(bu fərq bir metrin hissələri ilə ölçülür) kiçik relyef
formaları başa düşülür.
S.S.Neustruyev mikrorelyefi mənfi və müsbət
relyef formalarını fərqləndirməklə onların daha kiçik
formalarını nanorelyef adlandırmışdır. O, müsbət
mikrorelyef formalarına yereşənlərin (göstəbəklərin, siçan
və siçovulların) qazıb çıxardıqları
təpəcikləri,
həşaratların (qarışqa və termitlərin) yuvalarından
çıxardıqları krater və təpəşəkilli dairəvi torpaq formalarını
(komalarını), bitkilərin ətrafına eol təsirilə toplanmış
(yığılmış) torpaq komalarını aid etmişdir (şəkil 7.1).
Şəkil 7.1. Torpaqda heyvanların və həşəratların yaratdıgı
relyef formaları (nanorelyef)
Mənfi mikrorelyef formalarını yastı (batıq),
suffozion formaları, nəlbəkivari çökəklikləri, bozqır
çuxurlarını, çalaları, erozion və donuşluq nəticəsində
formalaşan “keçəl” mikrorelyefləri göstərmək olar.
95
Mikrorelyef formalarının əmələ gəlməsi müəyyən
dərəcədə torpaqəmələgəlmə prosesilə əlaqədardır.
Torpaq komplekslərinin və növmüxtəlifliyinin
yaranmasında mikrorelyefin rolu böyükdür.
Mikrorelyef şəraitindən asılı olarq torpağın
temperatur şəraiti, rütubət, duz və qida rejimləri, bitkilərin
xarakterləri onların qalıqlarının sintezi və çürümə
prosesləri müxtəlif olur.
Bütün bunlar həm də özlüyündə torpaq
örtüyünün mikroləkəliliyinə və mikrokompleksliyinə
şərait yaradır.
Torpaqşünaslıq elminin baniləri V.V.Dokuçayev,
N.M.Sibirtsev, S.A.Zaxarov, Q.N.Vısotski və başqaları
torpaqların genetik təsnifatını hazırlayarkən relyef amilini
əsas götürmüş, öz təsnifatlarında normal, keçid,
anormal, zonal, introzonal, azonal yaxud avtomorf,
poluhidromorf və hidromorf kimi torpaq qrupları
ayırmışlar.
VIII FƏSİL
TORPAĞIN MORFOLOGİYASI
96
Torpaqəmələgəlmə prosesində torpaq dağ
süxurlarından fərqli olan bir sıra yeni xassələr qazanır ki,
bu başqa təbii cisimlər kimi özünün müəyyən morfoloji
əlamətləri ilə fərqlənir. Bu əlamətlər bilavasitə asanlıqla
gözlə müşahidə oluna bilməsinə baxmayaraq, onları
düzgün və dəqiq öyrənmək üçün müxtəlif alət və
cihazlardan istifadə edilir.
Hər bir torpaq qatının qalınlığı və ya torpaq profili
bir-birilə sıx əlaqəli genetik qatlara bölünən quruluşa
malikdir.
Torpağın morfoloji nişanələri torpaqəmələgəlmə
prosesinin nəticəsi olub, torpağın kimyəvi, fiziki və bioloji
xassələrini əks etdirir. Məhz bu nişanələrlə
torpaqəmələgəlmə prosesinin istiqaməti, ifadə dərəcəsi
və orada baş verən proseslər haqqında lazımi fikir
yürütmək olur.
Torpağın morfologiyası haqqında əsas anlayış
V.V.Dokuçayev tərəfindən verilmiş və S.A.Zaxarov
tərəfindən təkmilləşdirilib dəqiq işlənmişdir. Son
zamanlarda torpağın morfologiyası genetik səpkidə
B.Q.Rozanov tərəfindən daha ətraflı şərh edilmişdir.
Torpağın əsas morfoloji nişanələri aşağıdakılardır:
1) torpağın quruluşu (profili); 2) torpağin rəngi; 3) torpağın
mexaniki (qranulometrik) tərkibi; 4) torpağın strukturası;
5) torpağın yenitörəmə və mədxulları (möhtəviyyatı); 6)
torpağın kipliyi; 7) torpağın karbonatlılığı; 8) genetik
qatların keçidliyi.
8.1.Torpağın quruluşu.
97
Torpağın xarici görünüşünü əks etdirməklə şaquli
istiqamətdə bir-birini əvəz edən ayrı-ayrı genetik qatları
onun quruluşunu təşkil edir. Burada ayrı-ayrı genetik
qatlar bir-birindən özünün rəngi, mexaniki tərkibi,
strukturası, kipliyi, yenitörəmə və mədxulları və b.
morfoloji əlamətləri ilə fərqlənir. Bu qatlarda gedən
kimyəvi və bioloji proseslər də eyni olmayıb,
torpaqəmələgəlmə prosesi ilə istehsalatda istifadə ilə
əlaqədar dəyişikliyə uğramış olur. Torpağın tam və yaxşı
inkişaf etmiş profilində dörd genetik qat fərqləndirilir ki,
bunlar da özlüyündə yarımqatlara bölünür. Hər bir genetik
qat digərindən hərfi işarələrlə (indekslərlə) fərqləndirilir.
Bunlar aşağıdakılardır (şəkil 8.1):
1) çürüntülü–akkumulyativ qat, “A” hərfi ilə işarə
edilir. ”A” qatı torpağın genezisi və istifadəsindən asılı
olaraq bir neçə yarımqata bölünür: A
0
– meşə döşəməsi
(xəzəli), Aş – şum (əkin) qatı, A
ç
– çim qatı, A
1
- əsl
akkumulyativ humus qatı, A
2
– ellüvial qat (elluvo – latınca
yuyulma qatı), buradan qida maddələri, humus, kolloid
maddələr alt “B” qatına – illüvial qata yuyulur, A
t
– torf qatı
(torflu bataqlı torpaqlara xasdır).
2) İllüvial “B” qatı – torpaq profili üzrə keçid qat,
yaxud yuyulub toplanma qatı (illuvo - latınca yuyulub
toplanma deməkdir) adlanır. Adətən bu qatda kimyəvi
element bitləşmələri, narın dispersli gil hissəciklər, dəmir
və manqan hidroksidlərinin birləşmələri və eləcə də
mütəhərrik humus, karbonat və asan həll olunan duzlar
yuyulub toplanmış olur. Torpaq profilinin tam inkişaf
səviyyəsindən, karbonatların, sulfatların, o cümlədən
gipsin toplanmasından asılı olaraq illüvial “B” qatı B
1
, B
2
,
B
k
, B
p
və B
k
yarımqatlarına bölünür.
98
Dostları ilə paylaş: |