D.Q.Vilenskiyə görə A
2
qatı yalnız açıq-boz torpaqlarda
ifadə olunmuşdur, tünd-boz torpaqlarda isə yoxdur.
Hazırda bəzi tədqiqatçılar açıq-boz və çimli-
podzol torpaqları bir tipə daxil etməyə meyl
göstərirlər.
14.3. Boz meşə torpaqlarının genetik
xüsusiyyətləri
Boş meşə torpaqlar profilinin aydın surətdə
differensiasiya olunması lessivaj proseslərinin
intensivliyindən irəli gəlir.
Tədqiqatlar göstərir ki, boz meşə torpaqlarının
yuxarı hissəsində narın dispersli mineralların (hidroslud-
montmorillonit) miqdarı B qatında və torpaqəmələgətirən
süxurlarda olduğuna nisbətən xeyli azdır, strukturu
pozulmamış torpaq kəsimləri qatlarının öyrənilməsi
göstərir ki, narındispersli hissəciklər B qatına doğru
sürətdə yuyularaq, məsamələrdə səciyyəvi toplantılar
əmələ gətirirlər. Struktur aqreqatları üzərində tünd-
qəhvəyi pərdəni, profilin yuxarı hissəsindən çıxarılıb
gətirilmiş narındispersli hissəciklər yaradırlar. B qatının
yuxarı hissəsində (və A
2
qatının aşağı hissəsində )
narındispersli hissəciklər yağıntıların tərkibində çox vaxt
tünd humus birləşmələrinin qarışığı olur. Profilinin yuxarı
hissəsində, o qədər də kəskin ifadə olunmamasına
baxmayaraq, çimli-podzol torpaqlarda olduğu kimi kvarsın
miqdarı artır. Boz meşə torpaqlarının genetik qatlarının
kimyəvi tərkibi münasib olaraq üst qatlarda (A
1
vəA
2
)
qanunauyğun dəyilir, silisium oksidinin miqdarı yüksəlir,
56
alt qatlarda isə onun miqdarı azalır və bütün başqa
komponentlərin miqdarı artır.
Boz meşə torpaqlarında adətən 3%-dən 8%-ə
qədər humus vardır. Onun mənbəyi meşə və ot bitkilərinin
töküntüləridir. Yuxarıda enliyarpaqlı meşələrin
töküntülərinin səciyyəvi xüsusiyyətləri qeyd edilmişdir -
kül elementlərinin, xüsusilə kalsiumun miqdarı çoxdur.
Əlverişli iqlim şəraiti torpaq faunasının və mikrob
kütlələrinin, xüsusilə kalsiumun miqdarı çoxdur. Əlverişli
iqlim şəraiti torpaq faunasının və mikrob kütləsinin
inkişafına səbəb olur. Onların fəaliyyəti nəticəsində bitki
qalıqlarının dəyişilməsi, çimli-podzol torpaqlara nisbətən,
xeyli intensiv gedir. Lakin çöküntülərin bir hissəsi
parçalanmayaraq, meşə döşənəcəyi şəklində toplanır.
Döşənəcəyinin miqdarı 150-300 c/h təşkil edir,
çöküntülərin meşə döşənəcəyinə olan nisbəti 4:7
bərabərdir.
Meşə döşənəcəyində kalsiumun miqdarı o qədər
çoxdur ki, onun hamısı yuyulmağa macal tapmır və
burada vavellit mineralının yeni törəməsi (oksalat
turşusunun kalsium duzu) əmələ gəlir.
Bitki qalıqlarının dəyişilməsi nəticəsində boz-meşə
torpaqlarında kobud humusla mull humus arasında
müxtəlif keçid formalar əmələ gəlir. Mull formalı humus
yuyularaq, B qatının yuxarı hissəsində narın-dispersli
minerallarla birlikdə, pərdə və axıntı əmələ gətirir. Humus
törəmələrinin bir hissəsi kalsium humatları şəklində A
qatında qalır, fulvoturşular tipli daha mütəhərrik
birləşmələr torpaq suları ilə aşağı qatlara miqrasiya
edirlər. Buna görə boz meşə torpaqlarının humus qatında
57
A
2
və B qatlarına nisbətən pH-ın qiyməti çox vaxt bir
qədər artıqdır ki, burada fulvoturşular yuyulduğu üçün,
torpaq məhlulu daha turşdur. Alta getdikcə, torpaqda,
yenitörəmiş süxurların təsiri altında fulvoturşuların
neytrallaşması nəticəsində pH-ın qiyməti yenidən yüksəlir.
