qiymətləndirmə mərhələsi; 3) Torpaqların morfoloji
qiymətləndirmə mərhələsi.
Torpaqların qiymətləndirilməsində Dokuçayevdən
başqa bir çox görkəmli alimlər – V.P.Amalitski,
P.F.Barakov, V.İ.Vernadski, F.J.Levinson-Lessinq,
N.M.Sibirtsev və başqaları da iştirak etmişlər.
Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki,
Böyük Oktyabr Sosialist inqilabından sonra, tək-tək
tədqiqatçılar nəzərə alınmazsa keçmiş SSRİ məkanında
torpaqların bonirovkası işlərinin aparılmasında 1953-cü ilə
kimi fasilə olmuşdur. Bu onunla izah edilir ki,
aqrobiologiya elmində xüsusi nüfuza malik olan bir sıra
alimlər (V.R.Vilyams, B.F.Petrov və bir çox başqaları)
SSRİ-də torpaq üzərində xüsusi mülkiyyətin ləğv
edilməsini, torpağın daha alınıb-satılmamasının və buna
görə də torpağı qiymətləndirməyin, yəni bonitirovkanın
lüzumsuz olduğunu və bu işin kapitalist istehsal
münasibətlərinə xas olduğunu əsas götürürdülər. Lakin
Sov.İKP MK-nin 1953-cü il sentyabr plenumu və bir sıra
sonrakı plenumların qərarlarında bu böyük və mühüm
dövlət əhəmiyyətli məsələnin aparılması zəruri sayılmış
və günün ən aktual problemlərindən biri hesab edilmişdir.
Bütün bu qərarlardan sonra qısa müddət ərzində
keçmiş SSRİ məkanında, xüsusilə ayrı-ayrı
respublikaların görkəmli alimləri (S.S.Sobolev,
M.N.Malışkin, F.J.Qavrilyuk, N.L.Blaqovidov, N.F.
Tyumentsev, N.N.Rozov, İ.A.Krupenikov, V.N.Kuzmiçev,
İ.İ.Karmanov, R.İ.Luneva, A.M.Mamıtov, A.Q.Medvedyev,
A.P.Klopotovski, N.İ.Smeyan və bir çox başqaları) istər
əkinaltı, istər bağaltı və istər də təbii işləri aparmış,
267
torpaqların təbii münbitliyini və bitkilərin məhsuldarlığını
əsas götürərək təlimatlar hazırlanmış təsis əmsalları
müəyyənləşdirilmiş, torpaqların əsas və geniş bonitet
şkalalarını və keyfiyyət qruplarını işləyib hazırlamış,
regionlar üzrə torpaq boniteti xəritələri tərtib etmişlər.
Torpaqların müqayisəli uçotu, onların keyfiyyətcə
qiymətləndirilməsi (bonititrovkası) dünya miqyasında
olduğu kimi Azərbaycanda da böyük maraq doğurmuşdur.
Respublikamızda torpağın bonitirovkası üzrə işlər ilk dəfə
Azərbaycan Respublikası Elmlər Akademiyası
Torpaqşunaslıq və aqrokimya institunda aparılmışdır. Bu
işlərin aparılmasına təkan verən əsas səbəblərdən biri
1968-ci ildə institutun nəzdində coğrafiya elmləri doktoru,
professor Ş.G.Həsənovun təşəbbüsü ilə ilk dəfə torpağın
aqroekologiyası və bonitirovkası laboratoriyasının təşkili
olmuşdur.
Laboratoriyanın
təşkilindən
sonra
ilk
müvəffəqiyyətlərindən biri respublikamızda torpaqların
bonitirovkası üzrə tədqiqatların vahid bir metodika
əsasında səmərəli aparılmasının təşkili üçün 1973-cü ildə
birinci dəfə V.R.Volobuyev, M.E.Salayev, Ş.G.Həsənov və
Y.İ.Kostyuçenkonun müəllifliyi ilə “Azərbaycanda
torpaqların bonitirovkasının keçirilməsinə dair metodiki
göstərişin” hazırlanıb çap edilməsi olmuşdur.
Diqqəti cəlb edən ikinci böyük nailiyyət və dəyərli
vəsait geniş ümumiləşdirmələr əsasında 1973-cü ildə
Ş.G.Həsənov və R.Ə.Əliyeva tərəfindən ilk dəfə 1:500min
miqyasda Azərbaycan Respublikası torpaqlarının bonitet
kartoqramının tərtibi olmuşdur (Şəkil 24.1.).
268
X
91-100
Yüksək
keyfiyyətli
Yuyulmuş dağ qaratorpaqlar,qaramtıl
dağ- çəmən torpaqlar, torflu dağ-çəmən,
torpaqlar, zəif podzollu sarı torpaqlar,yüksək
humuslu allüvial-çəmən torpaqlar.
IX
81-90
Yaxşı
keyfiyyətli
Karbonatlıdağ- torpaqlar,dağ–çəmən bozqır
torpaqlar, şabalıdı–çəmən torpaqlar.
VIII
71-80
Qədimdən suvarılan çəmən–meşə,
bozqırlaşmışdağ– çəmən, çəmən–qəhvəyi,
qədimdən suvarılan şabalıdı, qədimdən
suvarılan çəmən-boz
VII
61-70
Orta
keyfiyyətli
torpaqlar
Çimli dağ–çəmən, qədimdən suvarılan boz,
orta humuslu çəmən–boz, yüksək humuslu
boz – çəmən
VI
51-60
Yuyulmuş çimli dağ–çəmən, orta humuslu
allüvial–çəmən, dağ – boz qəhvəyi, şiddətli
podzollu sarı, şabalıdı, suvarılan boz.
V
41-50
Alçaq
keyfiyyətli
torpaqlar
Yuyulmuş dağ torpaq, dağ şabalıdı, boz açıq
şabalıdı, az humuslu alluvial çəmən, çürüntülü
– sulfatlı şabalıdı, şiddətli podzollu qleyli sarı.
IV
31-40
Yuyulmuş dağ şabalıdı, az humuslu boz–
çəmən şorakətvari allüvial–çəmən, orta
şorlanmış
boz–çəmən, orta şorlanmış çəmən şabalıdı,
şorakətvari çəmən–boz, şorlaşmış boz qonur.
III
21-30
Yararsız və
Şərti yararsız
torpaqlar
Şoranvari boz–qonur, tam inkişaf etməmiş
dağ şabalıdı, ibtidai boz orta yuyulmuş dağ
şabalıdı, orta şorlaşmış şorakətvari çəmən-
boz, zəif ibtidai boz.
II
11-20
Orta şorlaşmış takırobənzər ibtidai boz
karbonları,bəzən şoranvari şorakətvari
çəmən-bataqlı,
şiddətli şorlaşmış,şorakətvari şabalıdı çəmən,
şorakətli şoranvari boz–çəmən
I
1-10
Kənd
təsərrüfatında
istifadə
olunmayan
meşəfondu
Çılpaq qayalıqlar, səthə çıxmış şorlaşmış
süxurlar,tipik, qaysaqlı, qabarıq şoranlar,
şorlu təpəcikli şoranlar, çınqıllı çay yataqları
0
0
Ümumiyyətlə, torpağın aqrogeologiyası və
bonitirovkası sahəsində Azərbaycanda aparılan işləri şərti
olaraq üç mərhələyə bölmək olar:
Birinci mərhələdə görülən işlər 1965-ci ilə qədərki
dövrü əhatə edir. Bu dövrdə görülən işlər mahiyyətinə
270