17.5. Hidromorf torpaqların morfoloji
xüsusiyyətləri
Bu torpaqlardan şorakətlər və solodlar daha çox
özünəməxsusluq təşkil edir, bununla bərabər solodlar
meşə bozqır və şimal-bozqır landşaftlarına, şorakətlər isə
cənub-bozqır və yarımsəhra landşaftlarına xas olan
torpaqlardır.
Şorakət torpaqların profilinin özünəməxsus
xarakterik xüsusiyyətləri vardır ki, bu da birinci növbədə
bərk və yuyulub toplanma qatına malik olmasıdır. Bu
torpaqların morfoloji quruluşu aşağıdakı əlamətləri ilə
fərqlənir:
A
1
qatı boz rəngdə, yumşaq kipliyə malik olub
qalınlığı 1-2sm-dən 10sm-ə qədərdir. Üst hissəsi bəzən
yuxa çim qatı ilə fərqlənir.
A
2
qatı şorakətüstü qatdır. O, açıq-boz rəngə, çox
davamsız vərəqvari-təbəqəli struktura və 5-10sm
qalınlığa malikdir. Çox vaxt A
1
və A
2
qatlarını ayırmaq
çətindir, bütünlükdə o, 3-5sm-dən 20-30sm-ə qədər
qalınlıqda yumşaq qonurumtul-boz qatdır.
B qatı şorakət qatdır, çox bərk olması, tünd-qonur
rəngi və sütunvari strukturu ilə fərqlənir. Yumşaq A qatı
kənar edildikdən sonra B qatına keçid çox vaxt qırıntılı
mineralların silisium oksidi səpintisindən ibarət nazik ərp
olur. Şorakət qatının aşağı hissəsində karbonatlı və gipsli
yenitörəmələr toplanmış yarımqatlar ayrılır.
109
B qatının yerləşdiyi dərinlik üzrə qaysaqlı (7 sm-
dən az), orta sütunvari (7-15sm) və dərin sütunvari (15
sm-dən çox) şorakət qatlar ayrılır.
Şabalıdı torpaqlar zonasının şorakətləri qaratorpaq
zonasının şorakətlərinə nisbətən daha az qalınlığa və
açıq rəngə malikdirlər. Şorakətlərlə yanaşı şorakətvari
torpaqlar da ayrılır ki, bunlar humus qatının təbəqəliliyi və
B qatının zəif bərkiməsi nəzəri cəlb edir. Şorakətvarilik
quru bozqır və səhra zonaları üçün səciyyəvidir.
Solodlar relyefin qapalı çökəkliklərində, adətən
tozağacı-ağcaqovaq meşəcikləri altında əmələ gəlir.
Solodların profilinin quruluşu aşağıdakı kimidir:
A
1
qatı qonurumtul rəngdə humus qatıdır, ot
bitkilərinin kökləri ilə zəngin və çox vaxt torflaşmış qatdır.
Qalınlığı 3-10sm-dir.
A
2
qatı ağımtıl unabənzər, aydın olmayan
vərəqvari strukturlu, yuyulan qatdır. Qalınlığı 10-20 sm-ə
yaxındır. Çox vaxt çoxlu miqdarda dəmirmanqanlı
törəmələrə (konkresiyalara) malikdir.
B qatı olduqca bərkdir, tünd-qonur rəngdə,
aşağıya doğru kəltənlə əvəz edilən sütunvari-prizmaşəkilli
struktura malik bərk toplama qatıdır. Qalınlığı 50 sm və
daha çoxdur. Qatın aşağı hissəsində aydın ifadə
edilməyən karbonat çöküntülərinə rast gəlinir.
Solodların aşağı hissəsi çox vaxt qleyləşmiş olur.
Dayaz çökəkliklərdə və hündür subasar sahələrdə yüksək
rütubətlənmə şəraiti yaranır. Burada, ətraf suayrıcı
sahələrinə nisbətən, xeyli miqdarda bitki qalıqlarına malik
çəmən-bozqır bitkiləri inkişaf edir.
