xarakter əlamət onların çox bərk kipliyə malik olması,
suvarmadan və güclü yağışdan sonra səthində möhkəm
qaysaq əmələ gəlməsidir. Bəzən uzun müddət çəltik
əkilmiş sahələrdə şumaltı qatın bərkiməsi müşahidə edilir
ki, belə torpaqları “qoruq” torpaqlar kimi adlandırırlar.
Şirvanda yayılmış çəmən torpaqları içərisində onların
şorlaşmış növləri də vardır. Ümumiyyətlə, burada çəmən
torpaqların kanalyanı sahələrdə yüksək humuslu qoruq,
bərkimiş açıq-çəmən, qleyləşmiş tünd-çəmən və bataqlı-
çəmən torpaqları növü müəyyən edilmişdir.
Çəmən torpaqları ehtiyat qida maddələrindən
zəngin torpaqlarıdır. Burada müasir aqrotexniki üsulların
tətbiq edilməsi ilə pambıq, taxıl, qarğıdalı və başqa kənd
təsərrüfat bitkilərindən daha da yüksək məhsul alına bilər.
13. Bataqlı torpaqlar
Bataqlı torpaqlar depressiya formalı çökək relyef
elementlərində yayılmışdır. Lakin bununla belə bataqlı
torpaqlara insanların təsərrüfat fəaliyyətlərinin nəticəsi
olaraq təkcə çökək sahələrdə deyil, düzən sahələrdə də
ləkələr şəklində rast gəlmək olur. Bataqlı torpaqların
əmələ gəlməsi əsas etibarilə qrunt sularının səviyyəsinin
qalxması, səth və irriqasiya sularının qaydaya
salınmaması, həmçinin çəltik ləklərinin suya basdırılması
nəticəsində baş verir. Qrunt sularının səviyyəsinin
qalxması, ilin fəsillərindən də çox aslıdır. Bataqlı torpaqlar
Azərbaycanda çox da böyük olmayan ləkələr şəklində
Lənkəran ovalığında dənizkənarı sahədə, Kür və Araz
252
çaylarının alçaq terraslarında yayılmışdır. Bitki örtüyü
rütubət sevən, bataqlıq bitkilərindən ibarətdir.
Azərbaycanda bataqlı torpaqların çürüntülü-bataqlı
və lilli-bataqlı yarımtipləri müəyyən edilmişdir.
Çürüntülü-bataqlı torpaqlar morfololi cəhətdən
üst qatda yarımçürümüş bitki qalıqlarının olması ilə
xarakterizə olunur. Lilli-bataqlı torpaqlarda üzvi qalıqların
parçalanması daha yüksək dərəcədə gedir. Bataqlı
torpaqların hər iki yarımtipində qleyləşmə əlamətləri
nəzərə çarpır ki, bu da ən çox mexaniki tərkibdən,
qruntdan və səthdən rütubətlənmə dərəcəsindən asılıdır.
Adətən bataqlı torpaqların çürüntü qatı göyümtül yaxud
mavi-yaşıl rəngli qleyli qata keçir ki, bu da allüvial gillicəli-
qumsal ana suxuruna malikdir. Bataqlı torpaqlar yaşına,
mexaniki tərkibinə, kimyəvi və fiziki-kimyəvi xassələrinə
görə çox müxtəlif olur. Bu torpaqların profilində çox vaxt
yaxşı çürüməmiş üzvü qalıqlarla zəngin basdırılmış
qatlara təsadüf edilir, Lənkəran zonasında bataqlı
torpaqların səthi əksər hallarda lillənmiş olur.
Bataqlı torpaqların tam inkişaf etmiş növlərində
mexaniki tərkib nisbətən ağır olur. Bəzən burada fiziki
gilin miqdarı 50%-dən artıq olur ki, bunun da 25%-i lilin
hesabınadır. Humus qatının qalınlığı bu torpaqlarda 30-50
sm olub, ümumi miqdarı üst qatda 3-5%, hətta çürüntülü-
bataqlı yarımtiplərində 10-12%-ə çatır. Ümumi azota
gəldikdə isə bu üst qatda 0,2-0,3 % və daha artıq olur.
Əksər hallarda bataqlı torpaqlar karbonatlardan yuyulmuş
olur. Lakin bunların karbonatlı növləri də rast gəlir.
