meyarlarının seçilməsi
Bonitirovka latın sözü “bonitas” sözündən
götürülmüşdür. Lüğəti mənası keyfiyyətlilik deməkdir.
Deməli, torpağın bonitirovkası, torpağın münbitliyini,
başqa sözlə keyfiyyətini müqayisəli tərzdə ballarla ifadə
edən nisbi keyfiyyət göstəricisidir.
Torpağın bonitirovkası torpaqşünaslıq elminin
praktiki hissəsi olub, torpaq kadastrı tərtib etmək üçün işin
əsas mərhələ və tərkib hissələrindən biridir. Məlum
olduğu kimi, torpaq təbii – tarixi bir kütlədir. Torpağın
tərkibində baş verən prosesləri və keyfiyyət
dəyişilmələrini aydınlaşdırmaq məsələsi yalnız onun
xassələrini dəqiq öyrənməklə müəyyən edilə bilər. Məhz
buna görə də, torpağın bonitirovkası zamanı əsas meyar
olaraq onun daxili keyfiyyəti, yəni təbii münbitliyi yaradan
amilləri (humus, azot, fosfor, kalium, karbonatlar, udma
tutumu, turşuluğu və s.) əsas götürülür. Bu iki göstərici –
torpağın daxilindəki keyfiyyəti və məhsuldarlığı arasında
riyazi yolla hesablanıb tapılan korrelyasiya əmsalı bizə
torpağın koriteriya göstəricilərini dügün seçməyə, onun
bonitet şkalasını dəqiq və doğru tərtib etməyə xeyli imkan
yaradır. Məşhur rus alimi P.A.Kostıçev haqlı olaraq yazırdı
ki, torpaqları qiymətləndirən zaman orada becəriləcək
bitkilərin də “fikrini” bilmək və tələbatlarını nəzərə almaq
lazımdır. Bu baxımdan, torpağın bonitirovkası zamanı
onun daxili keyfiyyətləri ilə yanaşı, kənd təsərrüfat
bitkilərinin bioloji xüsusiyyətləri də nəzərə alınır və onların
kökləri yayıla biləcək dərinliklərdə (0 – 20; 0 – 50; 0 – 100
sm) qeyri mütəhərrik qida maddələri ehtiyatı da müəyyən
275
olunur. Bütün bunlar özlüyündə yüksək göstəriciləri olan
tipik (etalon) torpağı müəyyən etməyə imkan yaradır.
Sonrakı mərhələlərdə isə etalon torpaq 100 bal qəbul
edilir və qalan torpaqlar da buna münasib qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, torpağın bonitirovkası
zamanı əsas bonitet şkalasını tərtib etmək işin ən məsul
mərhələsi hesab olunur.
Torpaq islahatı, xüsusilə özəlləşdirmə tədbirlərinin
həyata keçirilməsində torpaq bonitirovkasını aparmağın
çox böyük əhəmiyyəti vardır.
Ümumiyyətlə, torpağın bonitirovkası:
a)
torpaq-iqlim sərvətlərindən asılı olaraq
kənd təsərrüfatı bitkilərinin yerləşdirilməsi üçün optimal
şəraitli ərazilərin müəyyən edilib, ixtisaslaşdırılmasına;
b)
bir fermer təsərrüfatı torpaqlarının başqa
təsərrüfat torpaqlarından nə dərəcədə pis və ya yaxşı
olmasını müqayisəli tərzdə müəyyənləşdirməyə;
c) təsərrüfatın planlaşdırılmasında subyektivliyi
aradan qaldırmaq və məhsul istehsalı üçün ehtiyat
mənbələrini üzə çıxarmağa;
d) torpağın münbitlik və məhsuldarlıq qabiliyyətini
obyektiv təyin etməyə;
e) kənd təsərrüfatı bitkilərinin tələbatına uyğun
olaraq müvafiq torpaq sahələrinin seçilməsinə;
f) düzgün becərmə və meliorativ tədbirlərin tətbiqi
yolu ilə torpaqların bonitet ballarının artırılmasına;
v) uzun müddətlər üçün kənd təsərrüfatı məhsulları
istehsalını əvvəlcədən proqnozlaşdırmağa;
3) təsərrüfatlarda məhsuldarlığın yüksəldilməsinə
xidmət edən tədbirlər istehsalat planlarının düzgün
276
tutulmasına, fermer təsərrüfatlarının maddi marağının
yüksəldilməsinə, dövlətə satış qiymətlərinin və torpaq
vergisinin düzgün təyin edilməsinə və s. mühüm
məsələlərin həllinə kömək və xidmət edir.
