solod torpaqlar
fondu sahələri
20
Qumluqlar və çay
daşı yığınları
83,4
0,98
“--------”
21
Başqa yararsız
sahələr,
yarğanlar,qobular,
üzə çıxmış sal
süxurlar, sıldırım
qayalıqlar və s.
934,1
10,79
“--------”
8641,5
100
Şəkil 23.6. Azərbaycanın torpaq ehtiyatlarının balansı (8641,5
min ha)
XXIV FƏSİL
TORPAQLARIN BONİTİROVKASI
263
XXIV.1. Torpaq bonitirovkasının tarixinə dair
Torpaq münbitliyinin qiymətləndirilməsinə bir neçə
min il əvvəl Misir, Çin, Hindistan kimi qədim
sivilizasiyalarda suvarma əkinçiliyinin formalaşdığı
dövrlərdə başlanmışdır. Gəlir üçün vergilərin toplanması
məqsədini qarşıya qoymuş bu qiymətləndirmələrdə
rüşeym halında da olsa bonitirovka elementləri, müəyyən
aqroekoloji şərait amillərini sezməmək mümkün deyil.
Torpağın qiymətləndirilməsi barədə ilk təsnifatı
qədim yunan filosofları Aristotel və Teofras
vermişdir.Onlar qədim dövr əkinçilərinin fikirlərini
ümumiləşdirərək torpaqların bonitet siniflərini vermiş və
torpaqları yaxşı, münbit, az münbit (gücdən düşmüş, yeni
münbitliyini itirmiş), kasıb və məhsulsuz kimi siniflərə
bölmüşlər.
Orta əsrlər Avropasında feodalizm dövründə bütöv
ölkələrin becərilən sahələrini əhatə edən torpaq
kadastrları yaranmışdır. Lakin torpağın maddi tərkibinə və
xassələrinə, o cümlədən onun ekoloji və bioekoloji
cəhətlərinə əsaslanan qiymətləndirmə sistemləri çox
sonralar, Qərbi Avropada XVII-XIX əsrlərdə
formalaşmışdır. Məsələn, Almaniyada çəmən və otlaq
torpaqların qiymətləndirilməsi zamanı torpağın təbii
göstəriciləri ilə yanaşı, başqa ekoloji amillər – orta illik
temperatur və rütubətlənmə dərəcəsi də nəzərə
alınmışdır.
Polşada əkinaltı torpaqlarla yanaşı, biçənək və
otlaqların, meşə massivlərinin və başqa sahələrin də
bonitirovkası həyata keçirilir. Bu zaman torpağın mühüm
264
diaqnostik əlamətləri (humusun miqdarı, qranulometrik
tərkibi, əkin qatının qalınlığı, strukturu, sıxlığı, turşuluğu,
qleyləşməsi, torpağın su xassələri, təsərrüfat sahəsinin
yeri və meliorasiyasının vəziyyəti, qiymətləndirilən sahədə
bitki örtüyünün xüsusiyyətləri) ilə yanaşı məhsuldarlıq,
hətta alınan samanın miqdarı və b. ekoloji amillər də
nəzərə alınmışdır.
Macarıstanda torpaqların qiymətləndirmə sistemi
əsasında onların genetik təsnifatı durur. Bu təsnifatın
əsasında torpağın taksonomik vahidləri üçün onların
münbitliyini xarakterizə edən qiymət balları (100 ballı
sistem) müəyyən edilmişdir (Stefanoviç, Foriks, 1974).
Rumıniyada
torpaqların
qiymətləndirməsi
ekometriya metoduna əsaslanır. Bura sahələrin səthinin
öyrənilməsi, aqroekologiyası, bitki örtüyünün və sahələrin
məhsuldarlığının öyrənilməsi daxildir. Metodun müəllifləri
Ueas, Mintiarn və başqaları (1974) belə hesab edirlər ki,
ekometriyanın fuksional bazası məhsuldarlığın biometrik
ölçülməsi və statistikasıdır ki, bunun köməyi ilə
məhsuldarlıqla qiymət amillərinin təbii və süni kəmiyyət
nisbətini tapmaq mümkündür.
İngiltərədə bonitirovka zamanı adətən torpağın
qranulometrik tərkibi, torpaq profilinin dərinliyi və başqa
keyfiyyət göstəriciləri nəzərə alınır.
Hindistan ölkəsinin bəzi ştatlarında qırmızı
torpaqların qiymətləndirilməsi Storinin metodundan
istifadə etməklə həyata keçirilir.
Avstraliyada torpaqların qiymətləndirilməsi 1946-cı
ildən həyata keçirilir.Bu tədbir torpaq ehtiyatlarının
öyrənilməsi xidmətinin səlahiyyətlərinə daxildir.
265
Tədqiqatlar
kompleks
şəkildə
geoloqların,
geomorfoloqların, torpaqşunasların, geobotaniklərin,
iqlimşunasların, iqtisadiyyatçıların iştirakı ilə həyata
keçirilir.
ABŞ torpaqların bonitirovkası zamanı kriteriya kimi
torpaq profilinin qalınlığı, torpağın nəmliyinin xarakteri,
qrunt sularının yerləşmə dərinliyi, yamacların xarakteri və
meyillik dərəcələri, eroziya təzahürlərinin intensivliyi,
daşlığı, şorlanma, şorakətləşmə prosesləri, daşqınlığa
meyillik, torpağın ümumi münbitliyi götürülür. Bütün
göstəricilər keyfiyyətinə görə torpağın səkkiz sinifini
ayırmağa imkan vermişdir.
Torpaqların bonitirovkası ilə bağlı işlər Rusiyada
V.V.Dokuçayev (1951) və N.M.Sibirtsevə məxsus
olmuşdur.
Qiymətləndirmə üzrə bütün işlər iki mərhələyə
bölünmüşdür. Təbii-tarixi mərhələ adlanan birinci
mərhələdə hər şeydən əvvəl torpaqların təbii keyfiyyət
qiyməti-morfoloji – genetik, kimyəvi fiziki və fitozooloji
xüsusiyyətləri, eləcə də iqlim şəraiti müəyyən olunur. İşin
bu hissəsi torpaqşünas mütəxəssislər tərəfindən yerinə
yetirilirdi. Birinci mərhələnin ardınca qiymətləndirmənin
ikinci mərhələsində statistika ilə məşğul olan
mütəxəssislər tərəfindən ayrı-ayrı rayonlar üzrə kənd
təsərrüfat iqtisadiyyatına dair işlər tədqiq edilib, yerinə
yetirilirdi.
Deməli, torpağın qiymətləndirilməsini Dokuçayevə
kimi əsas üç mərhələyə bölmək olar: 1) Təbii – tarixi
qiymətləndirmə mərhələsi; 2) Torpaqların statistik üsulla
266
Dostları ilə paylaş: |