Karbonatlar ən çox dərin qatlarda yayılmaqla torpaq profili
253
boyu 0,2 %-dən 22%-ə kimi dəyişir. Xüsusilə bu
torpaqların lilli-bataqlı yarımtipləri yüksək karbonatlıdır.
Bataqlı torpaqlar yüksək udma tutumuna (hər 100
qr, torpaqda 28-30 mq-ekv.) malikdir. Uducu kompleksdə
kalsium (20-25 mq-ekv.) və maqnezium (4-5 mq-ekv.)
kationları üstünlük təşkil edir. Bəzən natrium kationunun
da (1,0-1,5 mq-ekv.) olması müşahidə edilmişdir.
Bataqlı torpaqlar şorlaşmamışdır. Bütün profil boyu
quru qalığın miqdarı 0,05-0,1% arasında dəyişir. Lakin
relyef şəraiti və qrunt sularının minerallaşma
dərəcəsindən asılı olaraq şorlaşmış bataqlı torpaqlar da
rast gəlinir.
Bataqlı torpaqlar yüksək münbitliyə malik olmaqla
kənd təsərrüfat bitkilərinin istifadəsi üçün xeyli perspektiv
əhəmiyyət kəsb edir. Əsas etibarilə çəltik altında istifadə
olunur. Qurudulma işi aparıldıqdan sonra buğda, arpa,
tütün və tərəvəz-bostan bitkiləri əkilə bilər. Lakin bu
torpaqların xeyli hissəsi bataqlaşma ilə əlaqədar olaraq
yalnız örüş və biçənək kimi istifadə edilir.
Tuqay meşə torpaqları. Bu torpaqlar ən çox Kür
çayının axını boyu, onun subasar terraslarında, Böyük
Qafqazın şimal-şərq düzən hissəsində (Xudat
düzənliyində), Alazan və İori çaylarının vadisi boyunca
yayılmışdır. Tuqay torpaqları adətən tuqay meşələri
altında subasar rejim və qrunt suyunun təsiri altında
inkişaf edir. Ərazinin rütubətlənməsində düzənlikdən axıb
gələn layarası sular, xüsusilə suvarma sularının qarasular
şəklində üzə çıxması böyük rol oynayır. Burada meşə
ağacları əsas etibarilə rütubət sevən ağac bitkiləri (qovaq,
söyüd, yulğun və s.) və cəngəlliklərdən ibarətdir. Burada
254
tuqay meşə bitkilərindən başqa seyrək meşə ağacları və
ala-tala açıq sahələrdə sıx çim qatı əmələ gətirən ot
bitkilərinə də rast gəlinir. Lakin qeyd etmək lazımdır ki,
hal-hazırda tuqay meşələri əksər sahələrdə qırıldığından
burada torpağın profilində hidrotermik rejimin
dəyişməsinə səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək
ki, burada tuqay meşələrinin insanlar tərəfindən qırılması
ilə yanaşı, təbii halda quruması da müşahidə olunur. Bu
onunla izah edilir ki, çayların eroziya bazisi aşağı
düşdükcə, həm çayın özünün, həm də qrunt sularının
səviyyəsi aşağı düşür, bayaqdan rütubətlənmə şəraiti
yüksək olan sahələr daha tuqay meşə ağaclarını təmin
edə biləcək izafi nəmliyə malik olmur. Məhz buna görə də
meşə bitkilərinin yerində bozqır və yarımsəhra bozqır
bitkiləri inkişaf edir.
Tuqay torpaqları morfoloji cəhətdən bir sıra
xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlər həmin
torpaqların topavari, qozvari ot örtüyü olan sahələrdə isə
dənəvari strukturaya malik olmasıdır. Bu torpaqların üst
qatlarının rəngi (20-25 sm-ə kimi) boz, mexaniki tərkibi
yüngül gillicəli, kipliyi isə bərkdir.
Tuqay torpaqlarında humusun miqdarı nisbətən
yüksək olur. Üst qatlarda onun miqdarı 4,5-10,0%
arasında dəyişir və profil boyu tədrici düşür. Bəzən hətta
100-120 sm-də humusun miqdarı 1,0-1,2 % təşkil edir.
Ümumi azotun miqdarı 0,35-0,50% arasında dəyişir.
Tuqay torpaqları çox vaxt səthdən karbonatlıdırlar.
Karbonatlar üst qatda 0,8-2,5% təşkil edirsə, aşağı
qatlarda miqdarı xeyli artıq 10-15%-ə çatır.
255
Dostları ilə paylaş: |