XXIV.3. Əkin və otlaq torpaqlarını qiymətləndirmək
üçün göstəricilərin seçilməsi və bonitet şkalasının
tərtibi
Torpağı düzgün qiymətləndirmək üçün, hər şeydən
əvvəl, yem və kənd təsərrüfat bitkilərinin məhsuldarlığına
təsir edən ekoloji şəraiti düzgün öyrənmək və təhlil etmək
zərurəti şərtdir. Bunlardan torpağın münbitlik göstəriciləri
(humus, azot, fosfor, udulmuş əsaların cəmi),
əkinəyararlılıq dərəcələri və zonal torpaqlar üçün iqlim
amilini (bioiqlim potensialını – BKP) göstərmək olar.
Uzun illər aparılmış müşahidələrlə müəyyən
edilmişdir ki, uzun müddət torpağın aşınma prosesində,
strukturun əmələ gəlməsində və həm də bitkilərin
qidalanmasında həlledici rol oynayır.
Humus maddəsi bitki üçün təkcə qida
maddələrinin mənbəyi deyil, həmçinin, o bitkinin
inkişafında münasib şərait yaradaraq, onun fiziki, fiziki –
kimyəvi və biokimyəvi xüsusiyyətlərinə də mühüm təsir
göstərir.
Azot bitkinin yaranması üçün lazım olan ən vacib
elementlərdən biridir. O, bitki orqanizminin əsasını təşkil
edən zülal maddələrin sintezi üçün lazımdır. Yalnız bunu
da qeyd etmək kifayətdir ki, azot bitki zülalının çəki
hesabı ilə 1/6 hissəsini (16-18%) təşkil edir. Torpaqda
277
azotun ümumi miqdarı onda olan humusun miqdarından
asılıdır.
Fosfor bitki üçün zəruri olan maddələrdən biridir.
Əgər bitki azotu torpaqdan, əlavə olaraq atmosferdən də
(nitrifikasiya bakteriyaları vasitəsilə) mənimsəyə bilirsə,
fosforu yalnız torpaqdan və ona verilən gübrələrdən ala
bilir.
Fosfor bitkinin vegetasiya dövrünün sürətini artırır
və məhsulun tez yetişməsinə səbəb olur. O çatışmadıqda
cavan bitkinin inkişaf fazaları gecikir, vaxtından gec
çiçəkləyir və toxum əmələ gətirmir.
Torpağın udma tutumu onun aqronomik dəyərini
və ya məhsuldarlıq dərəcəsini göstərən səciyyəvi
elementlərdən biridir. Torpağın udma tutumu, onun
mexaniki tərkibini dolayı yolla təmin edir və mədəni
səviyyəsini özündə əks etdirir.
Məlum olduğu kimi iqlim amili (işıq, istilik, rütubət)
torpaqəmələgəlmə prosesində və bitkinin inkişafında
həlledici rol oynayır. İqlim amili yalnız bitkilərin
məhsuldarlığında deyil, həm də onların keyfiyyətinə
böyük təsir göstərir.
