ilə qədimdən suvarılan növləri fərqlənir ki, torpaq
profilində onlar irriqasiya çöküntülərinin aydın
təbəqələşməsi və əkin qatının nisbətən tünd rəngli olması
ilə seçilir. Torpaqəmələgətirən süxurları müasir
dördüncü dövr və Xəzər dənizi altından çıxmış
çöküntülərdən ibarətdir. Bu zonanın iqlimi quraq olması
və yağıntılarının az düşməsi (250-300mm) ilə fərqlənir.
Torpaqəmələgətirən süxurların xarakterindən, humus
qatının qalınlığından, mexaniki tərkibindən, şorlaşma,
şorakətləşmə, hidrotermik rejim və başqa təbii amillərdən
asılı olaraq bu torpaqlar bir neçə yarımtip və növlərə
bölünür: tündboz, adi boz, qədimdən suvarılan boz,
şoranlı boz, şorakətli boz, ibtidai boz, takırabənzər boz və
b. Rütubətlənmə rejimindən və humusun miqdarından
asılı olaraq boz torpaq zonasında çəmən-boz, boz-çəmən
və çəmən torpaq yarımtipləri fərqləndirilir.
Morfoloji cəhətdən boz torpaqlar qonurumtul-
küləşi, boz rəngi, üst qatın zəif (tozvari) strukturası,
illuvial ”B”qatından bir qədər bərkimiş olması və bu
qatdan altda ağgözcüklərlə zəngin olan karbonat qatının
mövcud olmasıdır. Boz torpaqlarda humus qatı və genetik
qatlar zəif ifadə olunmuşdur. Humusun miqdarı üst qatda
1-2% arasında dəyişir. Humus qatından altda bəzən
şorakətvari və bərkimiş karbonatlı qat nəzərə çarpır.
Tərkibində profil üzrə asan həll olan duzlar və gips
yoxdur. Duzlar və gips kristalları ən çox 1,5-1,8m
dərinliklər arasında yerləşir. Bu torpaqlar səthdən
karbonatlıdır. Mühiti qələvi reaksiyaya malikdir. Dərin
qatlara doğru duzların miqdarı artaraq 2-3% və daha çox
olur. Mexaniki tərkibi ana süxur və gətirilmə
248
çöküntülərindən asılı olaraq müxtəlifdir. Bunların arasında
gilli və gillicəli növləri üstünlük təşkil edir.
Boz torpaqlar zonasında geniş sahə tutan çəmən-
boz və boz-çəmən torpaqlar azonal xarakter daşıyaraq
özünün relyef şəraiti və hidrotermik rejimi ilə başqa
torpaqlardan fərqlənir. Humusun miqdarı nisbətən
yüksəkdir. Rütubətlənmə rejimindən asılı olaraq bəzi
qatlarda alabəzək xarakter daşıyan qleyləşmə əlamətləri
vardır.
Boz torpaqlar aqroistehsalat nöqteyi-nəzərindən
yüksək mənimsənilmişdir. Suvarma şəraitində pambıq,
dənli bitkilər, bostan-tərəvəz, şəkər çuğunduru, həm də
üzüm bitkiləri əkilir. Boz torpaqlar zonası həm də
respublikanın əsas yem bazasıdır, geniş sahədə
qoyunçuluq üçün qış otlağı kimi istifadə edilir. Zonanın
əksər torpaq sahələri yüksək şorlaşmaya məruz
qaldığından və şoranlardan ibarət olduğundan onların
meliorativ tədbirlərə böyük ehtiyacı vardır. Belə torpaqlar
xüsusilə Şirvan, Salyan və Mil düzünün şərq hissələrində
geniş yayılmışdır.
12. Çəmən və çəmən – çala torpaqlar
Çəmən və çəmən-çala torpaqlar ən çox Kür-Araz
ovalığının depressiya şəklində olan yüksək rütubətlənmiş
çökəkliklərində inkişaf tapmışdır. Ərazi cəhətcə Xaçmaz,
Dəvəçi, Xudat rayonlarında, qismən Araz çayı boyunca
uzanan çökək sahələrdə rast gəlinir. Çəmən torpaqlarının
inkişafında qrunt suları ilə bərabər səth sularının da rolu
böyükdür.
