sahələrində çalışan uyğun ixtisaslı mütəxəssislərin
istifadəsi üçün çox faydalı və zəruridir.
Dərs vəsaiti hazırlanarkən Azərbaycan Dövlət
Pedoqoji Universitetinin coğrafiya fakültəsində uzun
müddət çalışan müəlliflərin uzun illər torpaq
coğrafiyasından apardığı elmi-tətqiqat materialları və
onların universitetlərdə oxuduğu mühazirə mətinləri və
əlyazmalarından geniş istifadə edilmişdir. Bununla belə
ayrı-ayrı fəsillərin və torpaq tiplərinin şərhində
V.V.Dobrovolskinin “География почв с основами
почвоведения” (M, 1989), Q.V.Dobrovolski və
İ.S.Urusevskayanın ”География почв“ (изд. МГУ, 1984),
R.Qanssen ”География почв“ (M, 1962) və prof.
İ.S.Kauriçevin redaksiyası altında çapdan çıxmış
“Почвоведение” (1989), M.A.Qlazovskayanın “Почвы
мира” (изд. MГУ, 1973, т.II) və b. materiallardan istifadə
edilmişdir.
5
I HİSSƏ
TORPAQ HAQQINDA ANLAYIŞ
I FƏSİL. TORPAQŞÜNASLIQ ELMININ INKIŞAF
TARIXI, TƏDQIQAT ÜSULLARI VƏ BAŞQA
ELMLƏRLƏ ƏLAQƏSI
1.1.Torpaqşünasliq elminin inkişaf tarixi
Torpaq haqqında təsəvvürlər çox qədimdən –
insanlar əkinçiliklə məşğul olmağa başladığı dövrlərdən
yaranmışdır. Onlar, torpağın bitkini su və qida elementləri
ilə təmin etdiyinin elmi əsasını bilməsələr də ondan
qiymətli sərvət kimi istifadə edirdilər.
Karl Marks torpağı böyük bir
laboratoriya – həm əmək vasitəsi , həm
əmək materialı, həm də məskən salmaq
üçün yer verən arsenal-kollektivin bazisi
adlandırmışdır.
Torpaq haqqında ilk təsnifatı qədim
yunan filosofları Aristotel_və_Teofrast'>Aristotel və Teofrast
vermişdir. Onlar qədim dövr əkinçilərinin
fikirlərini
ümumiləşdirərək torpaqları yaxşı,
münbit, az münbit (əldən düşmüş),
kasıb, məhsulsuz və s. kimi siniflərə
bölmüşlər. Lakin torpaqşunaslıq bir elm
kimi çox sonralar formalaşmışdır.
XVIII əsrin axırı və XIX əsrin
əvvələrində Şərqi Avropada torpağa
münasibətdə iki istiqamət –aqrogeoloji
və aqrobioloji istiqamətlər meydana gəlmişdi. Aqrogeoloji
istiqamətin tərəfdarları (Fall, Berendit, Rixthofen) torpağa
yumşaq ana suxur kimi baxaraq , onun bərk suxurdan
Aristotel
Teofrast
6
aşınma vasitəsilə əmələ gəlməsini söyləmiş, bu
prosesdə bitkilərin rolunu görməmişlər.
Aqrobioloji
istiqamətin
tərəfdarları (A.Teyer, Y.Libix və b.)
Torpağa qida elementlərinin ehtiyat
mənbəi kimi baxırdılar. A.Teyer “Humus
nəzəriyyəsi “ adlı kitabında bitkilərin üzvi
maddə ilə qidalanmasını, Y.Libix isə
“Kimyanın əkinçiliyə və bitki
fiziologiyasına tətbiqi” kitabında
bitkilərin torpaqdakı mineral elementlərlə
qidalanmasını sübut edirdi.
Torpaqşunaslıq elmi 1725-ci ildə daha elmi surətdə
Rusiyada inkişaf etməyə başlamışdır.
M.V.Lomonosov (1711-1765)
ilk dəfə olaraq “Bitkinin dag
süxurlarına təsirilə torpagın əmələ
gəlməsi”
nəzəriyyəsini
irəli
sürmüşdür.
XIX əsrin birinci yarısında
Rusiyada torpaqşunaslıq üzrə elmi-
tədqiqat işləri genişlənir, ikinci
yarısında
Rusiyanın Avropa hissəsinin ilk
torpaq xəritəsi tərtib edilir. Elə bu
dövrdə
V.V.Dokuçayevin (1846-1903)
fəaliyyəti nəticəsində torpaqşunaslıq
və torpaq coğrafiyası elminin əsası
qoyulur. Torpağın ilk elmi tərifini
Dokuçayev vermişdir:
“Suyun,
havanın və müxtəlif növ canlı və
cansız orqanizmlərin birgə təsiri ilə
təbii dəyişilmiş dağ süxurlarının
Yustas Libix
Mixail Vasilyeviç
Lomonosov
Vladimir Vladimiroviç
Dokuçayev
7
(hansı olur olsun) üst, yaxud “gündöyən” qatlarını torpaq
adlandırmaq lazımdır”. O, torpaq haqqında fərqli bir təbii
cisim kimi təlim yaratmış, torpağın genezisi və coğrafi
yayılmasının əsas qanunauyğunluqlarını kəşf etmişdir.
Bu işdə onun qaratorpaq zonasında apardıgı elmi
tətqiqatlar və bu tədqiqatların nəticəsi olaraq 1883-cü ildə
yazdıgı “Rus qaratorpaqları“ adlı klassik əsəri xeyli böyük
rol oynamışdır. O bu kitabda yazmışdır: “Torpaq, hər bir
bitki və heyvan orqanizmi kimi daima yaşayır və dəyişilir,
gah inkişaf edir, gah da dagılır, gah tərəqqi edir, gah da
tənəzzül”.
V.V.Dokuçayev ilk dəfə torpaqəmələgəlmə
prosesində 5 təbii amilin birgə və qarşılıqlı təsirini
göstərmişdir.Bunlar ərazinin relyefi, iqlim,bitki və heyvanat
aləmi, torpaqəmələgətirən süxurlar, ölkənin yaşı, yaxud
zaman amilidir (şəkil 1.1). Lakin son zamanlarda insanın
təsərufat fəaliyyətinin rolu da güclü bir amil kimi (6-cı amil
olaraq) V.V.Dokuçayevin amilləri sırasına əlavə edilmişdir.
Bu barədə işin doqquzuncu fəslində ayrıca bəhs
olunacaqdır.
V.V. Dokuçayev torpaqəmələgətirən amillərin
dəyişməsi ilə əlaqədar olaraq Yer kürəsində torpaq
tiplərinin üfüqi və şaquli cografi yayılma
qanunauygunluqları haqında təlim yaratmışdır.O
torpaqların şaquli zonalıq üzrə yayılması qanununu 1898-
ci ildə özünün Qafqaza səyahəti zamanı müəyyən
etmişdir.
Yuxarıda deyilənlərlə yanaşı torpaqların ilk elmi
təsnifatı, xəritələşdirilməsi, bonitirofkası quraqlıga qarşı
tarlaqoruyucu meşə zolaqlarının salınması,torpaq
eroziyası və s. məsələlərə qarşı tədbirlər planının
hazırlanması da V.V.Dokuçayevin adı ilə baglıdır.
V.V.Dokuçayev tərəfindən elmə daxil edilmiş “Qaratorpaq”
(“чернозем”), ”podzol”, ”şoran” (“солончак”), ”şorakət”
8
Dostları ilə paylaş: |