Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə734/748
tarix31.12.2021
ölçüsü3,8 Mb.
#81589
1   ...   730   731   732   733   734   735   736   737   ...   748
Cild 20 1

Ağarəhim                                                                                                     Əsərlər 

 

460 



Apardığımız  tədqiqat  göstərir  ki,  bu  işin  əsasən,  şəkillər  üzərində 

aparılması daha məqsədə müvafiqdir. Bu məqsədlə müşahidə apar-

dığımız bir kənd məktəbinin iki IV sinfində ―Meyvə bağı‖ mövzu-

sunda süjetli şəkil üzrə şifahi inşa qurduruldu. Onlar qurduqları ən 

yaxşı  inşalardan  ikisi  müzakirə  üçün  maqnitofon  lentinə  yazıldı. 

Hekayələrin sinifdə yenidən səsləndiriləcəyi, onu diqqətlə dinləmə-

ləri, orada hansı hekayələrin zəif və müvəffəq olması, nə kimi nöq-

sanlara  yol  verilməsi,  hekayələrdə  nələrdən  danışılması,  hekayələ-

rin ifadəli nağıl olunmasına diqqət yetirmək çatdırıldı. Şagirdlər he-

kayəni dinləyə-dinləyə şəkli bir daha nəzərdən keçirdilər. Hekayə-

də nələrə toxunulduğu, nələrin buraxıldığı, danışanın səsinin gücü, 

təsiri, məzmuna uyğunluğu bir daha müşahidə edildi. Nəhayət, şə-

kil  və  hekayənin  məzmunu  ilə  əlaqədar  şagirdlərdən  ―Şəkildə  bağ 

necə təsvir olunmuşdur?‖, ―Bəs hekayədə?‖, ―Ağaclar, otlar, çiçək-

lər  şəkildə  necə  verilmişdir?‖,  ―Bəs  hekayədə  necə  verilmişdir?‖, 

―Bağda adamlar hansı işlərlə məşğuldurlar?‖, ―Hekayədə adamların 

əməyi,  gördüyü  işlər  haqqında  nə  deyilir?‖,  ―Şəklin  məzmununu 

danışarkən  nələr  unudulmuşdur?‖,  ―Uşaqların  səsi,  danışığı,  sürəti 

hekayəyə uyğun gəlirmir?‖ və s. kimi suallara cavablar alındı. Son-

ra qüvvətli şagirdlərdən birinə şəklin məzmunu yenidən danışdırıl-

dı.  Beləliklə,  şifahi  inşaların  kollektiv  müzakirəsi  monoloji,  şifahi 

nitqin  inkişafına güclü  təsir  göstərir, onun şüurlu, düşünülmüş  şə-

kildə  aparılmasına  istiqamət  verir,  uşaqların  məsuliyyətini,  özünə 

nəzarət  bacarığını artırır, məzmunun  mənimsənilməsini  sürətləndi-

rir. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   730   731   732   733   734   735   736   737   ...   748




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə