təsir güstərir. Süxurun quruluşu və strukturası özlüyündə
torpağın mexaniki, su-fiziki xassələri və başqa
xüsusiyyətlərini də müəyyən edir. Torpaqların müxtəlifliyi
demək olar ki, ana süxurun təsiri ilə əlaqədardır (şəkil
2.5 ).
Torpaqəmələgətirən süxurlar və onların yer
qabığını təşkil edən əsas böyük qrupları aşağıdakılardan
ibarətdir.
Elüvial törəmələr, yaxud elüvi - dağ süxurlarının
aşınıb törədiyi yerdə qalan aşınma məhsullarıdır. Ən çox
dağlıq vilayətlərində, peneplenvari sahələrdə və düzən
yaylalarda əmələ gəlir.
Xarakter əlaməti üzərində yerləşdiyi ana süxurla
eyni litoloji tərkibə malik olması və ona tədrici
keçməsidir. Bu hal elüvial törəmələrin həm rəngində,həm
də mineroloji tərkibində özünü aydın biruzə verir.
Delüvial çöküntülər - dağ və təpələrin
yamaclarından yağış və qar suları vasitəsi ilə ətək
hissələrə gətirilib çökdürülən
nisbətən narın
materiallardır.
Delüvial çöküntülər yamacların ətək hissələrinə və
çökəkliklərə doğru gətirilərək xeyli çeşidlənir, yamaca
paralel olan aydın çəpəki təbəqələrin olması ilə nəzəri
cəlb edir. Delüvi tərkibcə müxtəlifdir və dağətəyi
rayonlarda yayılmış əksər torpaqların ana süxurunu təşkil
edir.
Prolüvial çöküntülər. Dağlıq ölkələrdə və onun
ətəklərində müvəqqəti güclü leysan yağışlı dağ sellərinin
əmələ gətirdiyi çeşidlənməmiş (sortlaşmamış) iri qırıntılı
buzlaq daşlı–çay, daşlı–çınqıllı çöküntülərdir. Ən çox dağ
ətəklərində və dərələrin çıxarında çıxıntı (gətirmə)
“konuslar” yaxud yelpikvari formalar əmələ gətirir.
Prolüvial çöküntülər öz mexaniki tərkibinə görə bir cinsli
deyildir. Dağ ətəyindən uzaqlaşdıqca çınqıllı-daşlı
35
hissələr xırdalanır və tədricən qumlara və qumlucalara
çevrilir ki, bu da çox vaxt görünüşcə lössəbənzər
çöküntüləri xatırladır.
Prolüvial çöküntülər Azərbaycanın ərazisində,
xüsusilə Böyük Qafqazın cənub və şimal–şərq
yamaclarında daha geniş yayılmışdır.
Allüvial çöküntülər. Allüvial çöküntülər (aluvies
çay daşqını sözündən götürülmüşdür) əksərən çayların
yaz daşqını zamanı vadilərdə və subasar (çaybasar)
terraslarda dövrü çökdürülən üzvi və mineral mənşəli
materiallardan ibarətdir. Bu çöküntülərin xarakter
xüsusiyyəti quruluşun üfüqi, yaxud çəpinə aydın qatılılığı,
mineral hissəciklərinin cilalılığı və üzvi qalıqların
olmasıdır. Yataqyanı allüvilər adətən müxtəlif qumlardan,
subasar allüvi isə gillicəli və gilli hissəciklərdən zəngin
olur.
Allüvial çöküntülər yer kürəsində, o cümlədən
respublikamızda böyük çayların subasarında geniş
yayılmış və özünün yüksək münbitliyə malik olması ilə
fərqlənir.
Göl çöküntüləri. Qədim relyef çökəkliklərində, göl
hövzələrində əmələ gələn və özünün gilliliyi və laylılığı
(təbəqəliliyi) ilə fərqlənən çöküntülərdir. Bunlara misal
olaraq Avropanın şimal-qərb hissələrində, Qərbi Sibir və
b. ərazilərdə yayılmış buzlaq göllərinin (göl-buzlaq
çöküntüləri) çöküntülərini göstərmək olar. Göl
çöküntülərinin xarakteri onların yerləşdiyi fiziki-coğrafi
şəraitlə əlaqədar olaraq üzvi maddələr, lil hissəcikləri və
duz zərrəciklərindən zəngin ola bilir.
Buzlaq yaxud moren çöküntüləri. Buzlaqlarla
gətirilib çökdürülmüş müxtəlif süxurların aşınma
materiallarıdır. Buraya buzlaqların gətirdiyi əsas ya dib
morenlər, kənarlarında toplanmış son morenlər və buzlaq
36
dilinin yanlarında əmələ gələn yan morenlər, drumlinlər
daxildir. Adətən yüksək suayrıcı sahələrdə yayılmışdır.
Morenlər üçün ümumi və səciyyəvi olan əlamət
onların çeşidləşməmiş, eyni mexaniki tərkibli olmaması,
tərkibində buzlaq daşlarının (valunların) olması, qum
fraksiyasından zənginliyi, qırmızı–qonuru, bəzən sarımtıl–
qonuru və b. rənglərin olmasıdır. Rəng buzlaq altında
yerləşən ana süxurun xarakterindən, aşınma və
torpaqəmələgəlmə şəraitindən asılıdır. Qleyləşmə zamanı
morenlər bozumtul-göy rəng ala bilir.
Mexaniki tərkibinə görə morenlər müxtəlifdir,
əksərən qumsal gillicəlidir. Kimyəvi tərkibcə karbonatsız
və karbonatlı morenlər fərqləndirilir.
Belə çöküntülər ən çox şimal rayonlarında –
buzlaşma gedən rayonlarda yayılmışdır.
Flüvioqlyasial, yaxud su–buzlaq çöküntüləri
(fluvios - sel, glacilis - buzlaq sözündən götürülmüşdür).
Buzlağın əriməsi nəticəsində əmələ gələn sellərin
akkumulyativ fəaliyyətinin məhsuludur. Buzlağın kənarı
qarşısında çökərək, adətən son və dib morenlərin
yayıldığı vilayətləri qurşaq kimi əhatə edir. Bu çöküntülər
özünün çeşidləşmiş, laylı (təbəqəli) olması,
karbonatsızlığı, valunların olmaması və əsasən qumlu,
qumlu–çaydaşlı olması ilə səciyyələnir.
Flüvioqlyasial çöküntülər üzərində törəyən
torpaqlar az münbitliyi, alçaq sahələrdə bataqlaşması ilə
nəzəri cəlb edir.
Löss çöküntüləri və lössəbənzər gillicələr.
Müxtəlif mənşəlidir. Ümumi nişanələri: küləşi, yaxud
qonurumtul küləşi rəngi, karbonatlılığı, iri tozvari fraksiya
(0,05-0,01mm) təşkil etməklə tozvari-gillicəli mexaniki
tərkibi, unabənzərliyi, məsaməliliyi, yumşaq kipliyi,
mikroaqreqatlılığı və su keçirməkliliyidir.
37
Dostları ilə paylaş: |