Torpaq ilə atmosfer arasında qaz mübadiləsinə
təsir göstərən əsas amillər yağıntılar, gün ərzində
temperaturun və barometrik təzyiqin dəyişməsidir.
Yağıntılarla birlikdə torpağa xeyli miqdarda oksigen daxil
olur. Torpaq isinib və soyuyanda qazlar atmosferdən
torpağa və əksinə diffuziya edir.
Atmosfer təzyiqi azaldıqda torpaq havasının bir
hissəsi atmosferə, təzyiq artanda isə atmosfer havası
torpağa keçir.
Diffuziya dərəcəsi torpağın hava xassələrindən –
hava tutumu və hava keçirməsi qabiliyyətindən, küləyin
sürətindən, qrunt sularının səviyyəsindən və s-dən
asılıdır. Aqronomiyada qaz mübadiləsinə təsir edən əsas
amil, torpağın becərilməsi sayəsində onda yaranan
torpağın fiziki xassəsi hesab edilir.
Torpaqda hava əsasən üç vəziyyətdə olur: 1)
sərbəst hava; 2) adsorbsiya olunan hava; 3) suda həll
olmuş hava.
1) Sərbəst torpaq havası torpağın kapillyar və
qeyri - kapillyar məsamələrində yerləşir, özünün
mütəhərrikliyi, torpaqda tamamilə sərbəst hərəkət etməsi
və atmosferlə mübadilə qabiliyyətinə malikdir.
2) Adsorbsiya olunan torpaq havası – torpağın
bərk fazasının səthi ilə sorbsiya olunan (udulan)
qazlardan ibarətdir. Qazların adsorbsiyası ən güclü
şəkildə ağır mexaniki tərkibli və üzvi maddələrdən zəngin
olan torpaqlarda baş verir. Adsorbsiya havasının ən çox
miqdarı quru torpaqlar üçün səciyyəvidir. Çünki torpağın
bərk (quru) hissəcikləri su buxarlarını qazlardan fəal udur.
Torpağın rütubətliyi maksimal rütubətlikdən yüksək
olduqda, su udulmuş qazları sıxışdırıb çıxarır və bu da
sərbəst torpaq havası tərkibinin dəyişməsində özünü
göstərir.
78
3) Həll olmuş torpaq havası – torpaq suyunda
həll olmuş qazlardan ibarətdir. Qazların torpaq suyundan
həll olması onların sərbəst torpaq havasında qatılığının
yüksəlməsi ilə artır. Ammonyak, hidrogen sulfid, karbon
qazı suda yaxşı həll olurlar, oksigenin həll olması isə
nisbətən zəifdir.
Torpaqda qida elementləri su, hava, kifayət qədər
olduqda bitkilər yaxşı böyüyüb inkişaf edir. Maye və qaz
fazaları arasındakı nisbətən torpaqda müəyyən su – hava
rejimi yaradır. Su və havanın əlaqələnməsindən asılı
olaraq bu nisbət müxtəlif ola bilər. Rütubət çox olub, hava
çatışmayanda anaerob şərait yaranır və torpaq bataqlaşır.
Beləliklə torpağın hava rejimi onun su xassələri ilə
bilavasitə sıx əlaqədardır. Həm də bu əlaqə bitkilərin
normal inkişafı üçün antoqanist vəziyyətdə olmamalıdır.
Deməli, torpaqda qaz mübadiləsi nə qədər yaxşı inkişaf
etmişsə, atmosferin torpağa yaxın təbəqəsi karbon qazı
ilə nə qədər çox doyursa, kənd təsərrüfatı bitkilərinin
böyüməsi və məhsuldarlığının artırılması üçün bir o qədər
əlverişli şərait yaranır. Ümumiyyətlə, torpaqda qaz
mübadiləsinə təsir edən amilləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Torpaq temperaturunun dəyişməsi nəticəsində
torpaq havası genişlənir və ya sıxılır ki, bu prosesdə
atmosfer havası ilə mübadilə gedir.
2. Torpağın üst hissəsində küləyin sürətinin
dəyişməsi
3. Barometrik təzyiqin dəyişilməsi
4. Yağmurlar və buxarlanmanın təsiri
5. Diffuziya prosesi (qazların çox sıx toplanmış
sahədən az toplanmış sahəyə hərəkəti).
Yuxarıda göstərilən bu amillər kompleksi qaz
mübadiləsini torpaqda tənzim edir. Bu amillər arasında
əsas təsir edəni diffuziyadır. Diffuziyanın sürəti –
79
molekulların istilik hərəkəti sürətindən asılıdır, bu isə çox
yüksəkdir.
Diffuziya əmsalının ölçü vahidi 1 sm
3
qazın 1
saniyədə 1 sm
2
torpağın 1sm qalınlığından keçməsidir ki,
bu da vahidə bərabərdir. Buna diffuziya qradiyenti
deyilir. Diffuziya prosesinə qazların qatılıq (kəsafət)
qradiyenti və aerasiya məsaməsi əsas təsir göstərir.
Torpağın mədəniləşdirilməsi onun hava rejimini
normallaşdırır. Torpağın mühit reaksiyasının
tənzimlənməsi, üzvi və mineral gübrələrin tətbiqi,
suvarma, torpaqda bioloji prosesləri aktivləşdirir, onun
tənəffüsünü gücləndirir.
Əlverişli rütubət şəraitində ağır mexaniki tərkibli, az
humuslu torpaqların hava rejimini tənzimləməyin əsas
şərtlərindən biri də dərin şum qatı yaratmaq, əkinaltı qatın
yumşaldılması, mülayim suvarma və torpaq qaysağının
ləğv edilməsidir.
5.5. Torpaq məhlulu
Torpaq məhlulu torpağın maye fazası olub, özünə
torpaq suyunu, üzvi mineral və üzvi birləşmələrin həll
olmuş duzlarını, qazları və incə kalloid zollarını birləşdirən
məhluldan ibarətdir.
Torpaq məhlullarının ayrılma üsulları, tərkibi və
dinamikasının
öyrənilməsində
K.K.Hedroys,
A.Q.Doyarenko və A.A.Şmuk, S.A.Zaxarov, A.A.Rode və
b.–nın mühüm xidmətləri olmuşdur. Görkəmli alimlərdən
V.İ.Vernadski torpaq məhlulunu çox yüksək
qiymətləndirərək onu torpağın “əsas həyat substratı”,
N.Q.Vısotski isə “Torpağın qanı” adlandırmışdır.
Torpaq məhlulunun əsas mənbəi atmosfer
yağıntılarıdır. Torpağın su rejimi tiplərindən asılı olaraq
torpaq məhlulunun əmələ gəlməsində və təşkilində qrunt
80
Dostları ilə paylaş: |