görə torpağın aqroistehsalat qruplaşması (V.R.Volobuyev,
Ş.G.Həsənov, R.H.Məmmədov) və bəzi metodiki xarakter
daşıyan mövzulardan ibarət olmuşdur. Lakin torpağın
aqroekologiyası və bonitirovkasına dair geniş həcmli
tədqiqat işləri demək olar ki, bu mərhələdə
aparılmamışdır.
İkinci mərhələdə torpağın aqroekologiyası və
bonitirovkası sahəsində aparılan işlərin miqyası və həcmi
xeyli genişlənmişdir. Respublikanın ayrı-ayrı torpaq
vilayətlərində, xüsusilə Cənub-Qərbi Azərbaycanın Araz
boyu rayonlarında, Kür-Araz ovalığının suvarılan
torpaqlarında, Lənkəran-Astara zonasında, Gəncə-Qazax
massivində və Böyük Qafqazın bir sıra rayonlarında
torpağın bonitirovkası sahəsində aparılan tədqiqat işləri
xeyli əhatəli olub böyük əhəmiyyət kəsb edir.
Təqdirəlayiq haldır ki, torpağın bonitirovkası üzrə
işlər təkcə Respublika miqyasında deyil, ayrı-ayrı
regionlar, inzibati rayonlar, hətta təsərrüfatlar
səviyyəsində müxtəlif kənd təsərrüfat bitkiləri altında olan
torpaqlarda, həmin bitkilərin tələbatı nəzərə alınaraq
aparılmışdır.
Belə tədqiqatlara Y.İ.Kostyuçenkonun (1966) dənli
bitkilər altı torpaqlarda, R.Ə.Əliyevanın (1971) Salyan
rayonunda pambıqaltı torpaqlarda, Q.Ş.Yaqubovun
(1975), Q.Ş.Məmmədovun (1977) və F.D.Ayvazovun qış
otlaqları torpaqlarında, Ş.A.Bədəlovun (1981) üzümaltı
torpaqlarda bonitirovka sahəsində aparılan elmi-
tədqiqatları misal göstərmək olar.
Torpağın aqroekologiyası və bonitirovkası üzrə
aparılan
fundomental tədqiqatlardan biri də
271
Ş.G.Həsənovun (1972, 1966, 1978) uzun illər
Azərbaycanın Çənub-Qərb bölgəsində apardığı işlərdir.
O, bu ərazidə təkcə torpağın əmləgəlmə şəraiti, təsnifatı,
morfoloji-genetik xüsusiyyətləri deyil, eyni zamanda
aqroistehsal xüsusiyyətlərini, bonitirovkasını da aparmış,
torpağın münbitlik amilləri ilə kənd təsərrüfat bitkilərinin
(taxıl və pambığın) nisbi məhsuldarlığı arasındakı
qanunauyğun əlaqəni də müəyyən etmişdir.
Bu qanunların yekun nəticəsi olaraq Cənub-Qərbi
Azərbaycanın səkkiz inzibati rayonunun torpaqları üçün
seriya xəritələr, o cümlədən torpaq boniteti kartoqramı
tərtib edilmişdir ki, bu kartoqramda rayonların sərhədləri
göstərilməklə bütün torpaq konturları ballar və bonitet
sinifləri şəklində istehsal üçün çox vacib olan yeni bal
qiymətləri almışdır.
Üçüncü mərhələ torpağın bonitirovkası, həm də
iqtisadi qiymətləndirilməsi cəhətdən müasir mərhələ olub,
Azərbaycanın ayrı-ayrı bölgələrində aparılmış yeni
tədqiqat materiallarını özündə birləşdirir. Bu dövr üçün
səciyyəvi cəhət kimi bir sıra metodiki təlimat və
göstərişlərin hazırlanması, yeni istiqamət olaraq ayrı-ayrı
rayonlarda müxtəlif bitkilər altında olan torpaqlar üçün
münbitlik modelinin işlənməsi (S.Məmmədova,
M.Əsgərova, A.Cəfərov və b.) olmuşdur.
Torpağın bonitet balları tapılarkən torpaq-ekoloji
indeks və digər riyazi düsturlardan istifadə olunması, ən
vacibi isə torpaq örtüyünün ekoloji cəhətdən
qiymətləndirməklə bonitirovka aparmaq daha düzgün
hesab oluna bilər.
272
Məlum olduğu kimi, hal-hazırda müstəqil
Respublikamızda torpaq islahatı və torpaqların
özəlləşdirilməsi aparılır. Bütün bunlar torpaq örtüyünün
komleks öyrənilməsini dövlət, bələdiyyə və xüsusi
mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqların
münbitliyi, eləcə də kadastr qiymət rayonlarında olan
fermer təsərrüfatlarında torpaqların bonitirovkasını və
iqtisadi qiymətləndirilməsini düzgün aparmağı tələb edir.
Son zamanlarda Q.Ş.Məmmədovun çapdan çıxmış
“Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətləri və
bonitirovkası” (1990) və “Azərbaycan torpaqlarının ekoloji
qiymətləndirilməsi” (1998) adlı iki böyük monoqrafik əsəri
bu cəhətdən əhəmiyyətlidir.
Torpaqların keyfiyyətcə qiymətləndirilməsi və
özəlləşdirilmədə kömək barədə görülən qiymətli işlərdən
biri və ən başlıcası Azərbaycan Dövlət Yerquruluşu layihə
institutu ilə Azərbaycan Respublikası Elmlər Akademiyası
Torpaqşünaslıq və aqrokimya institutu əməkdaşlarının
birgə işləyib 1:600 min miqyasda tərtib etdikləri
“Azərbaycanın Torpaq – Kadastr rayonlaşma xəritəsi”dir.
Qeyd etmək lazımdır ki, hal-hazırda
respublikamızın kənd təsərrüfatında baş verən
dəyişikliklər bazis göstəricilərinin dinamikası və yeni
ixtisaslaşma sahələrinin (çuğundurçuluq, çəltikçilik və s.)
yaranması, torpaq islahatı və özəlləşdirmə ilə əlaqədar
digər dəyişikliklər təbii-kənd təsərrüfatı əsasda torpaq
kadastr rayonlaşdırma xəritəsinin gələcəkdə
təkmilləşdirilməsinə bir daha ehtiyac yaradacaqdır. Bu
cəhətdən əvvəlki illərin tədqiqat materiallarının müqayisəli
təhlili və yeni torpaq bonitirovka işlərinin mövcud olması
273
torpaq-kadastr rayonlaşdırmasında əsaslı dəyişikliklər
aparmağa köməklik etmişdir.
Hal-hazırda Respublika ərazisində beş təbii torpaq
vilayəti daxilində 28 kadastr böyük vahidi (25 torpaq
rayonu və 3 torpaq kadastr yarımrayonu) müəyyən
edilmişdir. Bu kadastr vahidlərindən 22-si əkinçilik rayonu
və yarımrayonu, 6-sı yay və qış otlaq rayonlarından
ibarətdir.
Torpaq - kadastr rayonlarının sərhədləri
keçirilərkən ərazinin relyef şəraiti, iqlimi, geomorfoloji,
torpaq landşaft xüsusiyyətləri ilə yanaşı, onun kənd
təsərrüfat ixtisaslaşması, iqtisadi göstəriciləri və b. amillər
də nəzərə alınmalıdır. Beləliklə, aparılmış
dəqiqləşdirmələr nəticəsində respublika ərazisində
aşağıdakı rayon və yarımrayonlar ayrılmış və
xəritələşdirilmişdir:
1. Abşeron – Qobustan; 2. Dəvəçi – Xaçmaz; 3.
Qanıx – Türyançay; 4. Acınohur; 5. Şəki – Zaqatala; 6.
Qusar – Qonaqkənd (Xınalıq – Xaltan y.r.); 7. Dağlıq –
Şirvan (daxilində Mərəzə-Hilmilli y.r.); 8. Babadağ –
Qutan; 9. Gəncə - Qazax; 10. Mil – Qarabağ; 11.
Arazboyu; 12. Ceyrançöl; 13. Daşkəsən – Gədəbəy; 14.
Laçın – Qubadlı; 15. Dağlıq - Qarabağ; 16. Dəlidağ –
Şahdağ; 17. Muğan - Salyan; 18. Aran – Şirvan; 19.
Lənkəran – Astara; 20. Cəlilabad (Üçtəpə - Təzəkənd
y.r.); 21. Lerik – Yardımlı; 22. Peştəsər – Burovar; 23.
Şərur – Ordubad; 24. Şahbuz – Parağaçay; 25. Biçənək –
Qapıcıq.
XXIV.2. Torpaq bonitirovkasının əhəmiyyəti və qiymət
274
Dostları ilə paylaş: |