Şəkil 16.2.Quru bozqır zonası torpaqlarının morfoloji quruluş
profilləri: a-tünd şabalıdı; b-şabalıdı; v-açıq şabalıdı; q-qonur
səhra-bozqır. Yenitörəmələr: 1 – ağgözcük; 2 - gips
16.3. Şabalıdı və qonur torpaqların genetik
xüsusiyyətləri
Şabalıdı torpaqların genetik qatlarının kimyəvi
analizlərindən göründüyü kimi, torpaq profili boyu
humussuz və karbonatsız közərdilmiş kütlənin tərkibi
mühüm dəyişikliyə uğramır. Ayrı-ayrı mineral analizləri
göstərir ki, tünd-şabalıdı və şabalıdı torpaqların profilində
olduğu kimi əsas mineral komponentlərin paylanması baş
vermir. Bəzi hallarda narındispersli mineralların aşağıdan
yuxarıya doğru artdığı müşahidə edilir. Lakin bu hadisə
adətən torpaqəmələgətirən süxurdan irsən keçmişdir və
onların əmələgəlmə rejiminin dəyişməsi ilə əlaqədardır.
95
Bəzən açıq şabalıdı torpaqların B qatında
narındispersli hissəciklərin toplantıları qeyd olunur. Belə
hal qonur səhra-bozqır torpaqlarında daha aydın ifadə
edilmişdir. Ona görə də qonur torpaqların kimyəvi analizi
zamanı kipləşmiş B qatında silisium oksidinin miqdarının
xeyli az aşağı düşdüyü və münasib olaraq qalan
komponentlərin artdığı qeyd edilir.
Beləliklə, əgər quru və səhra bozqırlarının Şimal
hissəsinin çoxunda, eləcə də qaratorpaqlar zonasında,
torpaqların profil boyu mineralların paylanması baş
vermirsə, açıq-şabalıdı və qonur torpaqlarda profilin
yuxarı hissəsindən B qatına doğru narındispersli gil
hissəciklərinin hərəkəti müşahidə edilir.
Quru və səhra bozqır landşaftları şəraitində,
qaratorpaqlara nisbətən az miqdarda üzvi maddələr daxil
olur. Quru bozqırların bitki örtüyü töküntülərinin miqdarı
40 s/h bərabərdir, yəni biokütlənin yarısından bir qədər
azdır. Töküntülərin tərkibində kül elementlərinin miqdarı
çoxdur. L.E.Rodinə və N.İ.Bazileviçə (1965) görə, onların
hər il torpağa daxil olan miqdarı 161 kq/h təşkil edir.
Zonanın şimal hissəsində bitki töküntülərində silisium,
kalsium və kaliumun miqdarı çoxdur, cənubda isə natrium
daha çox əhəmiyyət kəsb edir.
Quru və səhra bozqır landşaftlarında humusun
miqdarı azdır – 2-5%. Tünd şabalıdı torpaqların humus
qatında humusun miqdarı 3,5-dən 5%-ə qədər, şabalıdı
torpaqlarda – 3-4%, açıq şabalıdı torpaqlrda –2%-ə
yaxındır. Profil üzrə humusun miqdarı, qaratorpaqlarda
olduğu kimi, tədricən dəyişilir. Lakin şabalıdı torpaqlarda
humusun tərkibi, qaratorpaqların humus turşularından
96
azlığı ilə fərqlənir. Quru və səhra bozqır landşaftlarında
humin turşularının miqdarı, şimaldan cənuba doğru
çoxalır. Qonur torpaqlarda, humin turşularına nisbətən
fulvoturşuların miqdarı artır. Açıq şabalıdı və qonur
torpaqlarının rənginin zəif ifadə edilmə dərəcəsi məhz bu
xüsusiyyəti ilə əlaqədardır.
Yumayan su rejimi və torpağın 50-100 sm-ə (ayrı-
ayrı illərdə 100-180 sm-ə qədər) islanması torpaq
profilinin suda həllolan, birinci növbədə, natrium duzları ilə
zənginləşməsinə səbəb olur.
Suda həllolan duzların çoxalması ilə eyni zamanda
sulu çöküntünün pH-ı da yüksəlir.
Natrium duzlarının çoxluğu həmin kimyəvi elementi
udulmuş kationların tərkibinə daxil olmasına səbəb olur.
Narındispersli hissəciklər tərəfindən natriumun udulması
torpaq aqreqatlarının dağılmasına və torpaq kütləsinin
narınlaşmasına səbəb olur ki, bu da narındispersli
hissəciklərin hərəkəti üçün imkan yaradır.
Natrium duzlarının torpaqda miqdarı şimaldan
cənuba doğru yüksəlir. Ona görə də qonur torpaqların
inkişaf etdiyi vilayətlərdə quru və səhra bozqırlarına xas
olan ən az miqdar çöküntülərinin əmələ gəlməsinə
baxmayaraq, narındispersli hissəciklər zəif olsa da
hərəkət edərək kipləşmiş B qatını əmələ gətirir. Bununla
yanaşı, natriumun təsiri üzündən suya davamlı
aqreqatların olması şorlaşmış səthi qabığın əmələ
gəlməsinə səbəb olur.
Şabalıdı torpaqların profili boyu kimyəvi
elementlərin paylanması qaratorpaqları xatırladır. Lakin
şabalıdı torpaqların humus qatında onların toplanması
97
daha zəif ifadə edilmişdir, bəzən isə şorlaşma ilə əlaqədar
olaraq bu elementlərin B qatında toplandığı müşahidə
edilir.
16.4. Quru bozqır torpaqlarının coğrafi xüsusiyyətləri
və kənd təsərrüfatında istifadəsi
Quru bozqırların torpaq örtüyünün səciyyəvi
xüsusiyyəti onun yüksək dərəcədə müxtəlif olmasıdır. Bu,
mezo və mikrorelyef üzrə istiliyin və xüsusilə rütubətin,
bunula yanaşı isə suda həllolan birləşmələrin
paylanmasının nəticəsidir. Relyef formaları üzrə
hidrotermik və bəzi kimyəvi elementlərin qatılığının
dəyişməsi bitki örtüyünün kompleksliyində əks olunur.
Rütubətin çatışmaması, bitkilərin çox hassas reaksiyasına
və torpaqəmələgəlmə proseslərinin gedişinə olduqca təsir
göstərir.
D.Q.Vilenskinin (1961) məlumatına görə quru və
səhra bozqırları zonası daxilində avtomorf torpaqlar bütün
ərazinin yalnız 70%-ni tutur, qalan hissə şoran və
şorakətlərin payına düşür. Torpaqların icmal xəritələrində
göstərilmiş şabalıdı torpaqların yayıldığı vilayətlər, bir
qayda olaraq, müxtəlif dərəcədə şorlaşmış, şabalıdı
torpaqların, şoranların, müxtəlif səviyyədə şorlaşmış
çəmən-şabalıdı torpaqların və şorakətlərin mürəkkəb
kompleksindən ibarətdir.
Quru bozqır torpaqların əkinçilikdə istifadəyə
verilməsi və istifadəsinin mürəkkəbliyi bu torpaqların
tərkibində həm çürüntünün azlığı, həm də çox əlverişsiz
fiziki xassələrə malik olması ilə izah olunur. Səthin
98
Dostları ilə paylaş: |