Eroziyanın inkişafına səbəb olan təbii şəraitə iqlim
(yağıntıların miqdarı, düşmə rejimi, qarərimənin
intensivliyi, torpaq şəraiti və s.), relyef şəraiti (eroziya
bazisinin dərinliyi, yamacın dikliyi, uzunluğu, forması və
baxarlığı və s.), yerin geoloji quruluşu, süxurların litoloji
tərkibi, davamlılığı, torpaq şəraiti (mexaniki tərkibi,
strukturası, kipliyi və s.) və bitki örtüyü aid edilir.
Bitki örtüyü ən böyük torpaqqoruyucu rola malikdir.
Bitki köklərinin torpağı bərkitmədə “armatur” rolu
oynaması, çətirlərinin yağış damlalarının vurğu gücünü
azaltması, axımın və deflyasiyanın qarşısını alması və s.-
də misilsiz əhəmiyyəti vardır.
6.2. Eroziya prosesindən dəyən zərər
Eroziyadan torpaq sərvətləri çox böyük zərər
çəkir. Bütün dünya ölkələri içərisində ən çox zərər çəkən
ABŞ–dır. Burada torpaq eroziaysı ABŞ üçün milli bəla
kimi qəbul edilmişdir. Eroziya prosesindən və tikintidən
burada hər il 800 min hektar torpaq itir. Tarla və
otlaqlardan sürətli eroziya nəticəsində 2,7 milyard t. sülb
material aparılır ki, bunun 650 mln t. Missisipi çayı
daşarkən olur.
Dokuçayev adına Torpaqşünaslıq institutu
əməkdaşlarının məlumatına görə keçmiş SSRİ ərazisində
110 mln h. torpaq eroziyaya uğramışdır; hər il eroziya
nəticəsində su ilə 535 milyon ton torpaq aparılır ki, bunun
tərkibində 1,3 mln ton azot, 12,2 mln ton kalium və 5,93
min ton fosfor vardır.
Respublikamızda torpaq eroziyası daha çox
yayılmışdır. Bəzi dağlıq rayonlarda eroziyaya uğramış
torpaqlar 60–70%, hətta 80%-ə çatır. K.Ələkbərovun
hesablamasına görə torpaq eroziyası nəticəsində ildə
1,200 min ton kalium, 58 min ton fosfor, 82 min ton azot
88
itirilir. Eroziyaya uğramış torpaqların tipik nümunələri
Naxçıvan MR, Ceyrançöl, Qobustan və s. ərazilərdə daha
geniş yayılmışdır.
2. Torpaq eroziyasına qarşı mübarizə tədbirləri.
Torpaqların su və külək eroziyasına qarşı tədbirləri
planlı şəkildə, sistematik olaraq müəyyən aqrotexniki
tədbirlər həyata keçirməklə aparılmalıdır. Zonal tərzdə
aparılacaq bu mübarizə tədbirlər aşağıdakılardan
ibarətdir: 1) təşkilat – təsərrüfat tədbirləri; 2) aqrotexniki
tədbirlər; 3) meşəmeliorasiya tədbirləri; 4) hidrotexniki
tədbirlər.
Təşkilat – təsərrüfat tədbirlərində torpaq
eroziyasına qarşı əsaslandırılmış plan tərtib etmək və
onun həyata keçirilməsinə nail olmaq nəzərdə tutulur.
Xüsusilə burada eroziyaya dair mühüm məlumatların,
torpaq eroziya xəritələrinin və eləcə də relyef, süxur və b.
xəritəçilik materiallarının əldə edilməsi zəruridir.
Aqrotexniki
tədbirlərdə
bitkinin özünün
torpaqqoruyucu xassəsindən istifadə edilir. Misal üçün,
çoxillik otlar, birillik bitkilər, torpağın eroziyaya qarşı
becərilmə qaydaları (şumu yamacın köndələninə
aparmaq, bufer zolaqları saxlamaq, becərmə, kultivasiya
işlərinin düzgün təşkili və s.), qarısaxlama və onun
əriməsini tənzim etmək, eroziyaya uğramış torpağın
münbitliyini aqrotexniki vasitələrlə yüksəltmək.
