Quru və səhra bozqırlarının iqlimi kəskin
kontinentaldır. Avrasiyada şərqə getdikcə kontinentallıq
artır. Zonanın Avropa hissəsində orta illik temperatur 5-
9ºC-dir, Asiyada 3-4ºC-dir. Qərbdə orta aylıq
temperaturun amplitudası 32-36ºC-yə yaxın, şərqdə 35-
40ºC-dir. Şimaldan cənuba doğru illik yağıntıların miqdarı
300-350-dən 200mm-ə qədər azalır.
Quru səhra bozqırlarının iqlimi üçün yağıntıların il
müddətində bərabər paylanması səciyyəvidir.
Müşahidələr göstərir ki, həm Volqaboyunda, həm də
Şərqi Qazaxıstanda aylar üzrə yağıntıların
paylanmasında aydın ifadə olunan maksimum yoxdur.
Bununla da şabalıdı torpaqlar yağıntılarının xeyli hissəsi
isti vaxtlara təsadüf edilən qaratorpaqlardan fərqlənirlər.
Məsələn, Şimali Qazaxıstanda qaratorpaqlarda qışda
Şəkil 16.1.Bozqır zonası torpaqlarının coğrafi yayılma arealları: 1 –
qara torpaq; 2 – şabalıdı torpaq; 3 – dağlıq ərazi bozqırlarının
qaramtıl və şabalıdı torpaqları
91
10%-ə qədər, yazda və payızda 20%, yayda 50% yağıntı
əmələ gəlir. Mərkəzi Qazaxıstanda quru bozqır şəraitində
qışda və yazda 20%-ə qədər, yayda və payızda isə 30%
yağıntı düşür.
Quru və səhra bozqır landşaftlarında buxarlanma
atmosfer yağıntıları miqdarından çoxdur, rütubətlənmə
əmsalı 0,33-0,50-yə yaxındır. Güclü küləklər torpağı çox
qurudur və eroziyanın şiddətlənməsinə səbəb olur.
Şabalıdı və qonur torpaqlar vilayətlərində bitki
örtüyünün tərkibində yabanı taxıl otları və yovşanlar
üstünlük təşkil edir ki, onların miqdarı şimaldan cənuba
doğru artır.
L.E.Rodinin və N.İ.Bazileviçin (1965)
məlumatlarına əsasən quru bozqır bitkilərinin biokütləsi
1000 s/h-a yaxındır, həm də biokütlənin əsas 80% və
daha çox hissəsi bitkilərin yeraltı orqanlarının payına
düşür.
Bitki örtüyü olduqca müxtəlifdir. Şoranlaşmış
sahələrdə bitki örtüyü seyrəkdir, onun tərkibində kollar
üstündür. Nisbətən yaxşı rütubətlənən sahələrdə taxıllar
əsas yer tuturlar. Şoran torpaqlarda şoran bitkiləri qrupu
inkişaf etmişdir.
Torpaqəmələgətirən süxurlar dördüncü dövr
Xəzər transqressiyası çöküntülərindən başlayaraq aşağı
paleozoy metomorfik və Qazaxıstanın püskürmə
süxurlarına qədər müxtəlif yaşlı, tərkibli və mənşəli
süxurlar üzərində yerləşən lös şəkilli gillicələrdir. Lös
şəkilli çöküntülərin qalınlığı olduqca dəyişkəndir. Qərbdə
olan qalın çöküntülər Qazaxıstanda nazik ( 1-1,5m )
örtüklə əvəz edilir. Kip yerli süxurların səthə yaxın
92
yerləşdiyi sahələrdə lösşəkilli örtük süxurları kobud
qırıntılarla zənginləşmişdir. Torpaq səthində qırıntılı
hissəciklərin eol (külək fəaliyyəti) differensiasiyası nəticəsi
olaraq çox vaxt daşlı-çınqıllı məhsullar toplanır.
Ayrı-ayrı rayonlarda qumlu massivlər küləklərin
əmələ gətirdiyi qədim delta süxurları yayılmışdır. Astraxan
və Tersk-Kumsk qumları, Böyük və Kiçik Barsuklar,
Aralyanı Qaraqumlar və başqaları belələlərindəndir.
Bəzi yerlərdə torpaqəmələgətirən süxurlar
şorlaşmışdır.
Quru çöllər şəraitində torpaqların əmələ
gəlməsində mezo və mikrorelyef formaları, düzənlik və
dağları, təpəli vilayətlərdə çökəklər və xırda hündürlüklər,
Mərkəzi Qazaxıstan ərazisində xırda palçıq vulkan
formaları, İrtışın sağ sahillərində yal relyef formaları çox
böyük rol oynayırlar.
16.2. Quru, bozqır və səhra bozqır torpaqlarının
morfoloji xüsusiyyətləri
Şabalıdı torpaqların morfoloji profili aşağıdakı
quruluşa malikdir:
A qatı bozumtul-qəhvəyi rəngli olmaqla yanaşı,
bitki kökləri ilə zəngindir. Yuxarı hissədə təbəqəlilik
müşahidə edilir. Bəzən isə ən üst qatda nazik yarpaqvari
qaysaq nəzərə çarpır. Strukturu topavaridir. Qalınlığı 15-
25 sm-dir (şəkil 16.2).
B qatı keçid qatıdır, qırmızı-qonur rəngdədir,
kipləşmiş, strukturu üstə iri topavari, aşağı hissədə
qısaprizma şəkillidir. Qalınlığı 20-30 sm-dir. Dərində
93
bəzən ağgözlüklər şəklində karbonat yenitörəmələrinə
rast gəlinir.
C qatı sarımtıl qonur, lösşəkilli, çox vaxt üst
hissədə karbonat yenitörəmələri olan çınqıllı gillicələrdən
ibarətdir. 1-dən 1,5 m-ə qədər dərinlikdə adətən
unabənzər gips tenitörəmələri yerləşir.
Şabalıdı torpaqlar üç yarımtipə ayrılır: 25 sm-ə
yaxın və daha çox qalınlıqda humus qatına malik, tünd-
şabalıdı, 20 sm-ə yaxın A qatı olan şabalıdı və 15 sm-ə
yaxın humus qatı və səthində aydın ifadə olunan nazik
qaysaqlı qabığın olması ilə fərqlənən açıq-şabalıdı
torpaqlar. Tünd-şabalıdı torpaqlarda A+B qatının qalınlığı
60 sm-ə, şabalıdı torpaqlarda 50 sm-ə və açıq-şabalıdı
torpaqlarda 40 sm-ə yaxındır.
Qonur səhra-bozqır torpaqları öz qurluşuna görə
açıq-şabalıdı torpaqlarda yaxın xüsusiyyətlərə malikdirlər.
A qatı qonur rəngdə, 10-15 sm-ə yaxın
qalınlıqdadır. Səthdə qaysaqlı təbəqə aydın seçilir.
Strukturu topavaridir, lakin möhkəm deyil və dərinliyə
doğru qat daha çox yumşalır.
B qatı qəhvəyiyə çalan qonur rəngdədir, bərkdir,
strukturu topavari-qısaprizmavaridir, aşağı hissəsində
ağgözcüklər şəklində karbonat yenitörəmələri var.
Qalınlığı 20 sm-ə yaxındır.
C qatı qonur-küləşi çox vaxt prizmavari stuktura
malikdir. Yuxarı hissədə B qatı sərhəddində ağgözcüklər,
alt 50 sm dərinlikdə isə gips yenitörəmələrinə rast gəlinir.
94
Dostları ilə paylaş: |