Şəkil 15.3. Qaratorpaqların bəzi yarımtiplərinin quruluş profilləri:
a-yuyulmuş qaratorpaq; b-qalın qaratorpaq; c-adi qaratorpaq; d-
cənub qaratorpağı; e-mitselli cənub(Ön Qafqaz) qaratorpağı; f-
dərin donan yuyulmuş qaratorpaq. Yenitörəmələr: 1 –
karbonatlı; 2 - gipsli
Tipik qara torpaqlardan cənuba doğru adi və
cənub qara torpaqları yayılmışdır. Adi qara torpaqlar
üçün humus qatının az qalınlığı (40 sm-ə yaxın)
səciyyəvidir, keçid qatının qalınlığı da təxminən belədir.
Karbonat 60 sm dərinlikdə yerləşir. Cənub qara
79
torpaqlarda humus qatının qalınlığı 25 sm-ə qədər azalır,
B qatı isə karbonatlarla zəngindir. B qatının aşağı
sərhəddində çox vaxt xırda gips yenitörəmələri olur.Daha
isti və rütubətli iqlimə malik Moldaviya və Ön Qafqazda
qaratorpaqlar daha qalın humus qatına malikdir. Karbonat
yenitörəmələri arasında yalançı – mitsellər üstünlük təşkil
edir, bununla belə karbonatların yuxarı sərhəddi səthə
yaxın yerləşir. Gipsli yenitörəmələr yoxdur. Bu
qaratorpaqları mitselli-karbonatlı adlandırırlar.
Qərbi və Orta Sibir qaratorpaqları üçün humus
qatının az qalınlığı və humusun dərinə axıntısı (dilləri)
səciyyəvidir. Bu vəziyyəti qış donuşluğu nəticəsində
torpağın çatlaması ilə əlaqələndirirlər. Buna görə Sibir
qaratorpaqlarını dərin donan qaratorpaqlar adlandırırlar.
Baykalarxası qaratorpaqlar kiçik qalınlığa və zəif
karbonat birləşmələrinə malikdir.
15.4. Qaratorpaqların genetik xüsusiyyətləri və
təsnifatı
Tipik qaratorpaqların genetik qatlarının kimyəvi
analiz nəticələrini nəzərdən keçirsək, görərik ki, müxtəlif
genetik qatlarda müxtəlif komponentlərin miqdarı sabit
qalmayaraq, torpağın profili boyu dəyişilir.
Çoxlu miqdarda humus toplanması qaratorpaqların
səciyyəvi xüsusiyyətidir. Bu, mühüm dərəcədə bozqır
landşaftlarına bioloji dövranın xüsusiyyəti ilə müəyyən
edilir.
L.E.Rodin və N.İ.Bezileviçin məlumatlarına əsasən
(1965) bozqır bitki qruplarında biokütlənin miqdarı 100-
80
300 s/h bərabərdir; bunun da 70-80%-i bitkilərin kök
hissələrinin payına düşür. Təxminən, biokütlənin yarısı
hər il parçalanır və məhv olur. Nəticədə, subboreal və
boreal meşələrdə, bozqırlara nisbətən biokütlənin miqdarı
10 dəfə və daha artıq olmasına baxmayaraq, qaratorpaq
zonasında, mülayim qurşağın meşə zonasına nisbətən,
hər il torpağa xeyli çox üzvi maddələr daxil olur. Bitki
qalıqlarının bir hissəsi bozqır keçəsi şəklində torpağın
səthində (60-120kq) qalır. Bu, qış donuşluğu və yay
quraqlığı dövrlərində mikrobioloji fəaliyyətin zəifləməsi ilə
əlaqədardır. Ot bitkiləri tərkibində azotun və kül
elementlərinin, xüsusilə kalsium və silisiumun yüksək
miqdarı ilə səciyyələnirlər. Torpaqəmələgətirən
süxurlarda kalsiumun miqdarı çoxdur, bu elementin bozqır
bitkiləri tərkibində yüksək miqdarı, ola bilsin ki, təkamül
prosesində həmin bitkilərin qazandığı xassədir.
Meşə torpaqlarına nisbətən, bozqır torpaqlarında
mikroorqanizmlərin miqdarı çoxdur. Qaratorpaqların bir
qramında onların miqdarı 3-4 mlrd-dır, bəzi rayonlarda isə
xeyli çoxdur. Mikrofloranın tərkibində bakterlər və
aktinomitsetlər üstünlük təşkil edir, göbələklər isə meşə
torpaqlarına nisbətən xeyli azdır.
Belə şəraitdə üzvi maddələrin parçalanması,
kalsiumla möhkəm birləşmiş yüksəkmolekullu humin
turşularının əmələgəlməsinə səbəb olur. Humus
birləşmələri, torpaq hissəciklərinin möhkəm
aqreqatlaşmasına səbəb olan hellər (gellər) şəklindədir.
Qaratorpaqlarda sərbəst halda kəskin təsiredici
fulvoturşular yoxdur. Hər il xeyli miqdarda daxil olan bitki
qalıqları və humus birləşmələrinin xarakteri qaratorpaqda
81
olduqca çoxlu miqdarda humusun toplanmasını təmin
edir. Qaratorpaqlarda humusun miqdarı 3-4-dən 14-16%-
ə qədər və daha çoxdur. Torpaq profili boyu humusun
ehtiyatı çox böyükdür, 300-400-dən 600-700 t/h qədərdir.
Yağıntıların nisbətən az olması və humus
birləşmələrinin nisbətən zəif mütəhərrikliyi profil boyu
humusun çox yavaş azalmasına səbəb olur. Bu, qara
torpaqların gözəl xüsusiyyətidir və humusun miqdarından
asılı olamayaraq bütün yarımtiplərdə özünü göstərir (3-
cü cədvəl).
Qaratorpaqların yumayan su rejimi və bioloji
rejimin xüsusiyyəti torpaq profili boyu bəzi kimyəvi
birləşmələrin paylanmasına təsir göstərir. Bu, birinci
növbədə karbonatlara aiddir, qaratorpaqların profili boyu
onların paylanması gözlə görünür və onu morfoloji
əlamətlərin təsiri zamanı müşahidə etmək olur.
Qaratorpaqların profili boyu karbonatların
paylanmasını aşağıdakı kimi aydınlaşdırmaq olar. Bozqır
zonasında karbonatların həll olması torpaq havasında
karbon qazının miqdarı və suyun mövcud olması ilə
müəyyən edilir. Qışda bioloji proseslərin zəifləməsi
üzündən karbon qazının miqdarı çox aşağı düşür.
Deməli, torpağın maksimum rütubətləndiyi dövrdə (erkən
yazda) aşağı enən su axını karbonatların yalnız bir
hissəsini yuyur.
Cədvəl 15.1. Qaratorpaqların profili boyu humusun paylanması
(Torpağın quru çəkisinə görə %-lə)
Tipik qara torpaq (Tambov
vilayəti)
Cənub qara torpaq (Pavlodar
vilayəti)
Torpagın genetik
Humusun
Torpagın genetik
Humusun
82
Dostları ilə paylaş: |