ayrılır. Birinci qrupun torpaqları yumşaq okean iqliminin
təsiri altında olan ərazilərdə (məsələn, Qərbi Avropa və
Şimali Amerikada Atlantik okeanın təsiri altında olan
vilayətlər) əmələ gəlmişdir. İkinci qrupun torpaqları
subboreal qurşağın kontinent daxili rayonlarında, yəni,
Avrasiya və Şimali Amerikanın mərkəzi vilayətlərində
əmələ gəlmişdir. Keçmiş Sovet İttifaqı ərazisində ikinci
qrupun nümunələri daha geniş yayılmışdır.
Qeyd etmək lazımdır ki, otlu enliyarpaqlı meşələrin
landşaftları insan üçün yüksək dərəcədə əlverişli
olduğundan uzun zaman onun tərəfindən təsirə məruz
qalmışdır. Buna görə də onlar çox dəyişilmişdir. Belə ki,
meşə bitkiləri ya tamamilə (Qərbi Avropa və ABŞ-ın böyük
hissəsində) məhv edilmiş, ya da ikinci, təkrar bitki örtüyü
ilə əvəz edilmişdir.
14.1. Boz meşə torpaqlarının ümumi
torpaqəmələgəlmə şəraiti
Boz meşə torpaqları meşə-çöl zonasının şimal
hissəsində yayılmaqla bütöv zona əmələ gətirmirlər. Bu
torpaqların qırıq-qırıq zolağı Avropanın qərb
sərhədlərindən başlayaraq Baykal gölünün arxasına
qədər uzanır (Şəkil 14.1). Boz-meşə torpaqların tutduğu
ümumi sahə keçmiş SSRİ ərazisinin 3%-ni təşkil edir.
52
Şəkil 14.1. Boz-meşə (1) və qaramtıl (2) torpaqlarının coğrafi
yayılma arealları
Boz meşə torpaqları kontinental iqlim şəraitlərində
inkişaf edir. İqlimin kəskin xarakteri və kontinentallıq
dərəcəsi qərbdən şərqə doğru artır. Qərbdə havanın orta
illik temperaturu 7°C, orta yanvar - 6°C yaxın, şaxtasız
dövrün uzunluğu təxminən 250 gün, şərqdə orta illik
temperatura - 4,5°C, orta yanvar temperatura - 28°C,
qədər aşağı düşür, şaxtasız dövr isə 180 günə qədər
azalır. Uraldan qərbə doğru boz meşə torpaqlarının
formalaşdığı vilayətlərdə il ərzində 500-650mm,
Baykaldan şərqə doğru isə 300mm yağıntı düşür.
Buxarlanma ilə yağıntının miqdarı arasında kəskin fərq
yoxdur. Yay şəraiti təxminən eynidir, iyul ayında orta
temperatura 19-dan 20°C qədər dəyişilir.
Torpaqəmələgətirən süxurları əsasən lösəbənzər
gillicələr təşkil edir. Bu çöküntülər karbonatlıdırlar. Cənubi
Sibirin dağarası çökəkliklərinin örtük gillicələri yerli qırıntı
materialları ilə xeyli zəngindir.
Boz meşə torpaqlarının bitki örtüyü, ot bitkiləri
olan enliyarpaqlı meşələrdən ibarətdir. Dneprdən qərbə
53
doğru meşələr vələs-palıd, Dneprlə Volqa çayı arasında
göyrüş qarışıqları olan cökə-palıd ağaclarından ibarətdir.
Cökə və palıd meşələri Urala qədər çatır, onlardan şərqə
doğru Qərbi-Sibir ovalığı ərazisində tozağacı və
ağcaqovaq meşələri üstünlük təşkil edir. Şərqə doğru
qara şam peyda olur. Yarpaqlı meşələr zəngin ot örtüyünə
malikdir.
Qaraşam meşələrinin töküntülərinin miqdarı tayqa
meşələrinin töküntüləri miqdarından xeyli çox (70-90 c/h)
təşkil edir. Töküntülər kül elementləri ilə xüsusən
kalsiumla zəngindir, bir il ərzində töküntülərlə torpağa
daxil olan kalsiumun miqdarı, N.İ.Bazileviçə görə, 70-
100kq/h-dır.
Qrunt sularının dərin səviyyəsini nəzərə alaraq
güman edirlər ki, boz meşə torpaqları böyük dərinlikdə
islanmasına baxmayaraq, yuyan su rejimi onlar üçün
səciyyəvi deyildir. Yalnız yüksək dərəcədə rütubətlənən
rayonlarda torpaq-qrunt qatı qrunt sularına qədər
tamamilə islanır.
14.2. Boz-meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Boz meşə torpaqlarının profili aşağıdakı
quruluşa malikdir:
A
0
-ağac və bitkiləri töküntülərindən ibarət meşə
döşənəyi, adətən çox da qalın olmur - 1-2 sm.
A
1
-boz və ya tünd -boz rəngdə humus qatı, çoxlu
miqdarda ot köklərinə malikdir, möhkəm olmayan xırda və
ya ortatopavari struktura malikdir. Qalın aşağı hissəsində
54
çox vaxt silisium oksidinin səpildiyi təbəqə olur. Humus
qatının qalınlığı 20-30 sm-ə yaxındır.
A
2
və ya A
1
/A
2
yuyulan qatdır. O, boz rəngdə və
bəzi hallarda üst hissədə çox da aydın ifadə edilməyən
topavari, alt hissədə xırda qozvari struktura keçən,
vərəqvari – lövhəşəkilli struktura malikdir. Bu qatın
qalınlığı 20sm-ə yaxındır. Tünd boz torpaqlarda bu qat
yoxdur. Xırda dəmir-manqanlı törəmələrə rast gəlinir.
B – yuyulmuş birləşmələrin toplandığı qatdır.
Onun üçün qəhvəyi-qonur rəng və çox yaxşı ifadə edilən
qozvari struktur səciyyəvidir ki, o yuxarı hissədə xırda,
aşağı getdikcə tədricən iriləşir və aydın olmayan
prizma şəklinə keçir. Struktur hissələri və məsamələri
səthi parıldayan tünd-qəhvəyi pərdə ilə örtülüdür. Xırda
dəmir-manqan çöküntülərinə rast gəlirik. Yuyulmuş
birləşmələrin toplanma qatı qalındır - 80-100 sm-ə
yaxındır.
C - lösşəkilli gillicə örtüyü, sarımtıl-qonur rəngdə,
yaxşı ifadə edilmiş struktura malikdir. Bu gillicələrdə çox
vaxt karbonat törəmələri vardır ki, onlar qədim dövrün
qalıq məhsullarıdır.
Boz meşə torpaqları tipi üç yarım tipə bölünür -
açıq-boz, boz və tünd boz. Bu yarımtiplərin adları
humus qatı rənginin intensivliyindən asılıdır. Rəngin
intensivliyi zəiflədikcə humus qatının qalınlığı, ən
başlıcası isə, bu qatın yuyulma intensivliyi azalır. B
qatının yuxarı hissəsində qozvari aqreqatların səthində
silisium oksidinin səpgilərinin və eləcə də A
1
qatının aşağı
hissəsində ağımtıl ləkələrin olmasına baxmayaraq
55
Dostları ilə paylaş: |