Tuqay-meşə torpaqlarının mexaniki tərkibi çox
müxtəlifdir. Qumsaldan tutmuş gilə kimi dəyişir. Bu
torpaqlar udulmuş əsaslardan yüksək doymuş
torpaqlardır. Uducu kompleksdə əsas etibarilə udulmuş
kalsium kationu üstünlük təşkil edir. Ən dərin qatlar
nəzərə alınmazsa, bu torpaqlarda şorlaşma müşahidə
edilməmişdir, burada quru qalığın miqdarı profil boyu 0,1-
0,3%-dən artmır. Torpaq mühiti şiddətli qələvidir.
Həmin torpaqlar əsas etibarilə meşə örtüyü
altındadır. Lakin bozqırlaşma getmiş çay terrasları
bostan-tərəvəz bitkiləri, pambıq və çəkilliklər altında
istifadə edilir.
14. Şoran torpaqlar
Azərbaycanda şoran torpaqlar çox geniş sahədə
yayılmışdır. Ərazicə ən çox isti və quru iqlim şəraiti olan
Kür-Araz ovalığında-boz torpaqlar zonasında rast gəlinir.
Sahəsi 2,2 milyon hektar olan Kür-Araz ovalığı
torpaqlarının təxminən 60%-i orta və şiddətli dərəcədə
şorlaşmış torpaqlardan ibarətdir. Ümumiyyətlə,
respublikamızın ərazisində orta və şiddətli dərəcədə
şorlaşmış torpaqların ümumi sahəsi 1,3 milyon hektardan
çoxdur. Ərazi cəhətcə bu torpaqlar relyefin nisbətən alçaq
axımsız elementlərində - dənizsahili qurşaqda, Mil
düzündə (Şorgöldə), Muğan düzündə (Hacı Elçi yeri),
Qarabağ düzündə, Cənubi-Şərqi Şirvanda, Azərbaycanın
şimal-şərq hissəsində, Abşeron yarımadasında, Naxçıvan
respublikasının düzənlik hissəsində (xüsusilə
Böyükdüzdə) və qismən Gəncə-Qazax massivində
256
müəyyən edilmişdir. Bir qanunauyğunluq kimi bu
torpaqların yayıldığı sahələrdə buxarlanmanın miqdarı
düşən yağıntılardan xeyli üstün olur. Burada qrunt
suyunun səviyyəsi yüksək olmaqla (1,5-2,0m) yüksək
minerallaşmışdır.
Şoran torpaqlar əksər hallarda qədim Xəzərin
şorlaşmış gilli çöküntüləri, yaxud palçıq vulkanı
materialları üzərində əmələ gəlmişdir. Şoran torpaqlarda
asan həllolan duzların miqdarı 3%-dən artıq olur. Ona
görə də belə sahələrdə yalnız şoran bitkiləri inkişaf edə
bilir.
Morfoloji cəhətdən bu torpaqların üç növü: (çəmən
şoran, yumşaq şoran və qaysaqlı şoran) fərqləndirilir.
Cənub-Şərqi Şirvanda əsas etibarilə təpəcikli şoranlar
kompleksi yayılmışdır. Təpəcikli şoranların özünün də
sopkalı, delüvial və dəniz sahilində yayılmış tipləri
müəyyən edilmişdir.
Çəmən-şoran torpaqları Şirvan düzü ərazisində
qrunt suları yerin səthinə yaxın olan, çayların gətirmə
konuslarının orta hissəsində və düzənlik daxilində Kür
çayı sahilləri yaxınlığında yayılmışdır. Çəmən-şoran
torpaqlar yayılmış ərazilərdə ayrı-ayrı kiçik ləkələr
şəklində rast gəlir.
Çəmən-şoran torpaqlarında humusun yüksək
miqdarda (2,0-3,5%) olması bu torpaqlar üçün səciyyəvi
əlamətdir. Humuslu qatın ümumi qalınlığı isə 80sm-ə
çatır. Bu deyilənlərə əsasən qeyd etmək olar ki, çəmən-
şoran torpaqları keçmiş çəmən-boz torpaqların
şorlaşmasından əmələ gəlmişdir. Bunu bir sıra
257
tədqiqatçılar da (V.R. Volobuyev, M.R. Abduyev) təsdiq
edirlər.
Yumşaq şoranlar üçün xarakter morfoloji əlamət
onların üst 3-10sm-lik qatının yumşaq halda olmasıdır. Bu
qatın strukturası toza bənzəyir və aşağı qatda isə “yalançı
dənəvari”dir. Belə vəziyyət həmin qatda duzların çox
toplanması ilə xarakterizə olunur. Bu torpaqların üzərilə
gəzərkən orada ləpir yaxşı qalır və torpaq qatı asan
tozlanır. Yumşaq şoran torpaqların rəngi üst qatlarda
duzların miqdarından asılıdır. Adətən rəngi boz yaxud
ağımsov olur. Suda asan həllolunan duzlar içərisində
natrium-sulfat duzu üstünlük təşkil edir. Torpağın
hissəsinin yumşaq olmasına səbəb bu duzların çox
olmasıdır. Tədqiqatçılar göstərmişdir ki, yumşaq şoran
torpaqlarda, xüsusilə Şirvan düzündə, duzların miqdarı
2,5-3,5%-ə çatır.
Qaysaqlı şoran torpaqlar ən çox Şirvan
zonasında (Göyçay, Ucar, Ağsu, Kürdəmir, Zərdab və s.)
yayılmaqla ayrı-ayrı ləkələr şəklində rast gəlir. Bu
torpaqların səthində müxtəlif həndəsi formalarda qaysaq
yaranır ki, bunun qalınlığı 3-5sm və daha çox olur.
Qaysaqlı şoran torpaqların mexaniki tərkibi yüngül və ağır
gillicəli, hətta gillidir. Həm də mexaniki tərkib ağır olduqca
qaysaq qalın və çox möhkəm olur. Belə torpaqlarda
qaysağın əmələ gəlməsi leysan yağışları ilə müşaiyət
olunur. Qaysaqlı şoran torpaqlarda quru qalığın miqdarı
1,0-2,5% və daha çox olur. Suda asan həllolunan duzlar
arasında sulfat (1,6%-ə qədər) və natrium (0,4%-i) duzları
üstünlük təşkil edir.
258
Ümumiyyətlə, şoran torpaqlar Kür-Araz ovalığının
şərq hissəsində və Qarabağ düzündə üstünlük təşkil edir.
Qarabağ düzündə yayılmış şoran torpaqlar bəzən sodalı
xarakter daşıyır və başqa şoranlara nisbətən humusdan
zəngindir. Bu torpaqlarda humus üst qatda 1,5-4,5%
arasında dəyişir. Humusun belə yüksək olması Qarabağ
şoranlarının çəmən mənşəli olmasını sübut edən
amillərdən biridir.
Şoran torpaqların yuxarıda göstərdiyimiz
növlərindən başqa, ala-tala sahələrdə şoran-şorakət,
şorakətləşmiş növləri də müəyyən edilmişdir.
Azərbaycanda yayılmış şoran torpaqları qabarıq və
takırabənzər, təpəcikli və sopkalı şoran torpaqlar deyə bir
neçə növə bölürlər.
Şoran torpaqlardan bilavasitə kənd təsərrüfat
bitkiləri əkinində istifadə edilmir. Lakin burada zərərli
duzları meliorasiya yolu ilə torpaqdan yuyub
təmizlədikdən sonra onlardan əkinçilik təsərrüfatında
istifadə etmək mümkündür.
Şorakət torpaqlar. Torpağın uducu kompleksində
çoxlu miqdarda (15-20%-dən çox) udulmuş Na kationu
(bəzən illüvial qatda Mg) olan torpaqlara şorakət torpaqlar
deyilir. Azərbaycan Respublikası ərazisində şorakətvari
torpaqlar avtomorf (quru bozqır) poluhidromorf (çəmən-
bozqır, yarımsəhra) və qismən hidromorf (çəmən və
çəmən-bataqlı) rejim şəraitində inkişaf edir. Belə torpaqlar
coğrafi cəhətdən Kür-Araz ovalığında, Mil-Muğan,
Qarabağ və qismən Şirvan düzlərində və Siyəzən-
Sumqayıt massivlərində yayılmışdır. Şorakət torpaqların
tipik nümunələrinə həm də Naxçıvan Muxtar
259
Dostları ilə paylaş: |