gələn qara yellər - quru və isti küləklərdir ki, bu zaman
havanın nisbi rütubəti 15-20% aşağı düşür. Relyefin
müsbət elementindəki torpaqlar, qurumaya xüsusilə daha
çox məruz qalırlar, belə ki, qışda nazik qar təbəqəsi
hündür yerlərdən xeyli dərəcədə sovrulur, yayda isə
küləklərin qurutma təsiri bu yerlərdə özünü daha kəskin
biruzə verir.
Torpaq səthindən illik buxarlanmanın miqdarı illik
yağıntıların miqdarına bərabər və ya ondan azdır.
Yağıntıların mühüm hissəsi torpağa hopmadan səthi axın
şəklində axıb getdiyindən, qara torpaqlar üçün yumayan
su rejimi səciyyəvidir. Şimal meşə-bozqır rayonları
müstəsnalıq təşkil edir ki, burada torpaqlar vaxtaşırı
yuyulur.
Qaratorpaqlar ot bitkiləri altında əmələ gəlir,
onların arasında çoxillik taxıllar üstünlük təşkil edir.
Hazırda qaratorpaqların böyük hissəsi şumlanmışdır və
təbii otlar məhv edilmişdir. Şimaldan cənuba tərəf təbii
otların tərkibində müxtəlif ot növləri azalır, yaz efemer və
efemeroidlərin miqdarı çoxalır.
E.M.Lavrenko qaratorpaq bozqırlarının bitki
örtüyünü aşağıdakı yarımzonalara (şimaldan cənuba
doğru) bölür: meşə-bozqır zonasına daxil olan
bozqırlaşmış çəmənliklər və çəmən bozqırları və xüsusi
bozqır zonasına daxil olan müxtəlifotlu – çobantopuzlu –
şiyavlı və çobantopuzlu – şiyavlı bozqırlar.
Bu bozqırların şimal hissəsində sıx və müxtəlif
bitkilərin 60-65%-i taxıllardan və cillərdən, 30-35%-i
müxtəlif otlardan və 5-10%-i paxlalılardan ibarətdir.
Burada torpağın bitki ilə örtülmə dərəcəsi 80-90%-dir.
72
Cənuba tərəf bitki örtüyü müxtəlifotlu – çobantopuzlu –
şiyavlı tərkibdə olmaqla, 60-90% şiyavdan ibarətdir.
Torpağın bitki ilə örtülmə dərəcəsi 70%-ə qədər aşağı
düşür. Daha cənubda çobantopuzlu – şiyav bozqırı
yerləşir, burada bitki örtüyü 60-40%-ə qədər azalır.
Qaratorpaqların
yayıldığı
ərazidə
torpaqəmələgətirən süxur
əsasən lösşəkilli
çöküntülərədən ibarətdir. Löslərin yayıldığı vilayətlərdə
qara torpaqların coğrafi əlaqəsi o qədər sıxdır ki, bəzi
geoloqlar qara torpağa çürüntü ilə zənginləşmiş lös kimi
baxırdılar. Lakin V.V.Dokuçayev Asiyada aparılan coğrafi
ekspedisiyasının məlumatlarına istinad edərək, göstərir
ki, Orta Asiya və Çinin geniş lös massivləri qara
torpaqlarla müşayiət edilmir. Beləliklə, lös və lösşəkilli
çöküntülər qara torpaqların əmələgəlməsində çox
əhəmiyyətli amil olmasına baxmayaraq, bununla belə
yalnız lösün mövcud olması qara torpaqların əmələ
gəlməsinə səbəb ola bilməz. Bunun üçün müəyyən iqlim,
bitki və başqa landşaft şəraitləri tələb olunur. Bununla
yanaşı V.V.Dokuçayev qeyd edirdi ki, “dağ süxurlarının
əlverişli tərkibi çox vacib şəraitlərdən biri kimi bizim qara
torpaqların əmələ gəlməsinə xidmət etməlidir”
7
. Buna
görə qara torpağın (həm də hər hansı başqa torpağın)
istənilən dağ süxuru üzərində əmələ gələ bilməsi
haqqındakı fikir düz deyildir və ana süxur kimi vacib
torpaqəmələgətirən amili qiymətləndirməsinə əsaslanır.
Hələ F.Ruprext qeyd etmişdir ki, qara torpaqlar qumlar
üzərində əmələ gəlmir. V.V.Dokuçayev göstərmişdir ki,
7 В.В.Докучаев. Русский чернозем. Изб.соч.,Т.I, М.Госсельхозиздат,
1948, стр.382
73
cənub-rus bozqırlarının qranit çıxıntıları üzərində elə
torpaqlar əmələ gəlir ki, onlar “həm öz qalınlığına, həm də
rənginə görə tipik qara torpaqlardan çox aşağıdır”.
8
Mərkəzi-qaratorpaq
vilayətlərində
təbaşir
süxurlarının üzə çıxdığı sahələrdə qara torpaqlar deyil,
onlardan kəskin fərqlənən nazik, pis ifadə edilmiş profilə
malik “popeluxlar” əmələ gəlir. Beləliklə, meşə şəraitində
olduğu kimi bozqır landşaftları şəraitində də
torpaqəmələgətirən süxurlar torpaqəmələgəlmədə
mühüm rol oynayırlar.
Qara torpaqların tipik nümayəndələrinin görünüşü
və xassələri xeyli dərəcədə torpaqəmələgətirən süxurların
- çaylararası əraziləri örtən pleystosen çöküntülərinin
tərkibi və quruluşu ilə müəyyən edilir. Ukraynanın
ərazisində bu çöküntülər arasında tozlu-gillicə tərkibli
löslər yayılmışdır. Orta rus təpəliklərində də lösəbənzər
çöküntülər üstünlük təşkil edir, yalnız ayrı-ayrı sahələrdə
qara torpaqlar qırmızı-qonur qumlu-gilli pliosen
çöküntüləri üzərində əmələ gəlmişdir. Paleogen (qumlar,
qumsallar, gillər) və tabaşir dövrünün (tabaşir və tabaşirə
oxşar mergellər) çöküntü süxurları qara torpağın
əmələgəlməsinə səbəb olmurlar. Lösşəkilli gillicələr
Tombov düzənliyi daxilində Orta Rus təpəliklərindən və
parçalanmış Volqaboyu düzənliklərindən şərqə tərəf
yayılır ki, orada yamaclar üzərində bu süxurlar çöküntü
süxurlarının (paleogen dövrünün qumsalları) çınqılları ilə
zənginləşir. Yergeni təpəliklərində torpaqəmələgəlmə
qırmızı-qonur pliosen gillicələrini əhatə edir.
8 В.В.Докучаев. Русский чернозем. Изб.соч.,Т.I, М.Госсельхозиздат,
1948, стр.239
74
Dostları ilə paylaş: |