Bütün yuxarıda göstərilənlərdən aydın olur ki,
torpaq boniteti işlərinin aparılmasında bitkilərin
qidalanmasında mühüm rol oynayan aqrokimyəvi
göstəriciləri və iqlim amili bir kriteriya kimi götürülməlidir.
Otlaq torpaqlarını qiymətləndirmək yuxarıda göstərilən
təbii münbitlik amilləri ilə yanaşı yem bitkilərinin
məhsuldarlığı (dərəcə ilə) və keyfiyyəti (yem vahidi ilə)
mühüm göstərici kimi alınmalıdır.
278
Hər hansı bir ərazinin – istər dövlət mülkiyyətində
saxlanılan, istər bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyətə
verilən torpaqlar qiymətləndirilərkən vacib məsələlərdən
biri torpağın keyfiyyət və iqlim göstəricilərinə görə qiymət
şkalasının tərtib edilməsidir.
Əsas qiymət şkalasının tərtibi, qiymətləndirmə
işində ən məsul dövr olub torpaq bonitetinin əsasını –
özülünü təşkil edir. Torpaq – iqlim şəraitindən asılı olaraq
əsas qiymət şkalasının tərtibi üçün torpaqların aşağıdakı
sabit diaqnostik əlamətləri meyar kimi götürülə bilər:
ümumi humus, azot və fosfor ehtiyyatı (t/ha); yuyulmuş
əsasların cəmi (mq-ekv); humuslu qatın qalınlığı (sm ilə);
qranulometrik tərkib; skletlilik və daşlılıq dərəcəsi; ana
süxur; eroziyaya uğrama dərəcəsi; karbonatlılıq; torpaq
mühitinin reaksiyası (pH); ərazinin iqlim göstəriciləri və s.
Əsas qiymət şkalasını tərtib etmək üçün yuxarıda
göstərilən əlamətlərin hamısını götürmək məcburi deyildir.
Əsas şkala tərtib edilərkən həmin ərazidə çox yayılmış
bitkinin tələbatına uyğun gələn əlamətlər (meyarlar)
seçilməlidir.
Qiymət şkalasını müəyyən etmək üçün humus,
azot, fosfor ehtiyatları (%-lə) udulmuş əsaların cəmi
(Mq.ekv) torpağın həcm dərəcəsi əsas götürülərək lazımi
dərinliyə (0-20, 0-50, 0-100 sm) hesablanır. Bütün torpaq
göstəriciləri istənilən dərinliyə gətirildikdən sonra
məlum düsturla
100
v
p
Z
burada
– verilmiş qatda
torpağın həcm çəkisi, m
3
/ha, p – humus, azot və başqa
279
elementlərin faizlə miqdarı, v – həmin qatdakı torpağın
həcmi, m
3
/qa, 100 – sabit rəqəmdir) onların hər hektara
düşən ehtiyatı hesablanır.
Əsas qiymət şkalasını müəyyən etmək üçün 100
ballı müqayisə sistemi əsas götürülür. Torpaq tipləri və
yarımtipləri bir-biri ilə məhsuldarlığa bilavasitə təsir edən
göstəricilərin – ümumi humusun, azotun, fosforun hektara
ehtiyatı və udulmuş əsaların cəminə görə müqayisə edilir.
Bunun üçün təsərrüfatdakı ən münbit torpaqda (məs.
qara torpaq) göstəricilərin miqdarı 100 qəbul edilərək
başqa torpaqlar onunla müqayisə olunur. İqlimə görə
zonal torpaqlar üçün alınmış təshih əmsalları torpağın
keyfiyyətinə görə aldığı ballara vurulur. Əsas şkalada olan
tip və yarımtiplər üçün torpaq – iqlim şəraitinə görə yekun
balları alınır.
