olunmuşdur. Bu texnologiyalar elektron torpaq
xəritələrinin tərtib etməyədə imkan vermişdir.
1.2.Torpaq coğrafiyasının tədqiqat üsulları
Torpaqşünaslıq elmində torpağın təbii cisim kimi
spesifik xüsusiyyətlərini öyrənməkdə bir sıra geniş
kompleks tədqiqat üsullarından istifadə edilir ki, bunu
torpaq coğrafiyasına da şamil etmək olar. Bu üsullar
aşağıdakılardan ibarətdir (
Şəkil 1.2
):
Profil üsulu. V.V.Dokuçayev tərəfindən işlənmiş və
bütün torpaq tədqiqatlarının əsasını təşkil edir. Həmin
üsul torpağın səthindən ana süxura kimi bütün genetik
qatlarını və onun profil üzrə xüsusiyyətlərini
(parametrlərini) ciddi öyrənməyə imkan verir.
Morfoloji usul da V.V.Dokuçayev tərəfindən tətbiq
edilmiş, torpağın bütövlükdə quruluşunu öyrənir. Bu üsul
çöl torpaq tədqiqatının bazisi olmaqla onun çöl
diaqnostikasının əsasını təşkil edir.Torpaqşünaslıqda üç
növ morfoloji analiz üsulundan istifadə olunur :
makromorfologiya-adi gözlə müşahidə olunur, öyrənilir;
mezomorfologiya - lupa və binokulyardan istifadə edilir;
mikromorfologiya-mikroskopdan
(hətta
elektron
mikroskopdan) istifadə edilir.
Torpağın morfoloji analizi bütün torpaq tətqiqatının
başlanğıc mərhələsidir.
Müqaisəli coğrafi üsul. Tarixi inkişaf prosesində
və coğrafi məkan daxilində torpağı müqayisəli tərzdə
öyrənir, onun mənşəi və coğrafi yayılma
qanunauyğunluqları barədə əsaslandırılmış nəticə
çıxarılır.
Şəkil 1.2.Torpaq coğrafiyasının tədqiqat usulları.
20
Modelləşdirmə
Analiz üsulu
Radioizotop
üsulları
Aerokosmik
üsullar
Torpaq çəkimi
(ekstraktı)
üsulu
Torpaq-rejim
müşahidələri
üsulu
Torpaq
lizimetrləri
üsulu
Müqayisəli-
tarixi üsul
Müqaisəli
cografi üsul
Morfoloji usul
Profil üsulu
TORPAQ COGRAFİYASININ
TƏDQIQAT ÜSULLARI
Müqayisəli-tarixi üsul, müasir situasiya əsasında
keçmiş (qədim) torpaq örtüyünü, onun relikt əlamətlərini
müasir dövr torpaqları ilə müqayisəli şəkildə öyrənməyə
imkan verir.
Torpaq dayaq məntəqələri üsulu - dəqiq genetik–
coğrafi analizə əsaslanır, böyük ərazi vahidləri daxilində
xərc və vəsaitlərə qənaət etməklə eyni strukturlu torpaq
örtüyünü öyrənməyə imkan verir.
Torpaq monolitləri üsulu - quruluşu dəyişmədən
monolitləri (torpaq kolonkaları) şəklində xüsusi
götürülmüş nümunələrdə torpaq proseslərinin (rütubətin,
duzların hərəkəti) miqrasiyası, ionların mübadiləsi və s.
fiziki modelləşdirilməsi prinsipinə əsaslanır (Şəkil 1.3.).
21
Şəkil 1.3. Torpaq monolitləri.
Torpaq lizimetrləri üsulu - təbii torpaq profillərində
maddələrin şaquli miqrasiya proseslərini öyrənmək üçün
geniş istifadə edilir. Lizimetrik üsulun geniş yayılmış
variantı axım meydançaları üsuludur. Axım
meydançalarında torpaq səthi və torpaqdaxili üfüqi
rütubət axımı və eroziyası öyrənilir.
Torpaq-rejim müşahidələri üsulu - torpağın bu
və ya digər parametrlərinin (rütubətlik, temperatur,
duzların miqdarı, humus, azot, mineral qida elementləri
və s.) ölçülməsi əsasında müasir torpaqəmələgəlməni
tədqiq etmək məqsədi ilə istifadə olunur.
Aerokosmik üsullar - müxtəlif yüksəklikdən kosmik
cihazlarla yerin (torpağın) fotoşəklini çəkmək və gözlə
müşahidə etməyə əsaslanır. Bu üsulla təkcə torpağın
coğrafi məsələləri deyil, həm də torpağın bir sıra mühüm
parametrləri (rütubətlik, kiplik, duzluluq, humusluluq və
s.) dinamiki qaydada tədqiq olunur.
Torpaq çəkimi (ekstraktı) üsulu - hər hansı bir
həlledicinin təsiri ilə (məs. su, müxtəlif turşular, qələvi,
spirt və s.) nəzarət olunan şəraitdə torpaqdan müəyyən
22
qrup birləşməni çıxarmaq prinsipinə əsaslanır. Bu üsul
bitkilər tərəfindən istifadə olunan mütəhərrik qida
elementlərini öyrənmək üçün daha geniş tətbiq olunur.
mühüm parametrləri (rütubətlilik, bərklik (kiplik),
duzluluq, humusluluq və s.) dinamiki qaydada tədqiq
olunur.
Radioizotoplar üsulu ilə torpaq və ekosistemlərdə
nişanlanmış atomların (radioaktiv izotopların)köməyi ilə
elemetlərin və onların birləşmələrinin miqrasiya prosesləri
öyrənilir. Torpaqda müxtəlif izotopların nisbəti ilə (məs.
12
C:
14
C) torpağın yaşını müəyyən etməkdə istifadə
olunur.
Torpağın tərkibini (qranulometrik, mineroloji və
kimyəvi) öyrənmək üçün müasir fiziki, fiziki-kimyəvi,
kimyəvi və bioloji analiz üsullarından daha geniş istifadə
edilir.
1.3.Torpaqşünasliğin başqa elmlərlə əlaqəsi
Planetimizin torpaqlarını və torpaq örtüyünü dərk
etməkdə torpaqşünaslıq başqa təbii (biologiya,
geologiya, coğrafiya), fundamental (riyaziyyat, fizika,
kimya) və tətbiqi elmlərlə (meliorasiya, səhiyyə, əkinçilik,
aqrokimya, meşəçilik, təbiətin mühafizəsi və s.) sıx
əlaqəlidir və onların metodik yanaşma üsulundan və
nailiyyətlərindən geniş istifadə edir (Şəkil 4).
Müasir genetik torpaqşünaslıq geologiyadan inkişaf
etmiş və metodoloji cəhətdən əlaqəlidir. Yer səthinin
bütöv və ayrı-ayrı regionlarının geoloji tarixini öyrənmək
torpağın genezisini və məkan daxilində onun
differensiasiyasını düzgün anlamağa imkan verir.
Petroqrafiya, kristalloqrafiya torpaqşünaslara torpağın
mineroloji tərkibi və onun əmələgəlmə
23
Dostları ilə paylaş: |