Qeyd edək ki, təsvir etdiyimiz bu üzvi maddə
formalarının arasında bir-birinə tədrici keçid vardır.
Mikroskop altındakı müşahidələrdən belə nəticəyə
gəlmək olur ki, torpaqda üç qrup üzvi maddə iştirak
edir: 1) torpağa bitki qalıqları şəklində daxil olan
maddələr, 2) ilkin üzvi qalıqların çevrilməsinin aralıq
məhsulları və 3) həmin qalıqların dəyişib törəməsindən
yeni əmələ gələn spesifik humus maddələri.
Birinci qrupa çoxlu miqdarda bitki və heyvan
qalıqlarından əmələ gələn üzvi birləşmələr – zülallar,
karbohidratlar, üzvi turşular, yağlar, liqnin, qətranlar,
mumlar və b. aiddir. Bu birləşmələr bütövlükdə torpağın
bütün üzvi maddələr kütləsinin 10-15%-ni təşkil edir.
Torpağın ikinci qrup aralıq məhsulları – amin
turşuları, monosaxaridlər, polifenollar və s. humus
kütləsinin 5-10%-ni təşkil edir.
Torpağın üçüncü qrup üzvi birləşmələri onun
üzvi hissəsinin 85-90%-ni təşkil edən humus
maddələrindən ibarətdir ki, bu daha mürəkkəb quruluşa
malik birləşmələrin toplusunu əks etdirir.
Humusun tərkibi orta hesabla aşağıdakı
rəqəmlərlə xarakterizə olunur: C - 58%, H
2
O - 30-40%, N
- 3-10% və kül - 2-7%.
Müxtəlif həlledicilərə qarşı davamlılığına görə
humusun aşağıdakı komponentlərini ayırırlar: fulvo
turşuları, humin turşuları və huminlər.
Fulvo turşuları yüksək molekulyarlığa malik olub,
suda həllolma qabiliyyətinə malikdir və torpaq suyu ilə
asanlıqla yuyula bilir. Qurudulmuş halda qonurumtul –
sarı rəngə malik maddədir.
Humin turşuları suda həll olmur, lakin
qələvilərdə həll olur. Qonur və qara rəngə malikdir. Fulvo
turşularla müqaisədə humin turşularının elementar
tərkibi üçün karbonun və azotun yüksək olması
54
səciyyəvi haldır. Belə ki, hərgah fulvo turşularda
karbonun miqdarı 36-44, azot 3,0-4,4% təşkil edirsə,
humin turşularında uyğun halda bunların miqdarı 46-61
və 3,3-6,0% arasında dəyişir.
Humin isə humus maddələrinin bir hissəsi olub,
heç bir həlledici məhlulda həll olmur. Bu həll olmayan
humus birləşmələri qismən humin turşularından ibarət
olub, yüksək dispersləşmiş giperegen minerallarla sıx
əlaqəlidir. Bütün deyilənlərdən belə məlum olur ki,
humus maddəsi üzvi birləşmələrin mürəkkəb dinamik
kompleksindən ibarət olub, üzvi qalıqların (bitki və
heyvan qalıqlarının) çürüməsi və humuslaşması
nəticəsində əmələ gəlir. Torpaqda humusun miqdarı və
yayılması müəyyən coğrafi qanunauyğunluğa tabe
olmaqla torpaqəmələgəlmə prosesinin şərait və
xarakterindən asılıdır. Humusun miqdarı normal
torpaqların üst qatında 1-2%-dən 12-15, bəzən torflu və
çimli dağ çəmən torpaqlarında 20-25%-ə kimi dəyişir
və sonra bu miqdar torpağın xarakterindən asılı olaraq
dərin qatlara tərəf azalır.
Torpaq humusunun olduqca böyük əhəmiyyəti
vardır. O, mineralların aşınmasında turşu kimi təsir edir
və kimyəvi aşınmaya səbəb olan karbon qazının əmələ
gəlmə mənbəyidir. Bundan başqa, humus bitki üçün
mühüm qida mənbəyidir. Parçalanma zamanı bitkiyə
lazım olan azot turşusu, fosfor turşusu, kalium və
oksidləşmiş birləşmələr əmələ gətirir, həm də humus
torpaq strukturasına möhkəmlik verir, onda bir sıra
xassələrin, o cümlədən su–fiziki xassələrin yaxşılaşması
üçün zəmin yaradır. Nəhayət humus, kationları udma
və mübadiləetmə qabiliyyətinə malik qiymətli maddədir.
55
IV FƏSİL
TORPAĞIN NARIN DİSPERS HİSSƏSİ. TORPAQ
KOLLOİDLƏRİ VƏ TORPAĞIN UDMA QABİLİYYƏTİ
Torpaq çox mürəkkəb törəmə olub, onun tərkibi
bərk, maye və qazşəkilli maddələrdən ibarətdir. Öz
növbəsində torpağın bu mühüm tərkib hissələri özünü
müxtəlif formalarda büruzə verir. Disperslik (tozlanma,
56
xırdalanma deməkdir) dərəcəsinə görə torpağın bərk
maddəsinin iki forması aydın nəzərə çarpır. Birinci qrupu
böyüklüyü 0,001mm–dən böyük olan nisbətən iri
hissəciklər əmələ gətirir. Torpağın bu iri dispers hissəsi
aşağıdakı
komponentlərdən
ibarətdir:
1)
Torpaqəmələgəlmə prosesinə nisbətən davamlı olan dağ
süxurlarının qırıntıları və onları təşkil edən minerallar; 2)
Torpaqəmələgəlmə prosesi ilə törəyən mineral
yenitörəmələri; 3) Üzvi qalıqlarla az dəyişmiş
komponentlər.
İkinci qrupu böyüklüyü 0,001mm və ondan kiçik
olan narın dispersləşmiş hissəciklər yaradır ki, bunların
xarakteri torpaqəmələgəlmə prosesi ilə çox sıx
əlaqədardır. Torpağın narın dispers hissəsi
aşağıdakılardan ibarətdir: 1) Yeni törəyən və süxur
əmələgətirən hissəciklər, xüsusilə gilli minerallar; 2)
Spesifik üzvi birləşmələr – bunlar bitki və heyvan
qalıqlarının dərindən çürümüş məhsulları və bu
məhsulların sintezi nəticəsi olan yeni birləşmələr; 3)
Yüksək dispers kütlə torpaqəmələgəlmə prosesində
xüsusilə mühüm rol oynayır. Bu barədə qısa da olsa bəhs
edək.
4.1. Dispers sistemlər və kolloid hissəciklərin
quruluşu
Disperslik dedikdə hər hansı bir maddənin müxtəlif
böyüklüdə parçalanması, xırdalanması, yəni disperslik
dərəcəsi nəzərdə tutulur. Disperslik dərəcəsi artdıqca,
maddənin xüsusi səthi artır, yəni vahid həcmə düşən
maddənin səthi böyüyür. Məs: tili 1 sm olan kubun səthi
6sm
2
-ə bərabərdir. Hərgah onu 8 hissəyə bölsək, o
əvvəlki həcmini saxlayacaq, səthi isə 12sm
2
olacaqdır,
yaxud biz həmin kubları tilləri 1mm olan kiçik kublara
57
Dostları ilə paylaş: |