Alçaq bataqlıqların torpaq profilində torf qatı (A
T
) və
humus qatı (A
1
) ayrılır ki, onlardan aşağıda göyümtül-boz
qleyli qat yerləşir. Qleyli qatdan yuxarıda dəmir iki oksidin
və manqanın yenitörəmələrinin əmələ gəlməsi
suayrıcılarında torpaq əmələ gəlmə nəticəsində qrunt
sularının dəmir və manqanla zəngin olması ilə bağlıdır.
Keçmiş zamanlardan bu yenitörəmələr dəmir almaq üçün
istifadə edilir. Bundan başqa bəzi halarda filizli və qleyli
qatların sərhəddində dəmir fosfatların toplantısına rast
gəlinir. Bu torpaqlar alçaq bataqlıqların torflu-çürüntülü
torpaqları adlanır.
Bəzi hallarda, torflu-çürüntülü torpaqların tərkibində,
yeraltı (lay) sularla əlaqədə olan qrunt suları təsir göstərir.
Bunlarla yanaşı Şərqi Avropa ovalığının mərkəzi rayonları
şəraitində onların tərkibində xeyli miqdarda kalsium
vardır. Bu zaman qalın çürüntü qatı, bəzən də əhəng tufu
şəklində kalsium karbonatın yığıntıları, bataqlıq mergelləri
və s. əmələ gəlir.
Beləliklə, tayqa-podzol zonasının qapalı, çökək
mezo və mikrorelyefində hidromorf torpaqların kimyəvi
tərkibi mühüm dərəcədə suayrıcı sahələrində torpaq
əmələgəlmənin xarakteri ilə müəyyən edilir. Başqa sözlə,
suayrıcı qapalı depressiya sistemində bilavasitə
geokimyəvi tabelilik vardır. Avtomorf və hidromorf
torpaqəmələgəlmənin daha mürəkkəb qarşılıqlı
münasibəti çay subasarlarında əmələ gəlir.
Subasar torpaqlar tayqa-podzol zonasının 8%-ə
yaxın sahəsinin tutur (N.R.Remezova görə, 1963). Hər il
baş verən yaz daşqınları və qrunt suları səviyyəsinin
44
qalxması subasar torpaqların əmələ gəlməsində səciyyəvi
xüsusiyyətlərdir. Hər iki cəhət subasar torpaqların, su
mənbələri sahələrindən gətirilmiş, torpaqəmələgətirən
məhsullarla zənginləşməsinə səbəb olur. İri çayların su
mənbələri çox geniş olduğu üçün torpaqəmələgəlməyə
həmin yerin çaylararası sahələrində torpaqəmələgəlmə
xarakteri deyil, sutoplayıcı sahələrdə avtomorf
torpaqəmələgəlmə proseslər cəminin effektliyi təsir
göstərir.
Çay subasarlarında mərkəzi, yataqyanı və terrasboy
hissələr ayrılır. Q.V.Dobrovolskiyə görə,
onlara subasar-çəmən, subasar-çimli
və subasar-bataqlıq torpaqlar uyğun
gəlir.
Mərkəzi subasar səthlərinin
hamarlılığı və adətən orta hissədə
alçaqlığı ilə səciyyələnir. Daşqın vaxtı
suyun əsas axımı bu istiqamətdə gedir.
Mərkəzi subasar zəngin qida maddələri
davamlı su rejiminə malik olur. Torpaq
profilinin qrunt sularında çoxlu miqdarda
olan elemntlərlə zənginləşməsinin
səbəbi torpaqdan qrunt sularının daim
buxarlanmasıdır. Burada sıxsubasar
çəmən bitkiləri inkişaf edir, xırda
topavari struktura malik çəmən
torpaqları əmələ gəlir (şəkil 13.3).
Çəmən torpaqlarında çürüntü qatı cox
qalın olur və profil boyu dərinlik istiqamətində humus
tədricən azalır. Narın dispersli kütlə sutoplayan torpaq
Şəkil 13.3.
45
sahəsindən gətirilmiş kalsiumla doymuşdur. Bəzi hallarda
dəmirli, manqanlı, karbonatlı yeni törəmələrə rast gəlinir.
