şumlanması zamanı təbəqəli qaysaq bir tərəfdən
kəltənlik, digər tərəfdən isə torpağın dağılmasına səbəb
olan tozlaşma əmələ gətirir. Yağışdan sonra bu torpaqlar
sıyıqlaşır, quruduqda isə səthindən bərkiyir, bunun da
nəticəsində onlar çox quruyurlar.
Əkinçilikdə əsasən, daha rütubətli rayonlarda
yayılmış lazımı qədər yüksək münbitliyə malik tünd-
şabalıdı torpaqlar istifadə olunur. Bol yağıntılı ildə bu
torpaqlardan yüksək məhsul əldə edirlər, rütubətin
çatışmadığı illərdə isə əkinlər quraqlıq nəticəsində məhv
olur. Lakin bu zonanın torpaqları ümumiyyətlə bitkilər
üçün lazım olan miqdarda qida elementlərinə malikdirlər
və buna görə də lazımi aqrotexnika və vacib meliorasiya
şəraitində yüksək və sabit məhsul verə bilərlər.
Tibbi-coğrafi münasibətinə görə şabalıdı və
xüsusilə qonur torpaqlar ara-sıra sahələrdə həllolan
birləşmələrlə zəngindir və bəzi seyrək yayılmış kimyəvi
elementlərin, birinci növbədə ftorun yüksək miqdarına
malikdir. Bu insana mənfi təsir göstərə bilər.
Quru bozqır torpaqların profili boyu birləşmələrin
aydın nəzərə çarpmayan tərzdə paylanması mədən
yataqlarının səthi-geokimyəvi üsulla axtarışları üçün
əlverişlidir. Buna görə də Qazaxıstanın şabalıdı və qonur
torpaqlarının yayıldığı sahələrdə metallometrik işlər geniş
vüsət almışdır.
99
XVII FƏSİL
HİDROMORF ŞƏRAİTDƏ ƏMƏLƏ GƏLƏN
TORPAQLAR
17.1. Hidromorf torpaqların coğrafi yayılması
Hidromorf şəraitdə əmələ gələn torpaqlara
aşağıdakılar daxildir: 1) şoran torpaqlar; 2) şorakət
torpaqlar; 3) solodlar; 4) takırlar və takırabənzər torpaqlar.
Bu torpaqların əsas yayıldığı ərazilər subboreal və
subtropik qurşaqların səhra və yarımsəhralarıdır.
Şoranların sahəsi yer kürəsində 69,8 milyon hektar
(N.N.Rozov, M.N.Stroqanova, 1978) təşkil edir. Bütün
şorlaşmış torpaqlar isə yer kürəsində 240 milyon
hektardan artıqdır (E.V.Lobova və A.V.Xabarov, 1983).
100
17.2. Şoran torpaqlar
Bitkilərin normal inkişafına zərərli (toksiki) təsir
göstərən miqdarda suda həll olan duzlar olarsa belə
torpaqlara şoranlar deyilir. Adətən tərkibində 1%-dən çox
duz olan torpaqları şoran torpaqlar adlandırırlar. Əksər
halda isə torpağın üst qatında asan həll olunan duzların
miqdarı 3%-dən artıq olduqda belə torpaqları tipik
şoranlar adlandırırlar (9-cu şəkil). Şoranlarla yanaşı
yarımsəhra və səhra zonasında şoranlı (duzlar üst
yarımmetrdə) və şoranvari (duzlar əsasən ikinci
yarımmetrdə) torpaqlar da geniş yayılmışdır. Keçmiş
SSRİ ərazisində belə torpaq kompleksləri ən çox
Qazaxıstanda, Qərbi Sibirdə, Aşağı Volqa boyunda,
Cənubi Ukraynada, Orta Asiya respublikalarında, eləcə
də Zaqafqaziya respublikalarında – xüsusilə Azərbaycan
və Ermənistanın aran rayonlarında geniş yayılmışdır.
Şorlaşmış torpaqlar Afrika kontinentində, Ərəbistan
yarımadasında, İran, Türkiyə və Avroasiya materiklərinin
hidromorf əyalətlərində də geniş sahələr tutur.
101
Şəkil 17.1.Şoran torpaqların duzluluq profili
17.3. Torpaqda duzların toplanma mənbələri
Şoran torpaqların əmələ gəlməsi bir çox
mənbələrdən və amillərdən asılıdır. Bunlar
aşağıdakılardır:
1.
Duzların torpaqda toplanma mənbəyi
duzlarla zəngin olan ana süxurların aşınma prosesi ilə
əlaqədardır. Təcrübələr göstərir ki, ana süxurun aşınması
102
nəticəsində ildə su vasitəsilə təkcə okean və dənizlərə 2
milyard 735 milyon ton duz daxil olur.
2.
Yer kürəsinin bir sıra rayonlarında şoran
torpaqların əmələ gəlməsi vulkan püskürmələri ilə
əlaqədardır. Belə ki, vulkanlar püskürərkən onlar yerin
dərin qatlarında olan kükürdlü, xlorlu duzları səthə çıxarır,
şoranların törəməsinə səbəb olur.
Respublikamızın ərazisində, xüsusilə Abşeron
yarımadasında, Qobustan və Xəzərsahili ərazilərdə dövrü
püskürən palçıq vulkanları bu cəhətdən çox səciyyəvi
misal ola bilər(10-cu şəkil, a).
Palçıq vulkanlarına Azərbaycandan başqa
Türkmənistanda, Kerç və Taman yarımadasında da rast
gəlinir.
Palçıq vulkanları püskürən zaman yer səthinə
milyonlarla kubmetr lava (məhsul) tullayır. Məsələn, 1974-
cü ildə Abşeronun qərbində yerləşən Böyük dağ palçıq
vulkanı böyük qüvvə ilə püskürən zaman yer səthinə
Şəkil 17.2.a)Abşeron yarımadasında şorlaşmaya səbəb olan palçıq
vulkanı
103
2km
2
sahəni örtən külli miqdar brekçiya və vulkan
materialı axıtmışdır (10-cu şəkil, b).
3.
Şorlaşmanın törəməsində torpaq-qruntda
olan duzların sukkulent bitkilər vasitəsilə səthə çıxarılması
mühüm rol oynayır. Belə bitkilərə şoran otu, sarsazan,
qarağan, quşotu və s. misal göstərmək olar ki, onlar
torpağın alt qatlarında olan, yaxud oraya yuyulub
toplanmış duzları səthə çıxarır, həm də bu bitkilər aerob
şəraitdə quruyub minerallaşdıqda torpaqda xeyli duz
toplanır. Adətən belə yolla şorlaşmaya bioloji yolla duz
toplanma (şorlaşma) deyilir.
4. Torpağın dərin qatlarında yerləşən qrunt suları
da şoranların əmələ gəlməsində mühüm rol oynayır.
Qrunt sularının şorlaşma dərəcəsi yüksək olduqda bu
proses (şorlaşma) daha şiddətli gedir.
5. Г.Н.Высотски və Н.А.Димо müəyyən etmişlər ki,
duzlu göllər və şoranlıq geniş yayılmış rayonlarda eol
Şəkil 17.3.b)Şorlaşma üçün xarakterik olan digər palçıq vulkanı
104
Dostları ilə paylaş: |