prosesi ilə əlaqədardır. Dağ süxurlarının Yer səthində
dəyişməsi proseslərinin yekununa aşınma deyilir.
Cədvəl 2.1. Yer qabığında yayılmış əsas dağ süxurları
qrupu (A.P.Ronova və A.A.Yaroşevskiyə görə, 1978 )
Süxurlar
Yer qabığının ümumi
həcmindən, %-lə
Qranitlər, qranodioritlər, turş effuzivlər
20,86
Kristal şistlər, qneyslər
16,91
Bazaltlar, qabbro, amfibolitlər, eklogitlər
50,34
Gillər və gilli şistlər
4,48
Qumlar və qumdaşları
3,56
Karbonatlı süxurlar, mərmərlər, sulfatlı və
xloridli süxurlar
3,57
Başqa süxurlar
0,28
Cəmi:
100,00
Bu proses iki zonada müşahidə edilir: 1) səthi
(müasir) aşınma; 2) dərində (əsrlərlə) aşınma.
Müasir aşınma torpaqəmələgəlmə prosesi gedən
bir neçə santimetrdən 2-4 m dərinlik arasında dəyişə
bilər. Aşınma prosesində dağ süxurlarının elementar və
mineral tərkibi dərindən dəyişir. Süxurların aşınması
prosesi Yer kürəsinin hər yerində gedir .
Nə dəniz suyunun qalın təbəqəsi, nə də Yer
qabığının ayrı-ayrı hissələrini örtən qalın buz qatları bu
qabığı aşınmadan qorumağa qabil deyildir.
Süxurların dağılması xarakterindən
və
səbəblərindən asılı olaraq 3 aşınma növü fərqləndirilir:
1) fiziki aşınma, 2) kimyəvi aşınma və 3) bioloji aşınma.
Fiziki aşınma. Massiv dağ süxurlarının və onun
minerallarının mexaniki proseslər nəticəsində kimyəvi və
mineroloji tərkibini dəyişmədən xırdalanmasına, gövşək
(narın) süxura keçməsi prosesinə fiziki aşınma deyilir.
Fiziki aşınmanı aşağıdakı amillər törədir: temperaturun
28
dəyişilməsi, donmuş su, məhlulda kristallaşan duzlar,
axar su və külək.
Temperaturun dəyişməsi mexanizmi süxura daha
çox təsir edir: çünki dağ süxurunu əmələ gətirən ayrı-ayrı
mineralların termiki sıxılma və genişlənmə əmsalı eyni
deyildir. Süxurun gündüzlər çox qızıb, gecələr soyuması
nəticəsində üzərində çatlar əmələ gəlir. Əmələ gələn
çatlara su daxil olur və donduqda həcmini genişləndirərək
süxuru tədricən parçalayr. Kontinental vilayətlərdə və isti
səhralarda gündüzlə gecə temperaturları arasında böyük
fərq olduğundan burada fiziki aşınma daha qüvvətli gedir.
Belə yerlərdə süxurların dərin qatlara qədər aşınıb
dağılması faktı da bununla izah edilir. Süxurların dərin
çatlarına su dolub orada donduqda öz həcminin 1/10
hissəsi qədər artırır, çatların divarlarına daha böyük
qüvvə ilə təsir göstərir. Süxur temperatur təsirilə
parçalandıqda bu prosesə termiki, donmuş suyun təsirilə
parçalanıb xırdalandıqda ona şaxta aşınması deyilir
(şəkil 2.4).
Şəkil 2.4. Mexaniki, fiziki və kimyəvi aşınma
29
Su və buzlaqlarla yanaşı külək də aşınmaya xeyli
təsir göstərir. Külək uzun müddət təsir edəndə, qum
dənələrinin zərbələri müxtəlif süxurların səthini yonur və
hamarlayır. Onların üzərində tədricən şırımlar, çüxurlar,
hətta başdan-başa deşilmiş boşluqlar əmələ gəlir, bəzən
çox əcayib qaya formaları (insan başı, dinazavr, cürbəcür
naxışlar, daş “abidələr” və s.) yaranır. Sonrakı
mərhələlərdə süxurların aşınıb dağılmış materiallarını
külək hərəkətə gətirir, onları çeşidləşdirir, qarışdırır,
nəticədə külək və ya eol çöküntüləri əmələ gəlir.
Respublikamızda fiziki aşınma prosesi kontinental iqlimli
Naxçıvan Muxtar Respublikasının dağlıq hissələrində
daha çox müşahidə olunur. Lakin yadda saxlamaq
lazımdır ki, fiziki aşınma prosesində yaranan yeni
kövşək (narın ) süxur ilk massiv (sal) süxurdan təkcə bir
əlamətlə fərqlənir. İlk süxur yalnız öz şəklini itirmiş,
massiv(sal) kütlədən narın kütləyə çevrilmişdir. Kövşək ,
narın kütləyə su və hava işləyə (keçə) bilmişdir.
Beləliklə, fiziki aşınma yolu ilə massiv süxur çox
parçalanmaq və tədricən xırdalanmaq nəticəsində ilk
süxurdan keyfiyyətcə fərqlənərək, təbii cismin mühüm
xasəsi - su və hava keçirmək qabiliyyəti qazanmışdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, kövşək, narın,
süxurun rütubət tutumu hələ çox zəifdir, onda suyun
kapilyar hərəkəti isə heç yoxdur. Bu mühüm xassəni
süxur kimyəvi aşınma nəticəsində qazanır.
Kimyəvi aşınma. Fiziki aşınma ilə eyni vaxtda
gedir. Kimyəvi aşınma dedikdə, əsasən kimyəvi proseslər
təsiri ilə süxurların dağılması və dəyişilməsi anlaşılır.
Kimyəvi aşınmanı fərqləndirən xüsusiyyət burada öz
tərkibi və xassələri etibarilə dağılıb parçalanan süxurdan
keyfiyyətcə fərqli olan yeni məhsulların əmələ gəlməsidir.
Bu növ aşınmaya səbəb olan əsas amillər su, karbon
30
qazı, üzvi və mineral turşular və havanın oksigenidir, həm
də su, kimyəvi aşınmanın ən enerjili həlledici amilidir.
Qeyd etmək lazımdır ki, istinasız olaraq bütün süxurlar
suda həll ola bilir və Yer qabığında demək olar ki,
qətiyyən həll olmayan mineral yoxdur. Ümumiyyətlə,
təbiətdə kimyəvi aşınma prosesinin aşağıdakı formaları
yayılmışdır: 1) oksidləşmə, 2) karbonlaşma, 3)hidrotasiya
və 4) kaolinləşmə.
Oksidləşmə - aşınma zonasında geniş yayılan
reaksiyadır. Tərkibində dəmir 3 oksid, yaxud başqa
elementlər olan əksər minerallar oksidləşməyə məruz
qalır. Aşınma zamanı oksidləşmə reaksiyasına xarakter
misal olaraq sulu mühitdə sulfidlərin molekulyar
oksigenlə qarşılıqlı əlaqəsini göstərmək olar. Belə ki,
piritin oksidləşməsi sulfatlarla və dəmir oksidi hidratları
ilə yanaşı yeni mineral birləşmələrin yaranmasında
iştirak edən sulfat turşusu əmələ gətirir:
2FeS
2
+7O
2
+ 2H
2
O = 2FeSO
4
+ 2H
2
SO
4
;
12FeSO
4
+ 6H
2
O + 3O
2
= 4Fe
2
(SO
4
)
3
+ 4Fe(OH)
3
;
2Fe
2
(SO
4
)
3
+ 9H
2
O = 2FeO
3
.
3H
2
O + 6H
2
SO
4.
(oksidləşmə)
Oksidləşmə prosesində dağ süxurlarının əvvəlki
rəngi dəyişir, sarı, qonur, qırmızı çalarlı rənglər meydana
gəlir. Şiddətli oksidləşmiş süxurlar adətən torpaqvari,
məsaməli quruluş (məs. ferralit aşınma qabığı) əldə edir.
Mineralların kimyəvi parçalanmasına temperatur
da təsir göstərir. Onun hər 10
0
C yüksəlməsi kimyəvi
reaksiyanı 2-2,5 dəfə sürətləndirir. Ekvatorial vilayətlərdə
kimyəvi aşınmanın intensiv, qütb vilayətlərində yavaş
getməsini bununla izah etmək olar. Su ilə, xüsusilə CO
2
və başqa maddələrlə həll olan dağ süxurları təbiətdə
geniş yayılmışdır. Belə ki, 25
o
C-də 1l suda 0,0145 q kalsit
31
Dostları ilə paylaş: |