Torpaq məhlulunda mineral duzlar və turşular kation və
anionlara dissosiasiya etmişdir. Bu zaman dissosiasiya
etmiş molekulların hər bir ionunda müəyyən elektrik
yükü; kationda - müsbət, anionda - mənfi yük olur.
Məsələn, NaCl molekulları məhlulda Na
+
və Cl
-
ionlarına,
KCl isə K
+
və C
-
ionlarına və s. ayrılır.
Buna görə torpaq məhlulu ilə torpağın bərk hissəsi
arasında gedən qarşılıqlı təsirdə məhluldan yalnız həll
olmuş maddənin bütöv molekulları deyil, onların hissələri,
yəni ionlar da udulur. Təcrübələrlə müəyyən edildiyi kimi,
narın torpaq hissəcikləri və ya kolloidlər mənfi yüklənmiş
olduğundan, söz yox ki, torpaq məhlulundan əsasən
kationları udacaqdır.
Udulmuş kationlar kolloid hissələrin səthində çox
möhkəm qalır və yalnız başqa kationlarla sıxışdırılıb
məhlula keçirilə bilər. Buna görə də torpağın məhluldan
ionları udma prosesi özü mahiyyət etibarilə ən xırda
torpaq hissəciklərinin səthində kationların mübadilə
olunması prosesidir.
Torpağın özündəki kationları məhluldakı başqa
kationlarla dəyişdirməyə qabil olan, narın dispers
fraksiyasına torpağın uducu kompleksi deyilir. Torpağın
bu hissəsinə ona görə kompleks deyilir ki, o müxtəlif -
həm mineral, həm də üzvi mənşəli kimyəvi birləşmələrdən
ibarət olur; ona görə uducu deyilir ki, öz hissəcikləri
səthinin energiyası sayəsində məhluldan maddələri
udmağa qabildir.
65
V FƏSİL
TORPAĞIN SU-İSTİLİK XASSƏLƏRİ VƏ HAVA REJİMİ
5.1. Torpağın su xassələri və su rejimi
Torpaqda kimyəvi, fiziki–kimyəvi və bioloji
proseslər baş verməsinin əsas şərtlərindən biri orada
suyun olmasıdır. Su süxurların aşınmasının ən qüvvətli
amili və torpaqəmələgətirən biokimyəvi proseslərin ən
mühüm şərti olmaqdan əlavə, bitkilərin qidalanması və
inkişafı üçün də zəruri şərtdir. Çox haqlı olaraq
Q.N.Visotski torpaqəmələgəlmə prosesində suyun rolunu
canlı orqanizmdəki qanın roluna bərabər tutmuşdur.
Torpaq münbitliyi, bitkilərin və mikroorqanizmlərin
normal həyatı müvafiq miqdarda sudan asılıdır. Bitkilər 1
qr quru maddə yaratmaq üçün 200 – 1000 qr su sərf
edirlər. Su torpaqda buxarlanma və bitkidə transpirasiya
yolu ilə temperaturu nizamlayır.
Müxtəlif torpaqların suya münasibəti də müxtəlifdir:
onlardan bəziləri suyu özünə yaxşı çəkir və yaxşı saxlayır,
başqaları isə sürətlə çəkir, lakin özündə uzun müddət
saxlaya bilmir; üçüncü növ torpaqlar suyu həm pis keçirir,
həm də tez itirir. Beləliklə, müxtəlif torpaqlara düşmüş
eyni miqdarda suyun müqəddəratı və əhəmiyyəti, hər bir
konkret şəraitdə müxtəlif olur.
Torpağın suya münasibətini xarakterizə edən
əlamətlərin məcmuu torpağın su xassələrini təşkil edir.
Torpaqların su xassələrindən mühümləri
aşağıdakılardır:
1) torpağın rütubət tutumu
2) torpağın su sızdırması
3) torpağın su qaldırma qabiliyyəti və ya
kapillyarlığı
4) torpağın su buxarlandırma qabiliyyəti
66
1. Torpağın rütubət tutumu. Torpağın rütubət
tutumu dedikdə bu və ya başqa miqdarda suyu özünə
sığışdırıb saxlaya bilməsi qabiliyyəti anlaşılır. Rütubət
tutumunun iki növü: tam və tarla rütubət tutumu
fərqləndirilir. Torpağın bütün məsamələri su ilə tam
doymuş vəziyyətdə olduqda, onun rütubətlik dərəcəsinə
tam yaxud maksimal rütubət tutumu deyilir.
Torpağın yalnız kapilyar aralıqları (boşluqları)
rütubətlə doymuş olduqda isə onun rütubətlik halına tarla
rütubət tutumu deyilir.
Hər bir torpağın rütubət tutumu kəmiyyəti əsasən
onun mexaniki tərkibindən, strukturundan və çürüntü
maddələrin (humusun) miqdarından asılıdır. Məsələn,
torpaq nə qədər narın isə, onda üzvi maddələr nə qədər
çox isə rütübət tutumu da bir o qədər yüksək olur. Bu
mənada gilli və gillicəli torpaqların rütubət tutumu,
qumluca və qumsal torpaqların rütubət tutumundan
yüksəkdir. Mexaniki tərkibləri eyni olduqda, çürüntü ilə
zəngin torpaqların rütubət tutumu yüksək olur.
2. Torpağın su sızdırması.
Torpağın suyu üst qatlardan alt qatlara keçirmək
qabiliyyətinə torpağın su sızdırması deyilir. Torpağın su
sızdırması onların mexaniki tərkibindən, çürüntü
maddələrinin
miqdarından
və
torpaqların
strukturalığından asılıdır.
Torpaq nə qədər narın isə, gil hissəcikləri nə qədər
çox isə və deməli, məsamələr nə qədər xırda isə su
sızdırması o qədər zəif olur. Əksinə qumsal və qumluca
torpaqların mexaniki tərkibi kobud olduğundan,
məsamələri iri olduğundan suyu asan sızdırır, çünki su bu
məsamələrə düşdükdə kapilyar formaya düşmür,
qravitasiya suyu formasından asanlıqla aşağıya süzülür.
Torpağın relyefi və bitki örtüyü suyun ona hopmasına
böyük təsir göstərir.
67
Dostları ilə paylaş: |