249
Ana süxurların yaşı və xarakterindən, həm də səth
və yeraltı sularının rütubətləndirmə dərəcəsindən asılı
olaraq çəmən torpaqları morfoloji xüsusiyyətlərinə, asan
həllolan duzların və karbonatların miqdarına görə xeyli
fərqlənir.
Çəmən və çəmən-çala torpaqlarında qrunt suları
səthə xeyli yaxın olur və bəzən həmin sular kapillyarlarla
səthə çıxır. Bunun nəticəsi olaraq karbonatlı birləşmələr
və asan həllolunan duzların üst qatlarda toplanması
nəzərə çarpır. Digər tərəfdən, yüksək rütubətlənmə
şəraiti ilə əlaqədar olaraq çəmən formasiyası bitkiləri
inkişaf edir, nəticədə sıx çim qatı yaranır ki, bu da
torpağın üst qatında çoxlu humus toplanmasına səbəb
olur. Həmin torpaqlarda rütubətlənmə şəraiti yüksək
olduğundan toplanan bitki qalıqları anaerob şəraitində
parçalanır və humuslaşma prosesinə məruz qalan
maddələrin hamısı son məhsullara qədər parçalanmayıb
mul şəklində torpaqda toplanır. Yüksək rütubətlənən
qatlarda dəmir birləşmələrinin təsirindən paslı və
göyümtül ləkələr yaranmışdır.
Çəmən və çəmən-çala torpaqlar üçün digər
xarakter əlamət humus qatının qalınlığı, qaramtul və tünd
boz rəngin olması, dənavari, topavari-dənəvari
strukturalılıqdır. Torpaqəmələgəlmə şəraiti və humusluluq
dərəcəsindən asılı olaraq Azərbaycan ərazisində yayılmış
çəmən torpaqlarını tünd çəmən, adi çəmən və açıq
çəmən torpaq yarımtiplərinə ayırırlar.
Tünd çəmən torpaqlar çəmən torpaqlarının başqa
yarımtiplərindən yüksək humusluluğu, üst qatın tünd
rəngli olması ilə fərqlənir. Tünd rəng torpağın bərk
250
quruması nəticəsində boz-göyümtül kül rəngə keçir.
Burada karbonat ağgözcüklərinə də rast gəlinir. Mexaniki
tərkibləri gillicədən ağır gilə kimi dəyişir. Çala sahələrdə
struktura topavari-kəltənli, bəzən kəltənli olur. Humus
qatının qalınlığı çox olduğu kimi (75 sm), miqdarı da üst
qatda xeyli yüksəkdir (3,0-5,0% kimi). Humusun profil
boyu düşməsi tədrici daşıyır, hətta 60-70 sm dərinlikdə
miqdarı 1,0% təşkil edir.
Adi çəmən torpaqlar tünd çəmən torpaqlara
nisbətən relyef şəraitinə görə yüksəkdir. Buna görə
burada qrunt suyu da xeyli dərində olur. Humus qatı az
qalınlığa (30-40sm) malikdir. Strukturası zəif ifadə
edilmişdir. Mexaniki təkibi xeyli yüngüldür.
Açıq çəmən torpaqlar, yaxud az humuslu çəmən
torpaqları əksər hallarda cavan allüvi yığınları üzərində
rast gəlir. Burada torpaqəmələgəlmə prosesi demək olar
ki, ilk mərhələdədir. Relyef şəraiti çay terrasları, təpəciklər
və qismən çalalardan ibarətdir. Humus qatının qalınlığı
10-20 sm ancaq təşkil edir. Strukturası zəif ifadə
edilməklə, karbonat qatı məlum deyildir. Bu torpaqların
mexaniki tərkibi çayın canlı yatağından uzaqlaşdıqca
ağırlaşır.
Çəmən torpaqları respublika ərazisində tutduqları
coğrafi mövqelərinə görə də bir-birlərindən fərqlənirlər.
Misal üçün Qarabağ düzünün çəmən torpaqları
Azərbaycanın başqa çəmən torpaqlarından dərin qatların
yüksək humusluluğu və yüksək karbonatlılığı ilə fərqlənir.
Şirvan düzündə yayılmış çəmən torpaqları şimal
yamacdan axan çayların gətirmə konuslarında allüvial
yığımlar üzərində əmələ gəlmişdir. Bu torpaqlar üçün
251
Dostları ilə paylaş: |