Çəmən torpaqları üçün yüksək dərəcədə münbitlik və
profilin aşağı hissəsinin qleyləşmə əlamətlərinə malik
olması ilə səciyyələnir. Əvvəllər çəmən subasar torpaqları
allüvial dənəvər torpaqlar adlanırdılar.
Yataqyanı sahə alçaq sahələrlə bölünmüş bir və bir
neçə tirədən ibarət olur və əsasən çimərliyin arxasında
yerləşir. Bir qayda olaraq qumlu çöküntülərdən təşkil
olunmuşdur. Daşqın çəkilən kimi bitki örtüyü ilə qrunt
suları ilə əlaqəsi kəsilməsi bununla əlaqədardır. Yayda
burada bitkilər üçün su çatışmamazlığı yarana bilir. Çay
yatağı boyu yataqyanı sahədə zəif inkişaf etmiş çimli
torpaqlar formalaşır. Bu torpaqların üzərində yerləşən ot
bitkiləri tərkibində taxıllar və bəzən paxlalılar üstünlük
təşkil edirlər. Bu torpaqlar bir qayda olaraq cavandırlar,
tam inkişaf etməmiş torpaq əmələ gətirən amillər yetgin
səviyyəyə çatmışdır. Bu torpaqların profili 2-4 sm
qalınlığnda, 2-4 % humusa malik çim və humus
qatlarında 0,5 - 2 sm qalınlığında zəif nəzərə çarpan
keçid qatından, dərində torpaqəmələgətirən süxurlardan
ibarətdir. Tirənin səthində vaxtaşırı qum çöküntülərinin
yığılması nəticəsində, müasir çimli torpaqlar altında,
müasir torpaqlara oxşar basdırılmış torpaqlar seriyası
yerləşir. Çay yatağı boyu sədd torpaqlarını əvvəllər laylı
allüvial –laylı subasar torpaqlar adlanması da bununla
əlaqədardır.
Mərkəzi subasarlarda səth hamardır, adətən orta
hissədə alçaqdır, daşqın vaxtı suyun əsas axımı bu
istiqamətdə gedir. Mərkəzi subasar ya gilli lildən
46
(meşələşən sutoplayıcı olduqda), ya da tozvari lildən
(meşəsiz sutoplayıcı olduqda) əmələ gəlir.
Mərkəzi subasar zəngin qida maddələri və davamlı
su rejimi olması ilə səciyyələnir. Torpaqdan qrunt sularının
daim buxarlanması torpaq profilinin qrunt sularında çoxlu
miqdarda olan elementlərlə zənginləşməsinə səbəb olur.
Burada sıx subasar çəmən bitkiləri inkişaf edir, xırda
topavari struktura malik subasar çəmən torpaqlar-dənəvər
strukturlu subasarlar əmələ gəlir. Çəmən torpaqları üçün
çürüntü qatının böyük qalınlığı (1 m-ə qədər) və profil
boyu dərinlik istiqamətində humusun tədricən azalması
səciyyəvidir. Narındispersli kütlə, sutoplayan torpaq
sahəsindən gətirilmiş kalsiumla doymuşdur. Bəzən,
dəmirli, manqanlı, seyrək hallarda karbonatlı
yenitörəmələrə rast gəlinir. Profilin ən aşağı hissəsi
qleyləşmə əlamətlərinə malikdir. Bu torpaqlar yüksək
dərəcədə münbitdirlər. Əvvəllər çəmən subasar torpaqları
allüvial dənəvər torpaqlar adlandırırdılar.
Terrasyanı subasarlar, subasarların başqa hissələri
ilə müqayisədə xeyli alçaq olması, suyun axını daşqın
vaxtı burada daha yavaşdır və narın asılı hissəciklərin
burada çökməsi onun səciyyəvi xüsusiyətləridir.
Terrassboyu subasarları həmişə az və ya çox dərəcədə
bataqlıqlaşmış olurlar. Buda qrunt sularının terrassdan
sızması nəticəsində baş verir. Bununla yanaşı bu alçaq
yerlərə səth suları axır və burada qar suları tutulub
saxlanılır. Son zaman qızılağaclı alt çəmən bataqlıqları
əmələ gəlir.
Alt bataqlıq tipli gilli torpaqlara malik olması ilə
terrasboyu subasarları səciyyələnir. Belə ki,
47
Dostları ilə paylaş: |