həll olur, suda CO
2
olduqda onun həll olması CaCO
3
-ün
bikarbonata keçməsi üzündən kəskin yüksəlir:
CaCO
3
+CO
2
+H
2
O Ca(HCO
⇆
3
)
2.
biokarbonat
Bir faktı da qeyd edək ki, yer səthinə düşən istər
yağış və istərsə də qar sularının tərkibində həll olmuş
hava və karbon qazı olur ki, bu da kimyəvi aşınmanın
intensivliyini sürətləndirir və karbonlaşma formasında
özünü biruzə verir.
Mineralların suda həll olması onun tərkibində duz
(xüsusilə xlorlu) olduqda xeyli yüksəlir.
Maqmatik süxurların mineralları ilə suyun əsas
kimyəvi reaksiyası təsiri hidroliz adlanır ki, bu da qələvi
yer elementləri kationlarının kristallik şəbəkədə suda
dissosiasiya olunan hidrogen ionlarına dəyişməsinə
gətirib çıxarır.
Ortaklaz çöl şpatı üçün sxematik olaraq bu
reaksiyanı belə ifadə etmək olar:
KAlSi
3
O
8
+ H
2
O → HAlSi
3
O
8
+ KOH.
KOH-ın əmələ gəlməsi qələvi reaksiyaya malik
oldugundan ortoklazın kristallik şəbəkəsinin daha da
dagılmasına səbəb olur.
Suyun fəaliyyəti həm də hidrotasiya ilə
əlaqədardır. Hidrotasiya - su hissəciklərinin mineral
hissəciklərinə kimyəvi birləşməsi prosesidir:
2Fe
2
O
3
+ 3H
2
O =2 Fe
2
O
3
∙3H
2
O.
hematit
limonit
Hidrotasiya tərkibcə daha mürəkkəb olan
minerallarda - silikatlarda və alümosilikatlarda müşahidə
edilir. Bu, mineralların səthinin yumşalmasına və sonra
32
onun ətraf sulu məhlulla, qazlarla və başqa aşınma
amilləri ilə qarşılıqlı təsir etməsinə gətirib çıxarır.
Deyilənlərdən göründüyü kimi, kimyəvi aşınma
gövrək süxurlarda mühüm dəyişikliklərə səbəb olur:
mineralların fiziki halı dəyişir, onların kristallik şəbəkəsi
dağılır; o, süxuru yeni birləşmələr, təkrar minerallarla
xüsusilə gil hissəcikləri ilə zənginləşdirir, süxurların
hissələrə parçalanması onun xüsusi səthinin artmasına
səbəb olur, xırdalanma nəticəsində onların (cisimlərin)
daxilində irəlicədən tarazlaşmış halda olan molekulyar
qüvvələr indi xarici mühitlə əlaqədə olur, narın
hissəciklərin sərbəst səthi ilə qazların udulması artır,
həllolma prosesləri asanlaşır. Gil hissəciklərinin olması
sayəsində süxur rabitəlilik (bitişkənlik) kapillyarlıq, rütubət
tutumu xassəsi qazanır.
Beləliklə, kimyəvi aşınma nəticəsində süxurda yeni
xassə - uduculuq qabiliyyəti inkişaf etməyə başlayır.
Süxurun torpağa çevrilməsi ilə əlaqədar olaraq onda
münbitliyin əsas şərtlərindən biri olan özündə su ehtiyatı
saxlamaq qabiliyyəti meydana gəlir.
Bioloji aşınma. Təbiətdə süxurların fiziki və
kimyəvi aşınma prosesi ilə yanaşı bioloji üzvi aşınma da
gedir. Bitki və heyvanların, həmçinin mikroorqanizmlərin
həyat fəaliyyəti nəticəsində süxurda yeni keyfiyyət
xassələrinin əmələ gəlməsinə bioloji aşınma deyilir.
Massiv süxurların yerin səthinə çıxdığı rayonlarda agac
və kol bitkiləri hər şeydən əvvəl onlara sırf mexaniki təsir
göstərə bilir - onların kökləri çatlara girərək süxurun
parçalanmasına səbəb olur. Bitki örtüyü yer qabığında
rütubəti saxlamaqla, suyun süxurlara təsir müddətini
uzadır. Bu cəhətdən bitkilər, mineral və süxurların
dağılmasında ikinci dərəcəli amil rolunu oynayır. Eyni
zamanda bütün bitkilərin kökləri üzvi turşular
(quzuqulağı, alma, karbonat turşusu və s.) buraxır ki,
33
bunlar mineral duzlara həlledici təsir göstərir və bununla
da süxurların aşınması prosesini sürətləndirir.
Çoxillik təcrübələrlə sübüt olunmuşdur ki, bir sıra
su bitkiləri, qumları və alümosilikatları parçalamaq
qabiliyyətinə malikdir. Silikat bakteriyaları çöl şpatını
parçalayır. İbtidai bitkilər (mamırlar, şibyələr, yosunlar)
süxurların üzərində əmələ gələrək, ifraz etdikləri karbon
qazın və üzvi turşuların təsiri ilə bioloji aşınmanı
sürətləndirir.
Nəhayət, müxtəlif mikroorqanizmlər, həmçinin
soxulcanlar, termitlər, qarışqalar, həşaratlar, torpağı eşən
göstəbəklər və s. Heyvanatlar üzvi aşınmada çox fəal
iştirak edirlər. Onlar hamısı bilavasitə turş birləşmələr
ifraz etməklə və ya yer qabığının səth hissəsinə CO
2
,
H
2
O və hava oksigeninin işlənməsini gücləndirmək yolu
ilə mineral birləşmələrin və süxurların dəyişilməsində və
dağılmasında iştirak edirlər.
Beləliklə, fiziki, kimyəvi və bioloji aşınma
proseslərinin birgə təsirinin nəticəsi olaraq ilkin dağ
suxurlarının aşınma qabıgı üzərində biosfer
elementlərinin təsiri altında tədricən münbitlik xassəsi
qazanan torpaq əmələ gəlir.
2.2. Torpaqəmələgətirən süxurlar
Torpaq dağ süxurlarının
aşınma materialları (qabığı)
üzərində əmələ gəlir. Üzərində
torpaqəmələgələn belə mineral
substrata torpaqəmələgətirən
süxur (ana süxur) deyilir. Ana
süxurların xarakteri torpağın
mineral hisəssini təyin edir və
onun kimyəvi tərkibinə mühüm
Şəkil 2.5. Torpağın mineral
hissəsi (torpaq şlifi)
34