Mexaniki udma təbiətdə geniş yayılmış və bir çox
hallarda texnikada da istifadə olunur. Məsələn, su
təmizlənən stansiyalarda su kəmərlərinə gətirilən suyu
bulantıdan (lehmədən) təmizləmək üçün işlədilən qum
filtrlərinin (süzgəclərinin) əsasını mexaniki udma prinsipi
təşkil edir. Çirkab sularını torpaq vasitəsi ilə təmizləmək
üsulları sanitariya işlərində geniş tətbiq olunur; su
hövzələri və kanalların diblərində, zaman keçdikcə suyun
sızmasının azalması, əksər hallarda, məhz lillənmə ilə,
yəni torpaq - qruntun mexaniki udması ilə əlaqədardır.
Torpaqda olan qida elementlərinin saxlanmasında da
mexaniki udma qabiliyyətinin böyük əhəmiyyəti vardır.
2. Bioloji udma qabiliyyəti. Torpaqda yaşayan
bitki, heyvan və mikroorqanizmlərin fəaliyyətləri ilə
əlaqədardır. Akad. V.R.Vilyamsın qeyd etdiyi kimi, bitki və
heyvan orqanizmləri, o cümlədən mikroorqanizmlər asan
həll olunan birləşmələri torpaqdan mənimsəyərək onları
öz bədən toxumalarına köçürür, yəni suda həll olunmayan
birləşmələrə çevirirlər.
Özünün həyat sikli prosesində bitki və heyvan
orqanizmləri torpaqdakı qida elementlərinin udulub
toplanması işində də böyük rol oynayır və əvəzsiz iş
görürlər. Burada mikroorqanizmlər tərəfindən atmosfer
azotunun mənimsənilməsini xüsusilə qeyd etmək
lazımdır. Bütün bunlarla yanaşı bitki və heyvan
orqanizmləri tələf olduqdan sonra onların mənimsədikləri
elementlər qismən torpaqda saxlanılır.
Bioloji udma prosesində torpaq tədricən müəyyən
elementlərlə (məs. karbon, azot, fosfor, kalium və s.) və
həm də bir sıra mikroelementlərlə zənginləşir.
3. Fiziki udma yaxud molekulyar adsorbsiya.
Belə udma dedikdə məhlulda olan müxtəlif maddələrin
kolloidlərinin səthində molekulların qatılığının
(konsentrasiyasının) artması başa düşülür. Başqa sözlə,
62
bu hadisənin mahiyyəti hissəciklərinin səth energiyası çox
olan torpağın, həm də suda həll olmuş maddələri udub
saxlaması qabiliyyətindən ibarətdir. Torpağın müxtəlif
qazları udma hadisəsini, torpağın bərk tərkib hissələrinin
buxar halında olan su ilə qarşılıqlı təsiri misalı üzərində
asan təsəvvür etmək olar. Məlumdur ki, havada quru
torpağı, əlləyən zaman nə qədər quru kimi görünsə də,
onda həmişə müəyyən miqdarda hiqroskopik rütubət
olur.
Bu onunla izah edilir ki, torpaq hissəcikləri,
molekulyar cazibə qüvvəsi sayəsində öz səthinə su
buxarlarını çəkmək və saxlamağa qabil olur. Buxar
halında olan rütubət molekulları torpağın bərk hissələrini
başdan-başa təbəqə ilə bürüyərək onların səthində
böyük qüvvə təsiri ilə saxlanılır. Məlum olduğu kimi,
hiqroskopik rütubət adlanan bu suyu kənar etmək üçün
torpağı uzun müddət (3-5 saat) 105
0
C temperaturda
qurutmaq lazımdır. Əks halda onu torpaqdan çaxarmaq
mümkün deyil, əsasını molekulyar cazibə təşkil edən bu
cür möhkəm rabitəyə adsorbsiya deyilir.
Bu zaman torpaq bütöv molekulları fiziki udub,
onlarda heç bir keyfiyyət dəyişkənliyinə səbəb olmadığı
üçün, hadisənin özünə də molekulyar adsorbsiya deyilir.
Molekulyar adsorbsiyada udulan maddə torpağın bərk
fazasının içinə keçmir və onunla reaksiyaya girmir, yalnız
məhlulda, kolloidlərə toxunduğu sərhəddə toplaşır və ya
qatılaşır.
Torpağın qaz halında və məhlullarda olan
maddələri udmaq qabiliyyətinin böyük praktiki əhəmiyyəti
vardır. Məhz bu xassə sayəsində, bir tərəfdən bitkilərin
qidalanması üçün son dərəcə mühüm olan maddələrin
bir hissəsi torpaqdan tez yuyulub aparılmaqdan qorunur,
atmosfer azotu fiksasiya olunur, o biri tərəfdən torpaq
məhlulunun bir cinsli olmaması nəticəsində bitkilər
63
üçün torpaq mühitində, öz tələblərinə ən çox müvafiq
olan konsepsiya tapmaq imkanı yaranır.
4. Kimyəvi udma qabiliyyəti. Məhlulda olan
maddələr bir-birinə və ya torpağın həll olmayan hissəsinə
toxunduqda kimyəvi reaksiyaya girib həll olmayan və ya
çətin həll olan birləşmələr əmələ gətirir ki, bu prosesə
kimyəvi udma qabiliyyəti deyilir. Belə qarşılıqlı təsir
nəticəsində əmələ gələn həll olmayan birləşmələr
torpaqdan yuyulub aparılmaqdan qorunur, orada qalır.
Məsələn, mühiti neytral, yaxud zəif qələvi olan karbonatlı
torpaqlara (qaratorpaq, şabalıdı, boz və s. ) superfosfat
(fosforlu turş kübrə) verilsə, onun müəyyən hissəsi
aşağıdakı tənlik üzrə kalsium fosfata, yəni, çətin həll olan
şəklə çevrilə bilər:
2 CaCO
3
+ Ca (H
3
PO
4
)
2
→ Ca
3
(PO
4
)
2
+ 4CO
2
+ 2H
2
O
superfosfat kalsium fosfat
Yaxud torpaq məhlulunda Na
3
PO
4
ilə yanaşı
olaraq, həmişə bu və ya başqa miqdarda müxtəlif duzlar,
məsələn, CaCI
2
-də ola bilər ki, bunlar Na
3
PO
4
ilə
mübadilə reaksiyasına girərək həll olmayan maddələr
(məs, kalsium fosfat) verir:
3 CaCl
2
+ 2Na
3
PO
4
= Ca
3
( PO
4
)
2
+ 6NaCl
kalsium fosfat
5. Fiziki-kimyəvi və ya mübadiləli adsorbsiya.
Həll olan duzların kationlarının torpaq tərəfindən udulub,
əvəzində məhlula başqa kationların keçməsi hadisəsinə
torpağın fiziki-kimyəvi və ya mübadiləli udma
qabiliyyəti deyilir. Bu prosesə ikiqat ad verilməsinin səbəbi
odur ki, onun əsasını bir tərəfdən fiziki hadisə-
adsorbsiya, o biri tərəfdən kimyəvi qarşılıqlı mübadilə
reaksiyası təşkil edir. Elə bu səbəbə görə torpağın həmin
udma növünə həm də mübadiləli adsorbsiya deyilir.
K.K Hedroysa görə burada - “udma qabiliyyəti”
sözün əsl mənasında torpağın kolloid kütləsinin ionları ilə
torpaq məhlulundakı ionların dəyişilməsilə əlaqədardır.
64
Dostları ilə paylaş: |