otlaq torpaqlarının aqroekologiyası və bonitirovkası,
torpaq münbitliyinin qroekoloji modelinin işlənməsi
Q.Ş.Məmmədovun və onlarla başqa mütəxəssislərin
adlarını çəkmək olar
Respublikamızda 60 – cı
illərin sonu və 70 – ci illərin
əvvəllərində kənd təsərrüfatında
regional ixtisaslaşmaya (üzümçülük,
pambıqçılıq) torpaqlardan intensiv
üsullarına keçidlə əlaqədar olaraq
torpaqların bonitirovkası və iqtisadi
qiymətləndirilməsi
məsələlərinə
böyük ehtiyac yaranır. Bununla
əlaqədar olaraq 1969 – cu ildə
Azərbaycan
SSRİ
Nazirlər
Kabinetinin qərarı və Azərbaycan E.A.Rəyasət Heyətinin
sərəncamı ilə Torpaqşünaslıq və Aqrokimya Intitunda
Ş.G.Həsənovun rəhbərliyi altında torpaqların
aqroekologiyası və bonitirovkası laboratoriyası təşkil
edilir.
İlk günlər laboratoriya qarşısında çox mühüm
problemlər dururdu. Bunlar aşağıdakılar idi:
respublika ərazisində torpaqların münbitliyinə və
kənd təsərrüfat bitkilərinin məhsuldarlığına təsir edən
agroekoloji amillərin tədqiq edilməsi;
respublika torpaq fondunun tərkibi və ayrı – ayrı
kənd təsərrüfat bitkiləri altındakı vəziyyətinin
səciyyələndirilməsi
torpaq kadastrı üçün kənd təsərrüfatı və müşə
torpaqlarının bonitirovkasının aparılması, bu məqsədlə
bitkilərin bioloji tələblərinə uyğun olaraq qiymət
meyarlarının və təshih əmsallarının müəyyən edilməsi
kənd təsərrüfatı torpaqlarının aqroistehsalat
qruplaşdırılmasının və rayonlaşdırılmasının aparılması
Şahalı Gülmalı oğlu
Həsənov
17
respublikanın təbii – iqtisadi və inzibati rayonları,
landşaft zonaları üzrə torpaq sahələrinin bonitet ballarının
və müqayisəli dəyərlilik əmsallarının müəyyən edilməsi;
ayrı – ayrı təsərrüfat, inzibati rayon və respublika
üzrə torpaq – bonitet xəritələrinin və kartoqramlarının
tərtib edilməsi və s.
Respublikamızda torpaqların bonitirovkası üzrə
tədqiqatların vahid metodika əsasında səmərəli təşkili
üçün 1973 – cü ildə müəlliflər kollektivi - V.R.Volobuyev,
M.E.Salayev, Ş.G.Həsənov, Y.İ.Kostyusen tərəfindən
“Azərbaycanda torpaqların bonitirovkasının keçirilməsinə
dair metodiki göstəriş” hazırlanıb çap olunur. Elə həmin il
Azərbaycan torpaqlarının 1:500 min miqyasında bonitet
kartoqramı Ş.G.Həsənov, R.Ə.Əliyeva tərəfindən tərtib
edilir.
Son illər ayrı –ayrı regionlarda həmin
laboratoriyada akademik Q.Ş.Məmmədov, D.Əsədov,
A.Vəliyev, F.Əliyev, S.Z.Məmmədova, M.M.Əsgərova,
A.B.Cəfərov, Y.İsmayılov və b. Ş.G.Həsənovun rəhbərliyi
altında torpağın bonitirovkası və ekologiyasına aid
namizədlik dissertasiyası müdafiə
etmişlər.
Qərib
Şamil
oğlu
Məmmədov ölkəmizdə ekologiya
ixtisası üzrə biologiya elmləri doktoru
elmi dərəcəsinə layiq görülmüş ilk
professordur. 1994-cü ildən
Azərbaycan EA Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun direktoru
vəzifəsində
çalışmışdır.
Q.Ş.Məmmədov torpaq kadastrı,
torpaqların ekoloji münbitlik modeli,
torpaqların ekoloji qiymətləndirilməsi, torpaqların
bonitirovkası, torpaqların ekoloji keyfiyyətinin monitorinqi
Qərib Şamil oğlu
Məmmədov
18
ilə bağlı çoxsaylı, sanballı elmi araşdırmaların müəllifi, o
cümlədən Azərbaycan Respublikası ekoloji problemlərinin
sistem halında öyrənilməsi konsepsiyasının yaradıcısıdır.
Torpaq islahatının həyata keçirilməsində böyük
əhəmiyyəti olan, torpaqların iqtisadi (pulla)
qiymətləndirilməsi məsələlərinin elmi cəhətdən həlli məhz
Q.Ş.Məmmədova
məxsusdur.
Azərbaycan
Torpaqşünaslar Cəmiyyətinin prezidentidir. Q. Ş.
Məmmədov 2001-ci ildən Azərbaycan Respublikası MEA-
nın müxbir üzvü, Beynəlxalq Ekologiya və Energetika
Akademiyasının akademiki, eyni zamanda Ekologiya
bölməsinin akademik-katibi, Rusiya Ekologiya
Akademiyasının üzvü, Beynəlxalq “Noosfer”
Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq
Akademiyasının həqiqi üzvü, 10 may 2002-ci ildən
Beynəlxalq Elmlər Akademiyasının akademikidir. 1997-ci
il iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin,
18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri təyin olunmuşdur. Q.Ş.Məmmədov
1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin (1-ci
çağırış) üzvü seçilmişdir. Hazırda respublikamızın
torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı
elmi araşdırmalar aparır və bu sahədə elmi iş aparan
gənc alimlərin bir qrupuna rəhbərlik edir.
Artıq XXI əsrin əvvəllərində kompyuter
texnologiyasından istifadə etməklə torpaq – ekoloji
sistemlərin əsas informatik göstəricilərinə əsaslanan
məlumatların təsvir dili tərtib edilmiş və torpaq təsnifatının
informasiya bazarı A.İsmayılov tərəfindən təklif
19
Dostları ilə paylaş: |