Aqrotexniki tədbir zamanı fitomeliorasiya, üzvi
mineral gübrələr tətbiqi və s-dən də istifadə edilir.
Defilyasiyaya qarşı mübarizə üçün hündür gövdəli
bitkilərdən (günəbaxan, qarğıdalı) və sahəvi küləş
zolaqlarından istifadə etməli və örüşlərin otarılması ciddi
nizamlanmalıdır.
Meşəmeliorasiya tədbirləri müxtəlif məqsədlər
üçün meşəqoruyucu zolaqları özündə cəmləşdirir.
Xüsusilə burada küləkqoruyucu, tarlaqoruyucu və yarğan
89
boyu salınmış meşə zolaqları böyük rol oynayır. Su
hövzələrinin, göllərin, çay və kanalların, sahilləri
bərkidilməsi üçün də qoruyucu zolaqlar çox mühüm
əhəmiyyət kəsb edir.
Hidrotexniki tədbirlər o zaman tətbiq edilir ki,
yuxarıda göstərilən tədbirlər eroziya üçün kara gələ bilmir.
Buraya axımı tənzim edən hidrotexniki qurğular aid edilir.
Terrasların bərpası, kanallara səd çəkilməsi, yarğanların
artımı qarşısını almaq məqsədilə sədlər, liman və
terraslar tikmək, yolqırağı yamacları bərkitmək və s.
buraya aiddir.
VII FƏSİL
TORPAĞIN ƏMƏLƏ GƏLMƏSİNDƏ VƏ
COĞRAFİYASINDA RELYEFİN ROLU
90
Torpaqəmələgəlmə
prosesində
relyef
özünəməxsus əhəmiyyət kəsb edir. Torpaqəmələgətirən
amillərin paylanması və qarşılıqlı münasibətlərinə imkan
yaradaraq relyef torpaq coğrafiyasına və onun
qanunauyğunluqlarının yaranmasına daha güclü təsir
göstərir. Relyefin torpaqəmələgəlməyə bu təsiri birbaşa
və dolayı yolla ifadə oluna bilər. Sonuncu halda relyef
başqa amillər vasitəsilə təsir göstərir. Məsələn, relyef Yer
kürəsində iqlim elementlərinin paylanmasına, bitki
örtüyünün xarakterinə, səth və qrunt sularına, deməli
torpaq və qruntun su rejiminə mühüm təsir göstərir.
Relyef, hər şeydən əvəl, yamacların ekspozisiyası
(baxarlığı) və dikliyindən asılı olaraq günəş radiasiyasının
və yağıntıların paylanmasına və istilik rejiminə böyük
təsir göstərir. Relyef şəraitindən asılı olaraq vahid səthə
düşən enerjinin miqdarı dəyişir, istilik və rütubətin məkan
daxilində paylanması, onların sutka və il ərzində dövri
olaraq tərəddüdü baş verir.
Adətən torpaqəmələgəlmə prosesinə relyefin
aşağıdakı momentləri böyük təsir göstərir:
1) relyefin dəniz səviyyəsindən yüksəkliyi;
2) yamacların dikliyi (meyillik dərəcəsi);
3) yamacların baxarlığı (ekspozisiyası);
4) relyefin əsas formaları və onların qarşılıqlı
əlaqəsi.
Ağırlıq qüvvəsi və axan atmosfer sularının təsiri
altında torpaq kütləsi və qruntun qarışma intensivliyi
relyefin xarakterindən asılıdır.
Relyefin iqlimə təsiri, xüsusilə mütləq yüksəkliyi
kiçik məkan daxilində dəyişən dağlıq ölkələrdə daha
kəskin müşahidə edilir. Məlumdur ki, dağlarda mütləq
yüksəklik artdıqca havanın temperaturu və təzyiqi azalır,
müəyyən mərhələyə kimi atmosfer yağıntılarının miqdarı
91
Dostları ilə paylaş: |