Torpağın elə növ və növmüxtəliflikləri var ki,
diaqnostik əlamətlərindən asılı olaraq onların torpaq
qiyməti (balı) ya aşağı, ya da yuxarı olur. Torpağın qiymət
ballarının aşağı düşməsinə onların yuxa olması, səthi
yuyulmaya məruz qalması (eroziya prosesi), şoranlıq,
şorakətlik, bərkimə xassələri, əlverişsiz qranulometrik
tərkib, qleyləşmə (bataqlaşma) və s., artmasına isə
becərmə amilləri, suvarma tətbiq edilməsi, hidromorfluq
və sair əlamətlər təsir edir. Ona görə də torpaqların
keyfiyyətinə təsir edən bütün diaqnostik əlamətləri
nəzərə almaq və onları qiymətləndirmək üçün müəyyən
edilmiş təshih əmsallarından istifadə olunur (Cədvəl
24.1.).
Torpaq növünün xüsusiyyətlərindən və
müxtəlifliyindən asılı olaraq qiymətləndirmə zamanı bəzən
280
bir neçə təshih əmsalından istifadə etmək lazım gəlir.
Belə halda torpaq tipinin əsas şkaladakı bonitet balı
müvafiq təshih əmsallarının hamısına ayrı-ayrılıqda
vurulur. Məsələn, ağır gillicəli zəif şorakətləşmiş şabalıdı
torpaqların bonitet balını tapmaq lazımdır.
Bunun üçün şabalıdı torpağın əsas şkaladakı
bonitet balı (100) ağır gillicəli mexaniki tərkibin (0,91) və
zəif şorakətliliyin (0,90) “təshih əmsalları”na vurulur
(Ş
2
=100x0,90x0,91=82). Buradan ağır gillicəli zəif
şorakətləşmiş şabalıdı torpaqların bonitet balının 82
olması müəyyən edilir.
Torpaqların tam bonitet şkalası tərtib edildikdən
sonra hər hansı regionun (rayon, fermer təsərrüfatı və s.)
bonitet kartoqramının tərtibinə başlamaq olar.
Cədvəl 24.1.Torpağın mənfi və müsbət əlamətlərinə görə
təshih əmsalları (ixtisarla verilir)
Torpaqlar
Təshih əmsalları
1
2
Şabalıdı
Yuyulma dərəcəsinə görə
Yuyulmamı
ş
Zəif
yuyulmuş
Orta yuyulmuş
1,00
0,73
0,50
Boz
Şorlaşma dərəcəsinə görə
Şorlaşmam
ış
Zəif
şorlaşmış
Orta
şorlaşmış
Şiddətl
i
şorlaş
mış
1,0
0,73
0,64
0,42
Şabalıdı
1,00
0,91
0,64
0,56
Şorakətləşmə dərəcəsinə görə
281
Bütün
torpaqlar
üçün
Şorakətləş
məmiş
Zəif
şorakətləş
məmiş
Orta
şorakətləşmış
1,00
0,90
0,75
Bütün
torpaqlar
üçün
Mədəniləşmə dərəcəsinə görə
Xam
Zəif
Orta
Yüksə
k
1,00
1,06
1,40
1,76
Boz
Qranulometrik tərkibə görə
Yüngül
gillicəli
Orta
gillicəli
Ağır
gillicəli
gilli
quml
u
0,89
1,00
0,91
0,78
0,60
Dağ
şabalıdı
0,89
1,00
0,90
0,80
0,60
Çəmən –
şabalıdı
0,89
1,00
0,91
0,36
0,60
Dağ boz
– qəhvəyi
0,89
1,00
0,90
0,80
0,60
Podzollu
sarı
0,76
1,00
0,96
0,33
-
Bütün
torpaqlar
üçün
Daşlığa görə
Daşsız
Zəif
daşlı
Orta
daşlı
Çox
daşlı
1,00
0,80
0,60
0,50
24.4. Torpağın bonitet kartoqramının tərtibi
Əkin və otlaq torpaqlarının potensial münbitliyinin
qiymətləndirilməsi və bu sahədə çalışan kənd təsərrüfatı
mütəxəssislərinin, eləcə də fermerlərin həmin sahələrdən