110
Torpağın vaxtaşırı subasmaya məruz qalması
torpaqda üzvi qalıqların parçalanmasını çətinləşdirir.
Nəticədə, qalın A qatı və zəif duzluluğu ilə fərqlənən
çəmən-qara torpaqlar və çəmən-şabalıdı torpaqlar
əmələ gəlir.
Bozqır və meşə-bozqır zonaları çökəklərinin
mərkəzi sahələrində qrunt suları səthə çox yaxın yerləşir.
Belə şəraitdə çürüntülü-qleyli torpaqlar əmələ gəlir. Bu
torpaqların profili üçün, çimli-çürüntülü, zəif torflaşmış qat
səciyyəvidir ki, ondan aşağıda, üst hissədə çoxlu
miqdarda dəmir və dəmir-manqan yenitörəmələri olan
göyümtül-boz qleyli qat yerləşir.
17.6. Şorakət və solodların genetik
xüsusiyyətləri
Şorakətlərin kimyəvi analizlərini nəzərdən
keçirdikdə torpaq profilinin yuxarı hissəsində silisium və
toplanma qatında (illüvial qatda) biryarım oksidlərin
yüksək miqdarı diqqəti cəlb edir.
Məlum olduğu kimi, torpağın genetik qatlarının
kimyəvi tərkibinin dəyişməsi mineralların profili boyu
paylanması ilə əlaqədardır. Mineroloji analizlərin nəticələri
göstərir ki, şorakət qatda A qatına nisbətən qırıntılı
mineralların – həm kvarsın, həm də silikatların miqdarı
kəskin azalır.
Güman etmək olar ki, qırıntı mineralların
miqdarının dəyişməsi narındispersli hissəciklərin
hərəkətindən irəli gəlir. Qranulometrik analizlərin nəticəsi
də bu fikri təsdiq edir.
111
Narındispersli hissəciklər A qatından yuyularaq
şorakət qatda toplanır. Buna görə onların miqdarı şorakət
qatda, nəinki təkcə A qatına nisbətən, eləcə də ilk
torpaqəmələgətirən süxura nisbətən çoxdur.
Narındispersli mineralların paylanması ilə eyni
vaxtda B qatında humusun toplanması, aşağıda isə -
karbonatlar toplanan yarımqat əmələ gəlir.
K.K.Hedroysin klassik tədqiqatları (1912-1926)
şorakətlərin əmələgəlmə proseslərini aydınlaşdırmağa
imkan verdi. Müəyyən edildi ki, şorakətlərin əmələ
gəlməsi torpaqların narındispersli hissələrinin (torpağın
uducu kompleksinin) natrium kationları ilə zənginləşməsi
ilə əlaqədardır. Bu, humuslu – gilli aqreqatların
dağılmasına, humus birləşmələrinin və narındispersli
mineralların incə süzüntülər şəklində ayrılmasına səbəb
olur ki, onlar süzülən sular vasitəsilə torpaq profilinin üst
hissəsindən yuyulub aparılır. Sərbəst hissəciklər duzların
yerləşdiyi sahəyə çatdıqda koaqulyasiyaya uğrayırlar.
Narındispersli hissəciklərlə zənginləşmiş bərk şorakət qat
belə əmələ gəlir.
Xeyli miqdarda udulmuş natrium kationunun
olması şorakət torpaqlar üçün səciyyəvi xüsusiyyətdir.
Udulmuş natrium kationunun miqdarı şorakət qatda
xüsusilə çoxdur, aşağıda bu miqdar tədricən azalır.
Şorakətlərin profili boyu karbonatların, udulmuş
natriumun və bəzi başqa komponentlərin paylanması
sxemi 11-ci şəkildə verilmişdir.
Udulmuş natrium kationunun çoxluğu torpaq
kütləsinin xüsusi xassəsinin meydana çıxmasına səbəb
olur; o, aqreqatlığını itirir, onda məsaməlilik azalır və
112
Dostları ilə paylaş: |