AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
ŞAHALI GÜLMALI OĞLU HƏSƏNOV
MƏTANƏT MAHMUD QIZI ƏSGƏROVA
TORPAQ COĞRAFİYASI TORPAQŞÜNASLIĞIN
ƏSASLARI İLƏ
Azərbaycan RespublikasıTəhsil
Nazirliyi tərəfindən dərs vəsaiti
kimi təsdiq edilmişdir
BAKI – 2010
Elmi redaktor: biologiya elmləri doktoru, AMEA-nın
həqiqi üzvü Q.Ş.Məmmədov
Rəyçilər: kənd təsərrüfatı elmləri doktoru,
professor A.P.Gərayzadə
kənd təsərrüfatı elmləri namizədi,
baş elmi işçi A.B.Cəfərov
1
G İ R İ Ş
Torpaqşünaslıq
-
torpaqlar, onların
əmələgəlməsi, quruluşu, tərkibi, xassələri, coğrafi
yayılma qanunauyğunluqları və torpağın əsas xassəsi
olan münbitliyinin formalaşmasını və inkişafını müəyyən
edən ətraf mühitlə qarşılıqlı əlaqə prosesləri, torpaqların
kənd və xalq təsərrüfatında səmərəli istifadəsi,
aqromədəni şəraitdə torpaq örtüyünün dəyişilməsi
məsələləri haqqında elmidir.
Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə
kursu landşaftın tərkib hissəsi kimi cografi-pedoqoji təhsil
sistemində xüsusi yer tutur. Çünki torpaqşünaslıq və
torpaq coğrafiyası kursu təbii elm kimi təbiətin tərkib
hissələri və onun komponentləri arasında qarşılıqlı
vəhdəti və əlaqələri öyrənib müəyyən etmək üçün geniş
imkanlar yaradır.
Ətraf mühitin bütün komponentlərinin qarşılıqlı
təsirinin nəticəsi olan torpagın formalaşması prosesi və
torpaq tiplərinin yayılma qanunauygunluqları ilə tanış
olduqda yerin coğrafi mənzərəsini öyrənən tələbələr
təbiətin mürəkkəb dialektik vəhdətdə və inkişafda
olduğunu dərindən dərk edirlər.
Əsas istehsal vasitəsi olan torpagın insan
cəmiyyəti üçün mühüm əhəmiyyəti vardır. Torpagın
öyrənilməsi və onun elmi əsaslarının dərindən dərk
edilməsi insanın təsərrüfat fəaliyyətinin düzgün
istiqamətlənməsi, kənd təsərrüfatı istehsalının düzgün
planlaşdırılması üçün çox zəruridir.
Torpaqda gedən mürəkkəb bioloji, geokimyəvi və
fiziki-kimyəvi proseslərin öyrənilməsi ətraf mühitin
2
mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi, qiymətli
mineral sərvət yataqlarının axtarışı, müxtəlif mühəndisi-
tikinti obyektlərinin tikilməsi üçün böyük əhəmiyyət kəsb
edir.
Cografiya müəllimləri torpaq haqqında biliklərə
dərindən yiyələnməlidirlər, çünki orta təhsil sistemində
torpaq haqqında ibtidai məktəbdə təbiətşünaslıq
dərslərində verilən ümumi anlayışlar, bir qədər sonra
botanika, kimya, ümumi biologiya və xüsusilə cografiya
kurslarında tədricən genişləndirilir və dərinləşdirilir. Digər
fənn müəllimlərindən fərqli olaraq cografiya müəllimləri,
müstəsna hal kimi, torpaqşünaslıq və torpaq cografiyası
sahəsində bilikləri daha yüksək səviyyədə mənimsəməli
və dinamiki olaraq fənlərarası əlaqədə onu istifadə etməyi
bacarmalıdır.
“Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə”
kursu uyğun olaraq pedaqoji universitet və institutların
coğrafiya, biologiya və ekologiya fakültələrinin əyani və
qiyabi tələbələrinin tədris proqramına uyğun olaraq
yazılmışdır.
Dərslikdə torpaqşünaslıq və torpaq coğrafiyasının
müasir vəziyyəti, bütövlükdə onun quruluşu və
müddəaları coğrafi-pedoqoji təhsil sisteminə uyğun
şəkildə qurulmuş, hazırkı dövrdə tətbiq olunan proqramı
tamamilə əks etdirir. Kursun materialları girişlə başlayan
iki böyük hissədə qruplaşdırılmışdır.
Dərsliyin birinci hissəsində torpaq və onun əmələ
gəlməsi haqqında anlayışlar, həmçinin torpaq haqqında
təlimlərin qısa inkişaf tarixi, torpaqşünaslığın və torpaq
coğrafiyasının əsas nəzəri problemləri, torpağın
mənşəyini və təkamülünü əks etdirən ayrı-ayrı ümdə
məsələlər, torpağın coğrafi yayılma qanunauyğunluqları
barədə məlumat verilir. Burada, eyni zamanda torpaq
coğrafiyası proqramına uyğun olaraq torpaqəmələgətirən
3
amillər, aşınma prosesi və torpağın mineral hissəsi,
torpağın yaranmasında bioloji amillərin rolu və torpağın
üzvi hissəsi, torpaq kalloidləri və torpağın udma
qabiliyyəti, torpağın maye və qaz fazalarının kimyəvi
tərkibi, fiziki xassələri, morfoloji quruluşu ətraflı təsvir
olunmuş, torpaqəmələgəlmə prosesində insan
fəaliyyətinin rolu və torpağın insan cəmiyyəti üçün
əhəmiyyəti geniş şərh olunmuşdur.
Dərsliyin ikinci hissəsi dünyanın, o cümlədən
Azərbaycan Respublikasının əsas torpaq tiplərinin
səciyyəsinə həsr edilmişdir. Bu hissədə eyni zamanda,
ayrı-ayrı zonal torpaq tiplərinin coğrafi arealları, onların
strukturası və regional xüsusiyyətləri, əmələgəlmə şəraiti,
morfologiyası, təsnifat sxeminə uyğun olaraq mənşəyi və
diaqnostikası, fiziki-kimyəvi və mineraloji xassələri,
mühafizəsi, kənd təsərrüfatında istifadəsi və münbitliyini
artırmaq yolları təsvir olunmuşdur.
Torpaq coğrafiyasının qanunlarını və prinsiplərini,
torpaq örtüyünün zonal və regional xüsusiyyətlərini
bilmək, torpaq islahatının müasir tələblərinə uyğun olaraq
onun sərvətlərindən səmərəli istifadə etmək, torpağın
münbitliyini yüksəltmək coğrafiya və aqronomiya elmləri
sahəsində fəaliyyət göstərən bütün mütəxəssislər üçün
çox mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, torpaq və
onun qlobal səviyyədə coğrafi müxtəlifliyini, onların
regional xüsusiyyətlərini bilmədən, orada baş verən təbii
prosesləri düzgün qiymətləndirmədən kənd təsərrüfatı,
meşəçilik və xalq təsərrüfatının başqa mühüm sahələrinin
torpaq fondundan səmərəli istifadə edib düzgün
yerləşdirmək və ixtisaslaşdırmaq mümkün deyil. Bu
cəhətdən mövcud dərslik Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət Pedoqoji Universiteti müəllim və
tələbələri üçün və eləcə də xalq təsərrüfatının müxtəlif
4
Dostları ilə paylaş: |