TORPAQƏMƏLƏGƏLMƏSİNDƏ BİOLOJİ AMİLLƏRİN
ROLU. TORPAĞIN ÜZVİ HİSSƏSİ
3.1. Torpaqəmələgəlmənin bioloji amilləri
Təbii-tarixi cism olan torpaq üçün yüksək biogenlik
qabiliyyəti xasdır. Torpağın tərkibinin cəmi 5 %-ini üzvi
maddələ təşkil etməsinə baxmayaraq torpaqəmələgəlmə
ghjsesi bioloji amillərin iştirakı olmadan mümkün deyil
(şəkil 3.1). Əbəs deyil ki, aşınma məhsullarına bioloji
amillərin təsirindən sonra torpaq meydana gəlir.
Şəkil 3.1. Torpagı təşkil edən maddələr.
Ana süxurun torpağa çevrilməsi üçün əsas
şərtlərdən biri süxurda torpağın bioloji komponentləri –
mikroorqanizmlərin, torpaq heyvanatının və yaşıl
bitkilərin peyda olması, məskən salmasıdır. Onların
əhəmiyyəti təkcə öz cəsədləri ilə
torpağı
42
zənginləşdirmək deyil (hansı ki, mineral hissəyə görə bu
çox cüzidir), bu orqanizmlərin sonsuz nəsillərinin yerinə
yetirdiyi nəhəng biokimyəvi işlərlə əlaqədardır. Özlərinin
həyat fəaliyyəti prosesində bu orqanizmlər torpağın
elementar tərkibini, xüsusilə onun maye və qaz fazalarını
əmələ gətirir, torpağın üzvi maddələrini sintez edir, bu
maddələrin yeni xüsusi qrupunun – humus maddəsinin
əmələ gəlməsinə səbəb olur(şəkil 3.2).
Torpaqda gedən bioloji proseslər üç qrupda
birləşdirilən orqanizmlərin
fəaliyyəti ilə əlaqədardır:
1.Torpaqmikroorqanizmlərin fəaliyyəti - torpağın
üzvi və mineral tərkibinin dərindən dəyişməsinə səbəb
olur.
2. Ali bitkilərin fəaliyyəti - torpaq-bitki sistemində
kimyəvi elementlərin dövranı və torpağın üzvi hissəsinin
toplanmasına şərait yaradır.
3.Torpaq heyvanatının fəaliyyəti - torpağın kimyəvi
və fiziki xassələrinə mühüm təsir göstərir (şəkil 3.3).
Şəkil 3.2. Torpaqəmələgəlmənin
bioloji amilləri
43
Coğrafi şəraitdən
asılı olaraq torpaq
mikroorqanizmlərinin tərkibi və miqdarı xeyli dəyişkəndir
və onlar torpaq rütubətinə, temperatura və mühit
reaksiyasına yüksək dərəcədə tələbkardırlar. Bütün
bunları hidrotermik rejimdən
asılı olaraq
M.M.Kononovanın verdiyi cədvəldən aydın görmək olar
(cədvəl 3.1).
Şəkil 3.3. Köstək yuvası
3.2. Mikroorqanizmlərin torpaqəmələgəlmədə
rolu
Torpağın mikroorqanizmləri öz növ tərkibi və bioloji
fəaliyyətinə görə çox müxtəlifdir (şəkil 3.4). Burada
bakterlər, aktinomitsetlər, göbələklər, yosunlar və ibtidailər
yayılmışdır. Mikroorqanizmlərin ümumi kütləsi ancaq
torpağın üst qatında hər hektara bir neçə tona çatır.
Onların sayı 1qr torpaqda milyardlarla hesablanır.
44
Bütövlükdə planetimizdə torpaq mikroorqanizmləri quru
biokütləsinin 0,01-0,1%-ni təşkil edir. Mikroorqanizmlərin
torpaqda sürətlə artımını V.İ.Vernadski obrazlı halda
qiymətləndirərək göstərmişdir ki, bir bakteriya hüceyrəsi
iki gündən də az müddətdə öz artımı ilə bütün Yer
kürəsinin belinə dolana bilər. Bu fikri ayrı-ayrı torpaqlarda
olan mikroorqanizmlərin sayı da təsdiq edə bilər. Məs,
tayqa landşaftında yayılmış padzol torpaqların 1qr-da
600-800 milyard, bozqır zonasının qara torpaqlarında hər
qramda daha çox - 2000-2500 milyard mikroorqanizm
müəyyən edilmişdir. Çəkicə də bunlar torpağın üst
qatında az deyil: Birincidə (podzolda) 2t, ikincidə (qara
torpaqda) isə 5t təşkil edir.
45
Şəkil 3.4. Torpaq faunasının nümayəndələri
Torpaqda üzvi qalıqları
parçalayan
mikroorqanizmləri adətən üç əsas qrupa bölürlər: 1)
aerob bakteriyalar, 2) anaerob bakteriyalar, 3) göbələklər
və aktinomisetlər. Aerob bakterlər yalnız hava daxil olan
oksigenli şəraitdə yaşayıb çoxalmağa qabil olan
mikroorqanizmlərdir. Anaerob bakterlər aeroba nisbətən
torpaqda xeyli azlıq təşkil edir və yalnız sərbəst oksigen
olmayan, yəni anaerob şəraitdə inkişaf edə bilir.
Torpaq mikroorqanizmləri arasında göbələklər
daha mühüm əhəmiyyət kəsb edir. Y.H.Mişustinin
46
məlumatına görə göbələklərin miqdarı 1 qr torpaqda 10
min nüsxəyə çatır. Torpaqda ən çox yayılanı kif
göbələkləridir ki, onlar hüceyrə və liqnini parçalayır və
zülülların çürüməsində iştirak edirlər. Aktinomitsetlər və
yosunlar
da
torpağın
mühüm
bioloji
komponentlərindəndir.
Cədvəl 3.1.Mikrobioloji fəaliyyətin intensivliyinin temperatur və
rütubət tutumundan asılılığı
Temperatur
Mikrobioloji fəaliyyətin
intensivliyi
Rütubətli, %-lə
(tam rütubət
tutumundan)
> 30
30-20
20-10
10-5
<5
Zəif
Çox intensiv
Intensiv
Zəif
Çox zəif
>80
80-60
60-40
40-20
<20
Cədvəldən göründüyü kimi mikroorqanizmlərin ən
intensiv optimal fəaliyyəti torpaqda 20-30
0
C temperatur
və 60-80% rütubətlik olduqda nəzərə çarpır (cədvəl 3.1).
Bu zaman torpaqda bitki qalıqlarının parçalanması və
çürüməsi prosesi il ərzində intensiv gedir.
3.3. Ali bitkilərin torpaqəmələgəlmədə rolu
Quru hissənin canlılardan ibarət olan əsas
hissəsini ali bitkilər təşkil edir. Bunların içərisində ağac
bitkiləri hər hektara 10
11
-10
12
ton kütləyə malik quru üzvi
maddə əmələ gətirir. Ot bitkilərinin kütləsi ağac
bitkilərindən təxminən 10 dəfə azdır.
Üzvi maddələrin əmələ gəlməsi, əsas etibarilə,
bitkinin yaşıl hissəsində xlorofilin iştirakı ilə başa çatan
fotosintez prosesilə əlaqədardır. Bitki atmosferdən karbon
47
20>5>
Dostları ilə paylaş: |