Cədvəl 14.1. Qafqazın qonur meşə torpaqlarında profil boyu
humusun, narındispersli hissəciklərin, pH miqdarının və
udulmuş kalsiumun paylanması
Genetik
qatlar
Miqdarı, %-lə
Sulu
çəkintinin
pH-ı
Udulmuş
Ca
(kationların
cəminə
görə, %-lə)
humus
0,001mm-
dən kiçik
hissəciklər
A 2-7 sm
5,02
19
6,9
88
A/B 22-27
sm
2,94
20
7,0
84
B/C 70-75
sm
0,53
21
6,5
65
C 105-110
sm
0,33
19
5,7
45
Lessivaj olunmuş meşə torpaqlarının illüvial qatı
narındispersli hissəciklərin miqdarının çoxalması ilə
nəzəri cəlb edir. Bu torpaqların profilində mütəhərrik
narındispersli hissəciklərin zəngin toplantıları da
müşahidə olunur. Gilin miqdarının profil boyu çoxluğu da
tutumunun yüksəlməsinə səbəb olur, bu halda udulmuş
kationlar sırasında kalsium üstünlük təşkil edir. Boz
torpaqlarda olduğu kimi udulmuş kalsiumun miqdarı
humus qatı üzrə yuxarıya doğru artır. Karbonatla zəngin
torpaqəmələgətirən süxurlar (məsələn, löslər) üzərində
əmələ gələn qonur meşə torpaqlarının profilinin aşağı
hissəsində xeyli miqdarda karbonatlar olur və pH-ın
qiyməti 7-dən artıqdır.
14.7. Qonur meşə torpaqlarının kənd təsərrüfat
istifadəsi
64
Qonur meşə torpaqları əkin, biçənək, otlaq və
meşə təsərrüfatında geniş istifadə edilir. Avropa
kontinentinin alçaq dağətəyi hissələrində qonur meşə
torpaqlarında böyük çeşiddə dənli və texniki bitkilər
becərilir. Bu rayon həm də inkişaf etmiş meyvəçilik və
tərəvəzçilik rayonudur. Almaniyanın cənub rayonlarında
və Fransada qonur meşə torpaqları əsasən üzümlüklər
altında istifadə edilir.
Qərbi Avropanın iqlim şəraitində böyük dozada
gübrələr tətbiq etdikdə və səmərəli aqrotexniki tədbirlər
apardıqda bu torpaqlarda əkilən müxtəlif kənd təsərrüfat
bitkiləri çox yüksək məhsul verirlər.
Düzən ərazilərdə yayılmış qonur meşə torpaqları
əksərən səthi qleyli, yaxud podzollaşma proseslərinə
məruz qalmış olurlar. Belə torpaqların münbitliyini
yüksəltmək üçün bir sıra tədbirlər, xüsusilə dərin mədəni
əkin qatı yaratmaq, sistemtik olaraq üzvi-mineral gübrələr
və əhəngləmə tətbiq etmək lazımdır. Bu torpaqların
yaxşılaşdırılması üçün digər səmərəli təklif orada ot
əkmək, meyilli relyef formalarında, xüsusilə əkinaltı
sahələrdə eroziyaya qarşı mübarizə tədbirləri aparmaq,
otarmanı tənzim etmək, meşə sərvətlərinin qorunmasına
ciddi diqqət yetirməkdir.
65
XV FƏSİL
MEŞƏ-BOZQIR VƏ BOZQIR ZONASININ QARA
TORPAQLARI
15.1. Qaratorpaqların öyrənilmə tarixinə dair
Meşə-bozqır və müxtəlifotlu-çəmən – bozqır
landşaftlarının avtomorf torpaqları qaratorpaqlar adını
almışdır. Avtomorf rejimdə əmələ gələn bu torpaqlar ən
çox Rusiya ərazisində yayılmışdır. Yer kürəsi
qaratorpaqlarının 50%-ə yaxını keçmiş SSRİ-nin
ərazisində yayılmışdır (şəkil 15.1).
66
Bu torpaqların əsas massivləri Moldaviya, Ukrayna
respublikalarında, Şimali Qafqazda, Şərqi Avropanın
mərkəzi hissələrində, Voronej, Kursk, Tambov
vilayətlərində, Volqa boyunda, Qərbi Sibirdə, Qazaxıstan
respublikasının şimal rayonlarında və Altay ölkəsində
yayılmışdır. Həmin ərazilərdə qaratorpaqlarla yanaşı
çəmən qaratorpaqlar, boz-meşə, şoran, şorakət, solod və
bataqlı torpaqlar da kompleks şəkildə rast gəlir.
Bütün bunlardan əlavə, qaratorpaqlar ABŞ-ın qərb
hissəsində, Almaniya ərazisində (Maqdeburq r-da),
Çexiya və Slovakiyada, Macarıstanın cənubunda,
Yuqoslaviya ərazisində xeyli sahə tutur.
Qaratorpaqlar Azərbaycan Respublikasının
ərazisində də yayılmışdır. Lakin respublikamızın
ərazisində bu torpaqlar geniş zona təşkil etmir, ayrı-ayrı,
qırıq-qırıq ləkələr şəklində orta dağlıq zonada 800-1200,
Şəkil 15.1.Qaratorpaqların keçmiş SSRİ ərazisində coğrafi yayılma
arealları
67
hətta 1500m yüksəkliklərdə yayılmışdır. Qaratorpaqlar
respublika ərazisinin 0,7%-ni təşkil edir. Ərazi ən çox
Xızı-Altıağac, Gədəbəy, Laçın, Kəlbəcər, Şamaxı,
İsmayıllı rayonları və qismən Dağlıq Qarabağda – Ağdərə
ərazilərində yayılmışdır.
Qaratorpaqların öyrənilməsində böyük rus alimləri
M.V.Lomonosov, akademik P.S.Pallas, akademik-botanik
F.Ruprext, E.İ.Eyxonvald və başqalarının böyük xidməti
olmuşdur. M.B.Lomonosova görə qara torpaq təbii
cisimdir. O, biosfer ünsürlərinin, bitkilərin və heyvanların
təsiri ilə əmələ gəlmiş və inkişaf etmişdir.
Qaratorpaqların əmələ gəlməsi barədə müxtəlif
fərziyyələr irəli sürülmüşdür. Bütün bu fərziyyələri üç
qrupda birləşdirmək olar: 1) qara torpaqların dəniz
mənşəli olması fərziyyəsi; 2) qara torpaqların
bataqlıqlardan əmələ gəlməsi nəzəriyyəsi; 3) qara
torpaqların yerüstü bitkilərdən (quru mənşəli, dənizlə
əlaqəsi olmayan ərazilərdə) əmələgəlmə nəzəriyyəsi.
Qaratorpaqların
dəniz mənşəli olması
fərziyyəsinə görə onlar guya Qara və Xəzər dənizlərinin
çəkilməsindən qalan dəniz lilindən, yaxud Yura dövrünün
qara rəngli gilli şistlərinin buzlaq suları ilə yuyulma
məhsullarından əmələ gəlmişdir. Bu nəzəriyyənin
tərəfdarları Pallas (1779), Petsold (1851) olmuşdur.
Keçən əsrin 40-cı illərində rus çarı I Nikolay
tərəfindən Rusiyanın geoloji tədqiqatları üçün dəvət
olunmuş məşhur ingilis alim-geoloqu R.Murçison (1842)
da qaratorpaqların buzlaq mənşəli olması haqqında
fərziyyə irəli sürmüşdür. Bu fərziyyəyə görə qaratorpaqlar
68
Dostları ilə paylaş: |