qanunauyğunluqları və transformasiyasını dəqiq tədqiq
etməyə metodiki imkan yaradır.
Hidrogeologiya torpağın su rejiminin formalaşması
və mövcud olması məsələlərini həll etməyə kömək edir.
Torpaqəmələgəlmə prosesi və torpaq coğrafiyasında
relyefin rolunu lazımınca başa düşməkdə və
qiymətləndirməkdə geomorfologiyanın rolu böyükdür.
Geodeziya və kartoqrafiyanı bilmədən və onların spesifik
üsullarını tətbiq etmədən düzgün və dəqiq torpaq
xəritəsi tərtib etmək olmaz.
İqlimşünaslıq və meteorologiya kursu iqlim və
atmosfer amillərinin torpaqəmələgəlmədə rolunu
qiymətləndirməkdə, torpağın rejim proseslərini, o
cümlədən torpağın su və istilik rejimlərini yaratmaqda və
normal saxlamaqda, həm də torpağın yer səthində coğrafi
yayılmasını müəyyənləşdirməkdə müstəsna əhəmiyyətə
malikdir.
Bir sıra bioloji elmlər (mikrobiologiya, biokimya, bitki
fiziologiyası və s.) torpağın münbitliyi və bitkilərin
torpaqdan qidalanma məsələlərini öyrənmək üçün
xüsusilə əhəmiyyətlidir. Torpaqşünasların işi botaniklərlə
(geobotaniklərlə), zooloqlarla (torpaq zoologiyası ilə) sıx
əlaqəlidir. Torpaqşünaslarla bitki və heyvan ekologiyasını
da bilmək çox zəruridir. Torpaqşünaslığın bəzi bölmələri
torpaq biologiyası ilə (məs. mikrobiologiya, parazitologiya
və s.) bilavasitə bağlıdır. Torpaq humusunu biokimya
üsullarından istifadə etmədən öyrənmək düzgün olmazdı.
Torpağın kimyası bütün kimya elmlərinin (analitik
kimya, üzvi kimya, kolloidal kimya) üsullarından istifadə
edərək torpağı öyrənir, torpağın fizikasını və aqrofizikasını
öyrənmək ümumi fizikanın torpağa aid qanunları ilə
bağlıdır.
Nəhayət, torpaqşünaslıq elminin riyaziyyat elmi ilə
daha sıx əlaqəsini qeyd etmək lazımdır. Riyazi-statistik
24
üsullardan istifadə edərək torpağın giymətləndirilməsi
(bonitirovkası, iqtisadi qiymətləndirilməsi), torpağın
münbitlik səviyyəsinin müəyyən edilməsi, onların
modelləşdirilməsi və s. bu əlaqəyə yaxşı misaldır.
Bir sözlə, torpaqşünaslıq özünəməxsus spesifik
tədqiqat üsulları tətbiq etməklə bərabər, yuxarıda adları
çəkilən elm sahələrinin üsul və dəlillərindən də geniş
istifadə edir. Torpaqşünaslıqda müxtəlif elm sahələrinin
üsullarından geniş istifadə edilməsi təbii bir cisim kimi
torpağın geosferdə tutduğu yerlə və müxtəlif elm
sahələrilə sıx təmasda öyrənilməsi ilə əlaqədardır.
Beləliklə, torpaq yer qabığının və bütövlükdə bir
planet olan Yerin tarixi və təkamülü ilə ən sıx və bilavasitə
əlaqəsi olan, təbii-tarixi cisimdir. Buna görə,
torpaqəmələgəlməsi prosesini, torpaqların yaranmasını,
sonrakı təkamül və inkşafetmə proseslərini yaxşı başa
düşmək üçün, biz əvvəlcə aşınma prosesi,
torpaqəmələgətirən süxurlar və torpağın mineral hissəsi
ilə tanış olmalıyıq.