səmərəli istifadə etməsi üçün torpaqların bonitet
282
kartoqramı tərtib olunur. Əkinaltı torpaqların bonitet
kartoqramı otlaq sahəsi torpaqlarının bonitet
kartoqramından indeksləmə cəhətdən xeyli fərqlənir. Belə
ki, əkinaltı torpaqların bonitet kartoqramında ancaq
torpağın indeksi, bonitet balı və balların aid olduğu bonitet
sinfi verilirsə (
80
2
VIII
Ş
), otlaq torpaqlarının kartoqramında
hər bir torpaq konturu üzərində kəsir xəttinin məxrəcində
torpaqların indeksi (k
2
), daxil olduğu bonitet sinfi (x) və
balı (100) və həm də torpağın əkinə yararlılıq (nə)
dərəcəsi göstərilir. Bundan başqa kəsirin sürətində bitki
fitosenozlarının indeksi (f
1
), məhsuldarlıq dərəcəsi (v) və
kateqoriyası (1) keyfiyyəti yem vahidi ilə, həm də onun
balı ekoloji-bonitet qruplaşması şəklində göstərilir.
Məsələn :
ne
x
Ş
l
v
f
100
100
2
1
burada f
1
– bir nömrəli
fitosenozun adı (yovşanlı-efemerli); v – bitkinin
məhsuldarlığına görə bonitet dərəcəsi (18,1 s/ha); l –
fitosenozun kateqoriyası (0,45 yem vahidindən böyük);
100 – məhsuldarlığa və onun keyfiyyətinə görə bonitet
balı; Ş
2
– adi şabalıdı torpaq; x – torpağın bonitet sinfi
(90-100 bal arasında); 100 – iqlim nəzərə alınmaqla
torpağın keyfiyyətinə görə aldığı bonitet balı; nə - normal
əkinə yararlı sahəni göstərir (Şəkil 24.2.).
Aparılmış torpaq boniteti işləri və onların tərtib
edilmiş kartoqramları torpağın iqtisadi cəhətdən
283
qiymətləndirilməsi zamanı və həm də torpaqları aldığı
ballara görə aqroistehsalat qruplarına ayırmaq da mühüm
əhəmiyyət kəsb edir.
Torpaqların aqroistehsalat qruplaşdırılması yüz
ballı sistem üzrə bir – birinə yaxın olan torpaq vahidlərinin
öz aqronomik xassələrinə görə, ekoloji cəhətdən oxşar
kənd təsərrüfatı bitkilərinin tələbatına uyğun
qruplaşdırılmasına deyilir. Hər keyfiyyət qrupu özünə iki
sinfi və 20 balı birləşdirir. Bu keyfiyyət qrupları
aşağıdakılardır:
1) Yüksək keyfiyyətli torpaqlar – 81-100 bal almış
torpaqları özündə birləşdirir.
2) Yaxşı keyfiyyətli torpaqlar – 61-80 bal almış
torpaqları birləşdirir.
3) Orta keyfiyyətli torpaqlar – 41-60 bal almış
torpaqları birləşdirir.
4) Aşağı keyfiyyətli torpaqlar – 21-40 balı almış
torpaqları birləşdirir.
5) Yararsız, yaxud şərti yararsız torpaqlar 0-21
bal almış torpaqları özündə birləşdirir.
Qeyd etmək lazımdır ki, torpaqların aqroistehsal
qruplaşması sözün əsl mənasında 100 ballı sistem üzrə
bonitirovka apardıqdan sonra qruplaşdırılır ki, bu da öz
mahiyyətinə görə ümumiləşdirici səciyyə daşıyır.
284
Şəkil 24.2. Otlaq (a) və əkin sahəsi (b) torpaqlarının bonitet
kartoqramlarından fraqmentlər.
285
Document Outline
Dostları ilə paylaş: |