Humus birləşmələri və narındispersli mineralların
miqdarı münasib olaraq dəyişdiyi üçün udulmuş
kationların tərkibi qanunauyğun dəyişilir. Bitki
qalıqlarından kalsiumun çıxarılması nəticəsində humus
qatında onun miqdarı çoxalır. Burada, uducu kompleksin
əsaslarla zənginlik dərəcəsi 99%-ə yaxındır. Yuyulma
qatında kalsiumun miqdarı azalır, toplanma qatında isə
narındispersli mineralların çoxalması nəticəsində miqdar
yenidən artır. Belə halda fulvo məhlullarının təsiri altında
əsaslarla zənginləşmə dərəcəsi humus qatına nisbətən
aşağıdır.
Boz torpaqlarda profil boyu dəmir və başqa
metalların paylanması, çimli-podzol torpaqlara nisbətən
xeyli zəif ifadə olunmuşdur. Lessivaj olunma,
narındispersli hissəciklərin hərəkəti bu torpaqların
profilinin formalaşmasında xüsusilə mühüm əhəmiyyət
kəsb edir. Boz meşə torpaqlarının profili boyu seyrək
yayılmış kimyəvi elementlərin paylanması podzol
torpaqlara nisbətən zəif ifadə olunmuşdur, lakin yuxarı
qatlardan elementlərin çıxarılması və onların B qatında
toplanması yaxşı nəzərə çarpır.
14.4. Boz meşə torpaqlarının coğrafi xüsusiyyətləri və
kənd təsərrüfatında istifadəsi
58
Boz meşə torpaqlarının yarım tiplərinin əmələ
gəlməsi bioiqlim şəraitindən asılıdır. Buna görə açıq-boz
meşə torpaqları boz torpaqlar zolağının şimal rayonlarına,
boz meşə torpaqları-orta, tünd boz meşə torpaqları isə
cənub rayonlarına tərəf yayılmışdır. Eyni zamanda, boz
meşə torpaqlarının əyalət xüsusiyyətləri də mövcuddur.
Hazırda boz meşə torpaqlarının Ukrayna, Orta Rus,
Kama boyu, Qərbi-Sibir və Baltik boyu əyalətləri ayrılır.
Hər bir rayonda, yerli şəraitə uyğun olaraq, boz
meşə torpaqları müəyyən fərqə malikdir. Məsələn,
Ukrayna əyaləti torpaqları yağıntıların yüksək olması,
daha isti iqlimi və torpaqəmələgətirən süxurların (löslərin)
yüksək sukeçirmə qabiliyyətinin olması daha dərin
islanmasi ilə səciyyələnirlər. Burada qalın-humus qatı
(açıq-boz torpaqlarda 25sm-ə qədər və tünd-boz
torpaqlarda 35sm-ə qədər) olan boz torpaqlar əmələ gəlir.
Kamaboyu əyalətdə humus qatının qalınlığı azalır (açıq-
boz 20sm-ə yaxın, tünd bozlarda 45sm), lakin humusun
miqdarı artır.
Boz meşə torpaqlarının mənşəyi uzun zaman
tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu məsələ
barəsində bir-birinin diametral əksi olan fikirlər
söylənilmişdir. Korjinski-Tanfilyevin - meşənin bozqırlara
(stepə) doğru inkişafı zamanı qara torpaqların
deqradasiyası və Vilyamsın–bozqırların meşələrə tərəf
basqını zamanı meşə torpaqlarının proqradasiyası
nəticəsində boz torpaqların əmələgəlmə fərziyyələri
məlumdur. Hazırda boz meşə torpaqlarına zəif
rütubətlənən enliyarpaqlı meşələrin landşaftları şəraitində
əmələ gələn torpaqlar tipi kimi baxmaq lazımdır.
59
Dostları ilə paylaş: |