25
II FƏSİL
AŞINMA. TORPAQƏMƏLƏGƏTİRƏN
SÜXURLAR VƏ TORPAĞIN MİNERAL HİSSƏSİ
2.1. Aşınma haqqında ümumi məlumat
İlkin torpaqəmələgəlmə prosesi dağ süxurlarının
aşınmaya məruz qalması ilə başlayır. Yer kürəsində olan
bütün dağ süxurlarını onların mənşəyinə görə üç böyük
qrupa bölürlər: 1)Maqmatik və
ya püskürmə dağ süxurları; 2)
çökmə dağ süxurlar; 3)
metomorfik süxurlar.
Maqmatik süxurlar
yer qabığının dərin qatlarında
- maqmada soyumuş şəkildə
qaldıqda intruziv dərinlik
süxurlar, yer səthinə çıxmış
olduqda effuziv-səthə atılmış süxurlar adlanır (şəkil 2.1).
Aşınma və torpaqəmələgəlmə prosesinə
ən çox effuziv süxurlar məruz qalır. Tərkibində
SiO
2
çox olanlara (75-65%) turş, az olanlara (52-45 %)
əsas, orta yer tutanlara (65-52
%) orta süxurlar deyilir.
Çökmə dağ süxurları
- mexaniki
(ekzogen)
qüvvələrin (külək, su, buz və
s.) təsirilə parçalanıb dağılmış
müxtəlif süxurların qırıntı
materialları (çay daşı,
brekçiya, konqlomerat, qum,
gil, lös və s.), müxtəlif duzların (gips, daş duz, anhidrit və
s.) su məhlulundan kristallaşma yolu ilə əmələ gələn
kimyəvi çöküntülər, bitki və heyvan qalıqlarının
Şəkil 2.1. Maqmatik süxurlar.
Şəkil 2.2. Çökmə süxurlar
26
toplanması nəticəsində törəyən üzvi yaxud orqanogen
çöküntülərdən (torf, daş kömür, əhəng daşı, təbaşir, yanar
şistlər və s.) ibarətdir. Çökmə süxurlar ilk və ya maqmatik
süxurların aşınma prosesinə uğramasından əmələ
gəldikləri üçün ikinci (təkrar) mənşəli süxurlardır və
bunlar torpaqəmələgəlmədə ən çox intensiv iştirak edirlər
(şəkil 2.2).
Metomorfik süxurlar,
çökmə və maqmatik süxurların
bir çox təbii şərait təsirilə öz
görünüşünü
dəyişməsi
nəticəsində əmələ gəlir. Ayrı-
ayrı hallarda bəzi süxurlar öz
ilk quruluşunu və formasını o
qədər çox dəyişirlər ki, belə
süxurların mənşəini çox zaman asanlıqla təyin etmək
mümkün olmur (şəkil 2.3).
Metomorfik süxurlardan ən çox yayılanı qneyslər,
müxtəlif kristal şistlər, kvarsit və mərmərdir.
Litosferin müxtəlif hissələrində maqmatik, çökmə
və metomorfik süxurlar müxtəlif olur.
Ümumiyyətlə, litosferin üst və səthə yaxın
qatlarının 75-80%-i çökmə süxurlardan, yalnız 25-25%
dağəmələgəlmə və vulkan püskürməsi nəticəsində səthə
çıxan maqmatik və metomorfik süxurlardan ibarətdir.
Torpaqəmələgəlməni aydın dərk etmək üçün
torpaqəmələgətirən süxurlar, onların mineralları və litosfer
səthində dəyişməsi prosesləri ilə tanış olmaq lazımdır.
Dağ süxurlarının çox müxtəlif olmasına baxmayaraq
onların yer qabığını təşkil edən əsas böyük qrupları
aşağıdakılardan ibarətdir (cədvəl 2.1).
Təbiətdə bütün bərk süxurların, mineralların
dəyişməsi və yeni mexaniki, kimyəvi tərkibli yumşaq
süxurların əmələ gəlməsi sonrakı mərhələlərdə aşınma
Şəkil 2.3. Metamorfik süxurlar
27
Dostları ilə paylaş: |