Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə733/748
tarix31.12.2021
ölçüsü3,8 Mb.
#81589
1   ...   729   730   731   732   733   734   735   736   ...   748
Cild 20 1

Ağarəhim                                                                                                     Əsərlər 

 

459 



canlı  müşahidələr  və  uşaqların  həyatı,  şəxsi  təcrübələri  əsasında 

tərtib olunan hekayələrin kollektiv müzakirəsi şagirdlərin monoloji 

şifahi nitqinə əsaslı təsir göstərir. III-IV siniflərdə eyni mövzu üzrə 

iki şifahi inşanın müqayisəli təhlili üzrə işlərə də geniş yer verilmə-

lidir. 

Müşahidə apardığımız iki məktəbin dörd III sinfində şagirdlər-

dən ―Payızda meşə‖ mövzusunda süjetli şəkil üzrə şifahi hekayələr 

qurmaq tələb edildi. Ən yaxşı hekayələrdən ikisi maqnitofon lenti-

nə yazıldı. Şagirdlərə lentə yazılmış hekayələrdən hansında nə kimi 

müvəffəqiyyətli  və  zəif  cəhətlərin  olması,  nağılın  ifadəliliyi  (səs, 

nağıletmənin sürəti, məzmuna uyğunluğu, tonu, intonasiyalılığın nə 

dərəcədə gözlənilməsi və s.) üzrə sadə şəkildə də olsa tapşırıq veril-

di.  Sonra  hekayələr  sinifdə  səsləndirildi.  Şagirdlər  diqqətlə  dinlə-

dikdən sonra hekayələr müqayisəli şəkildə müzakirə olundu. 

Bu zaman müəllim sinfə ―Hekayələr xoşunuza gəldimi?‖, ―Bi-

rinci  hekayədə  meşənin  təsviri  necə  verilmişdir?‖,  ―Bəs  ikinci  he-

kayədə?‖,  ―Hansı  hekayədə  ağac  adları  çox  çəkilir?‖,  ―Birinci  he-

kayədə  ağacların  yarpaqları  necə  təsvir  olunur?‖,  ―Otlar,  çiçəklər 

haqqında nə deyilir?‖, ―Otların görünüşünü necə verirlər?‖, ―Uşaq-

ların səsi hekayələrin məzmununa uyğun gəlirmi?‖, ―Hansı hekayə 

surətlə  nağıl  olunur?‖,  ―İntonasiyanı  gözləyə  bilirlərmi?‖,  ―Hansı 

hekayə xoşunuza gəlir?‖, ―Nəyə görə?‖ və s. suallar verildi. Hər iki 

hekayə haqqında onların fərdi cavabları,  münasibətləri qeydə alın-

dı. İşin sonunda cavablar ümumiləşdirildi, bir-iki şagirddən hər iki 

hekayə üzrə müqayisəli şəkildə fikir söyləmək tələb olundu. Onlar 

hekayədəki müsbət və mənfi cəhətləri, çatışmazlıqları ifadə etdilər. 

Təcrübə  göstərir  ki,  IV  sinif  şagirdlərinin  şifahi  tərtib  etdikləri 

təsvir olunan obyektlə müqayisəli şəkildə  yenidən müşahidə etmə-

ləri və onların müqayisəli təhlili monoloji şifahi nitqin inkişafı nöq-

teyi-nəzərdən  çox  maraqlıdır.  Müqayisəli  təhlil  prosesində  onlar 

obyekti müşahidə edərkən hər hansı əşya və hadisələrdən hansıları-

nı az yer vermələrini, hansıların üzərində çox dayanmalarını əyani 

şəkildə  görürlər.  Onlar  hekayədə  daha  nəyi,  necə,  nə  vaxt,  nədən 

əvvəl  və nədən sonra ifadə etməyin  lazım gəldiyini  başa düşürlər. 





Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   729   730   731   732   733   734   735   736   ...   748




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə