onunla əlaqədar olaraq xeyli humuslaşmaya səbəb
olmuşdur. Üst qatlarda humusun miqdarı 3-4%, ümumi
azot isə 0,2-0,3% təşkil edir və profil boyu tədrici düşür.
C:N-in nisbəti 6-8 arasında dəyişir.
Bu torpaqların profilində zəif podzollaşma əlaməti
nəzərə çarpır. Udulmuş əsaslar içərisində Ca (12-27 mq-
ekv.) və Mg (3-8 mq-ekv.) kationları üstünlük təşkil edir və
onların əsaslarla doymuş olduğunu göstərir. Bütün profil
boyu torpağın mühiti zəif turşudur. Bəzən aşağı qatlarda
neytral və zəif qələvilik də nəzərə çarpır.
Qleyli-podzollu sarı torpaqlar əsas etibarilə çay
bitkisi, tərəvəz və qismən subtropik meyvə bağları altında
istifadə edilir.
10. Şabalıdı torpaqlar zonası
Şabalıdı torpaqlar enli qurşaq halında Böyük və
Kiçik Qafqaz torpaq vilayətlərinin dağətəyi hissələrində,
Gəncə-Qazax massivində, Bozqır yaylasında,
Qobustanda, Naxçıvan MR-nin dağətəyi və alçaq dağlıq
hissələrində yayılmışdır. Şabalıdı torpaqların yayıldığı
quru bozqır zonasının ümumi sahəsi respublika ərazisinin
24,2%-ni tutur.
Quru bozqır zonasında yayılmış bu torpaqlar bir
sıra fatsial xüsusiyyətlər ilə fərqlənməklə yovşanlı-şoranlı
bitkilər altında, atmosfer rütubətlənməsi kifayət qədər
olmayan şəraitdə inkişaf tapmışdır. İqlimin xeyli quraq,
torpaqlarda şorakətləşmə əlamətlərinin inkişafına da
şərait yaratmışdır.
244
Şabalıdı torpaqları əmələ gətirən ana süxurların
tərkibi karbonatlı, lösəbənzər və gipsli gillicələrdən ibarət
olan müxtəlif mənşəli delüvial çöküntülərdən təşkil
olunmuşdur. Bəzən Gəncə-Qazax massivinin dağətəyi
hissələrində, Arazboyu rayonları ərazisində və Naxçıvan
Respublikasında şabalıdı torpaqların gəcli və
lösəbənzər gillicələr üzərində əmələ gəlməsi müəyyən
edilmişdir. Bu torpaqların üst sərhəddi (600m-ə kimi)
dağ boz-qəhvəyi, alt sərhəddini isə (200m yüksəklikdə)
boz və boz-qonur torpaqlar təşkil edir. Naxçıvan
respublikasında isə bu torpaqların üst sərhəddi 1000m və
daha çox yüksəyə qalxır. Torpaqəmələgəlmə prosesi
əsasən arid şəraitdə gedir. Buna görə də bu torpaqların
ərazisində şorlaşma, şorakətləşmə, hətta solodlaşma
hadisələri baş verir.
Ekoloji-morfoloji, fiziki-kimyəvi və mineroloji
xüsusiyyətləri və relyef şəraiti Azərbaycanda yayılmış
şabalıdı torpaqları üç yarımtipə - tünd şabalıdı, şabalıdı
və açıq şabalıdı yarımtiplərə ayırmağa imkan vermişdir.
Şabalıdı torpaqların əmələ gəlməsində antropogen
amillərin, xüsusilə qədimdən suvarma işləri aparmağın
böyük təsiri olmuşdur.
Şabalıdı torpaqların profili genetik cəhətdən üst
çürüntülü-akkumulyativ “A” qatına, illüvial karbonatlı
“B”qatına və gipsli, karbonatlı ana süxura “C” qatına aydın
ayrılması nəzərə çarpır. Bu torpaqların tərkibində
yarımtiplərindən asılı olaraq humusun miqdarı 1,5-4,5%
arasında dəyişir. Ümumi azot humusa uyğun olaraq 0,15-
0,38% təşkil edir. Humusun qrup tərkibində əsasən humin
turşuları üstünlük təşkil edir.
245
Şabalıdı torpaqlar mexaniki tərkibinə görə gilli və
ağır-gillicəlidir. Bu torpaqların qədimdən suvarılan və
kipləşmiş növləri daha çox gilləşmə ilə fərqlənir.
Şabalıdı torpaqlar əsaslardan tam doymuşdur.
Udma tutumu üst qatda hər 100qr torpaqda 20,1-42,0
mq-ekv.arasında dəyişir. Torpaq məhlulunun reaksiyası
zəif qələvi və qələvidir (pH-7,2-85 ). Azərbaycanın
şabalıdı torpaqları zonasında kipləşmiş (lil fraksiyası 40-
50%), qalıq şorlaşmış və gəcli torpaq növləri də rast gəlir.
Azərbaycanda gəcli torpaqların əmələ gəlməsi əsasən
vulkanik süxurlarla əlaqədardır. Ümumi kimyəvi anazilin
nəticələri şabalıdı torpaqların profilində mineral
birləşmələrin az-çox dərəcədə bərabər paylanmasını
göstərir .
Azərbaycan ərazisində yayılmış şabalıdı torpaqlar
kənd təsərrüfatında çox yüksək mənimsənilmişdir. Bu
torpaqlar hal-hazırda meyvə bitkiləri, pambıq, dənli bitkilər
xeyli geniş sahədə üzümçülük və narçılıqda istifadə edilir.
Həmin bitkilər suvarma şəraitində daha yüksək məhsul
verir.Azərbaycanın şabalıdı torpaqlar zonasında genetik
cəhətdən tabeli xarakter daşıyan çəmən-şabalıdı
torpaqlar da yayılmışdır. Ərazi cəhətdən bu torpaqlar
qrunt və səth sularından yüksək rütubətlənən çökək relyef
sahələrində yayılmış və özünün poluhidromorf
torpaqəmələgəlmə şəraitilə səciyələnir. Səthi
rütubətlənmə ilə yanaşı bu torpaqların əmələ gəlməsində
kənd təsərrüfat bitkilərinin (pambıq, qarğıdalı, üzüm və b.)
suvarılmasına tətbiq edilən sularda iştirak etmişdir.
Çəmən-şabalıdı torpaqlar ağır mexaniki tərkibi,
xüsusilə gilli olması ilə fərqlənir. Bu torpaqların profilində
246
fiziki gilin miqdarı, xüsusilə qədimdən suvarılan
növlərində 60,88-78,52% arasında tərəddüd edir. Kür,
Araz çayları suvarma kanallarından aparılan
uzunmüddətli suvarma işləri bu torpaqlarda humusun
miqdarının xeyli artmasına (3,96%-ə kimi) səbəb
olmuşdur. Həmdə bu torpaqlarda humusun paylanması
tədrici xarakter daşıyır.
Çəmən-şabalıdı torpaqlar əsaslardan doymuş
torpaqlardır. Udulmuş əsaslar içərisində kalsium kationu
üstünlük təşkil edir. Bəzən onun miqdarı udulmuş əsaslar
cəmindən 85-90%-ə çatır. Lakin tək-tək hallarda zəif
şorakətləşmə əlamətlərinə də təsadüf olunur. Şorlaşma
əlamətləri isə müəyyən edilməmişdir, yaxud ana süxura
yaxın hissələrdə sulfat duzlarından ibarətdir. Bu torpaqlar
kənd təsərrüfatında istifadə nöqtəyi-nəzərdən xeyli
əlverişli imkanlara malikdir.
11. Boz torpaqlar zonası
Boz torpaqlar ərazicə 150-200m-dək yüksəkliyi
olan sahələrdə yayılmışdır. Əsas etibarı ilə Naxçıvan MR-
sı, Kür-Araz ovalığı ərazilərində (Mil, Cənub-Şərqi
Şirvanın dağətəyi hissələri) və Xəzər sahili ovalıqda
Boğaz adlanan düzənlikdə yayılmışdır. Bu torpaqlar
yovşanlı-efemerli və şoran bitkili yarımsəhra zonasında,
səth suları ilə yuyulmayan rejim şəraitində əmələ gəlir.
Azərbaycanın boz torpaqları nisbətən cavan
törəmə olub, genetik qatların zəif ifadə edilməsilə
səciyyələnir. Bir qədər özünün spesifik morfoloji əlamətləri
247
Dostları ilə paylaş: |