aparmışdır.
Aparılan
arxeoloji
tədqiqatlar
zamanı
düşərgədən qədim aşel dövrünə aid çopperlər, çopinq- lər, əl
çapacaqları və başqa əmək alətləri tapılmışdır. Terra-Amata
paleolit düşərgəsindən daş alətlərlə birlikdə ovlanmış
heyvanların sümük qalıqları da tapılmışdır. Düşərgənin
sümük məmulatı içərisində merka kərgadanı, nəhəng maral,
vəhşi öküz və başqa heyvan sümükləri çoxluq təşkil edir.
Terra-Amata düşərgəsində eyni zamanda qədim tikili
yeri aşkar olunmuşdur. Professor Anri-dö- Lümleyin fikrinə
görə qədim tikili yerində ibtidai adamlar müvəqqəti
yaşamışlar. Bu sahədə əsasən alət hazırlamaqla məşğul
olmuşlar. Bunu tikili yerindən aşkar olunmuş çoxlu istehsal
tullantıları bir daha sübut edir. Tikili yerlərinin eni 4-6 m,
uzunluğu 8-15 metrə yaxın olmuşdur. Tikili yerlərinin sahəsi
daşlarla örtülü olmuşdur. Elmi tədqiqatlar zamanı müəyyən
edilmişdir ki, tikili yerinin ortasında ocaq yandırılmış, hətta
ocağın küləkdən sönməməsi üçün ətrafına daşdan sədd də
çəkilmişdir.
Terra-Amata düşərgəsində ən maraqlı tapıntılardan biri
paleolit dövrü adamının ayaq izinin mədəni təbəqədə
qalmasıdır. Onun ölçülərinə əsasən müəyyən edilmişdir ki,
həmin dövrün adamının boyu 1,56 metr olmuşdur.
Fransanın
dünya
şöhrətli
qədim
paleolit
düşərgələrindən
biri
də
Kondel-Araqo
abidəsidir.
Kondel-Araqo paleolit düşərgəsində aparılan arxeoloji
tədqiqat işləri zamanı aşkar olunmuş maddi mədəniyyət
qalıqları xüsusi maraq doğurur.
Kondel-Araqo paleolit düşərgəsi Fransanın cənubunda,
Perpinyan şəhərindən 30 km aralıda olub Tota- vel
şəhərindən 2,5 km-də Engli çayının sol sahilində yerləşir.
Paleolit düşərgəsində arxeoloji qazıntı işləri Anri
dö-Lümleyin rəhbərliyi altında hər il aprelin 1-dən başlayır
və oktyabrın 1-dək davam edir. Arxeoloji qa
96
zıntı işlərində Fransa alimləri ilə birlikdə İspaniya, İtaliya,
Ukrayna, Çin, Tayvan, Marrokko və başqa ölkələrin alimləri
və tələbələri iştirak edirlər.
Kondel-Araqo
düşərgəsində çöküntünün ümumi
qalınlığı 17 metrə bərabərdir və burada 14 arxeoloji təbəqə
müəyyən olunmuşdur.
Kondel-Araqo
düşərgəsində
aparılan
arxeoloji
qazıntılar zamanı qədim və orta aşel mədəniyyətinə aid
zəngin daş məmulatı və ovlanmış heyvan sümükləri
tapılmışdır. Düşərgədən aşkar olunmuş daş məmulatları
içərisində əsas yeri kobud çapma alətlər, əl çapacaqları,
qaşov tipli alətlər, üzərində işlək izi olan çay daşları və
istehsal tullantıları təşkil edir. Aparılan elmi tədqiqatlar
zamanı düşərgədən ən nadir əl çapacağı tapılmış və onun
uzunluğu 32 sm-dir.
Kondel-Araqo paleolit düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı ən zəngin maddi mədəniyyət qalıqlarının
aşkar olunması burada qədim insanların uzun müddət daimi
yaşadıqlarını göstərir.
Araqo paleolit düşərgəsindən tapılmış paleoantro-
poloji tapıntıların hamısı aşel mədəniyyətinə aid olub, qədim
insanların Fransanın cənub hissəsində olan To- tavel
ərazisində 450 min il bundan əvvəllərdə yaşadıqlarını və
ovçuİLiqla məşğul olduqlarını göstərir.
1969, 1971, 1973, 1979-cu illərdə aparılan arxeoloji
qazıntılar zamanı Kondel-Araqo paleolit düşərgəsindən 4
kəllə və 5 qədim insan çənələri tapılmışdır. Araqo
düşərgəsindən tapılmış antropoloji tapıntılar dünya arxeoloq
və antropoloqlarmın diqqətini cəlb etmişdir. Həmin tapıntılar
Avropanın ilk sakinlərinə aid olub, qədim aşel dövründə
600-450 min il bundan əvvəllər yaşamış qədim Araqo
adamlarının
sümük
qalıqlarıdır.
Maraqlıdır
ki,
Kondel-Araqodan tapılmış çənə Azıx düşərgəsinin aşel
təbəqəsindən tapılmış çənəyə oxşayır. Hər iki tapıntı yaş
etibarı ilə bir-biri ilə müqayisə oluna
97
bilər və qədim insanların antropoloji xüsusiyyətlərini
öyrənmək üçün ən mühüm tapmtılardandır.
Avropa ölkələri ərazisində (Almaniya, Fransa, İspaniya,
Macarıstan) aparılan arxeoloji tədqiqatlar zamanı qədim daş
dövrünə aid maddi mədəniyyət qalıqları ilə yanaşı
antropoloji tapıntılar da aşkar olunmuşdur.
Hazırda Avropa ölkələri ilə Azərbaycan ərazisində
aparılan paleolit problemi üzrə elmi tədqiqat işləri
beynəlxalq xarakter almışdır. Çünki bu ölkələrin ərazisində
olan paleolit abidələri dünyada elə abidələrdir ki, bu
düşərgələrin çöküntülərində təbəqələr tarixi ardıcıllıqla
yatmış və arxeoloji tapıntıların biri digərini tamamlayır. Bu
da qədim insanların həyat tərzini, alət hazırlama texnikasını,
onların inkişaf xüsusiyyətlərini və o dövrün təbii coğrafi
şəraitini öyrənmək üçün zəngin elmi materiallara malikdir.
2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində
Fransa, İtaliya, İspaniya, Azərbaycan. Rusiya və Gürcüstan
alimlərinin hazırladıqları İNTAS - 2000 proqramı qəbul
olunmuşdur. Həmin proqrama uyğun olaraq Avropanın,
Azərbaycanın və Qafqazın mustye mədəniyyətinin
xarakterik xüsusiyyətləri 3 il ərzində həmin ölkələrin
alimləri tərəfindən tədqiq olunacaqdır.
Həmin proqrama uyğun olaraq son 40 ildə Azərbaycan,
Qafqaz, Fransa, İtaliya, İspaniya, Rusiya və Gürcüstan
ərazilərində olan qədim insan məskənlərindən aşkar olunmuş
maddi mədəniyyət qalıqları elmin son nailiyyətləri əsasında
tədqiq etmək, mustye dövründə yaşamış ayrı-ayrı insan
düşərgələrinin xarakterik xüsusiyyətlərini müəyyən etmək,
mustye dövründə yaşamış neandertal tipli insanların inkişaf
edib homo- sapiens - yəni kamil insanlara çevrilməsinin əsas
səbəblərini müəyyənləşdirmək, daha yaxşı inkişaf etmiş
mustye
mədəniyyətinin
meydana
çıxmasının
əsas
xüsusiyyətlərini öyrənmək; Mustye mədəniyyəti dövründə
98
Dostları ilə paylaş: |