkilərin (şəkər çuğunduru, günəbaxan, qarğıdalı)
əsas istehsal bazasıdır. Qaratorpaqlarda məhsulun
miqdarı əsasən bitkilər üçün istifadə edilən formada olan
suyun miqdarından çox asılıdır. Rusiya ərazisində
qaratorpaq vilayətləri üçün quraqlıq nəticəsində
məhsulun azalması səciyyəvi hal idi. Son zamanlar bozqır
zona torpaqlarının su rejimini yaxşılaşdırmaq sahəsində
tədbirlər görülmüşdür: qobu və dərələr boyu süni göllər və
su anbarları sistemi yaradılmış, onlar kənd təsərrüfat
sahələrini yerli mənbələr hesabına su ilə təmin edir və
eyni zamanda eroziyaya qarşı mübarizə tədbirlərinin
mühüm hissəsinə çevrilmişdir; qarın qorunub
saxlanmasında, səthi axının qismən tənzim olunmasında
və quru küləklərdən qorunmasında xüsusi əhəmiyyətə
malik olan, dövlət və tarlaqoruyucu meşə zolaqları və
meşə əkinləri sistemi yaradılmışdır.
Əsas aqrotexniki tədbirlər – kövşənlərin üzlənməsi,
dərin payız şumu, hündür gövdəli bitkilər (günəbaxan,
qarğıdalı) əkini, qar saxlamaq və bənd çəkmək üçün
sipərlərin qoyulması, torpaqda rütubətin qorunub
saxlanmasına doğru yönəldilmişdir.
Tipik qaratorpaqların gübrələrə o qədər də ehtiyacı
yoxdur, lakin torpaqların uzun müddət istifadəsi onları
zəiflədir. Buna görə, xüsusilə yuyulmuş qaratorpaqlarda,
birinci növbədə üzvi azot gübrələrinin və bəzi mineral
(kaliumlu, fosforlu) gübrələrin tətbiqi vacibdir.
88
Qaratorpaqların tibbi-coğrafi xarakteri olduqca
əlverişlidir. Qaratorpaqlar, insan üçün kimyəvi
elementlərin optimal miqdarının toplanma etalonudur.
Orta dərəcədə rütubətlənmə, neytrala yaxın reaksiya, üzvi
maddələrin zənginliyi, nadir və seyrək yayılmış kimyəvi
elementlərin lazımi miqdarının əmələ gəlməsinə səbəb
olur. Kimyəvi elementlərin artıqlığından irəli gələn
endemik (yerli) xəstəliklər qaratorpaqların yayıldığı
rayonlar üçün xas deyildir
XVI FƏSİL
QURU BOZQIR VƏ SƏHRA BOZQIRLARININ
TORPAQLARI
16.1. Torpaqəmələgəlmənin ümumi şəraiti
Quru və səhra bozqırlarının quraqlıq və
ekstrakontinental şəraitində şabalıdı və qonur torpaqlar
əmələ gəlir. Asiya qitəsi ərazisində onlar daha geniş
yayılmışdır.
89
Şabalıdı torpaqlar Qara və Azov dənizlərinin
sahilləri boyu dar zolaq şəklində uzanır. Rusiyanın Avropa
hissəsinin cənub-şərqində bu torpaqlar sahəcə çoxalır
(aşağı Volqaboyu, Xəzər sahillərininn qərb hissəsi).
Qazaxıstan ərazisində quru bozqırların torpaqları olduqca
geniş yayılmışdır. Mərkəzi və Şərqi Sibir ərazisində
şabalıdı torpaqlara ayrı-ayrı regionlar şəklində rast gəlinir.
Şabalıdı torpaqların yayıldığı ən ucqar şərq rayonu
Zabaykalenin cənub-şərq bozqırlarıdır. Qonur səhra
torpaqlarının yayılması daha məhdudur – onlar əsasən
Qazaxıstanın yarımsəhra rayonlarında inkişaf tapmışdır.
Quru və səhra bozqırlarının torpaqları keçmiş SSRİ
ərazisinin 9%-ni tutur.
Şabalıdı torpaqlar MDB ərazisindən kənarda,
Avropada, Rumıniya ərazisində və daha geniş sahədə
İspaniyanın mərkəzi arid rayonlarında yayılmışdır.
Şabalıdı torpaqların bütöv zolağı Qazaxıstandan
Monqolustana və sonra Şərqi Çinə keçərək, Monqolustan
ərazisinin böyük hissəsini və Çinin mərkəzi əyalətlərini
tutur.
Şabalıdı və qonur torpaqlar mülayim-isti daxili-
kontinental quraqlıq şəraitində əmələ gəldiyi üçün bu
torpaq tipləri Şimali Amerikanın Mərkəzi rayonlarında da
özünə yer tapır. Beləliklə, Şimali Amerikanın quraqlıq və
yarımsəhra bozqırlarının torpaqları Qərbdə Qayalı dağlar
və Şərqdə prerilər arasında yerləşmişlər. Cənuba doğru
şabalıdı və qonur torpaqların yayıldığı vilayətlər Meksika
yaylaları ilə məhdudlaşır (şəkil 16.1).
90
Dostları ilə paylaş: |