Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

93 



dan  ibarətdir.  Bunun  üçün  müəllimin  özü  ifadəli  oxu  bacarığına 

malik olmalı, mətnin məzmununu oxu prosesində açmağı, obrazla-

rın təsvirini, daxili aləmini, xarakterini, bir-birinə münasibətini sö-

zün və səsinin gücü ilə şagirdlərin gözləri önündə nümayiş etdirmə-

li, məzmunun şüurlu şəkildə mənimsənilməsinə çalışmalıdır. Əsər-

dəki bədiilik də, oynaqlıq da, obrazlılıq da, bütövlükdə əsərin emo-

sional-ekspressiv  təsir  gücü  də  onun  məzmununun  şüurlu  şəkildə 

mənimsənilməsinə, dərk olunmasına xidmət etməlidir. Başqa sözlə, 

oxunun şüurluluğunda ifadəlilikdən bir vasitə kimi istifadə edilmə-

lidir.  Ona  görə  təlim  prosesində  oxunun  şüurluluğu  ilə  ifadəliliyi 

arasındakı keçid əlaqələri nəzərə alınmalıdır. 

F.İ.Şalyapin  göstərir  ki,  ifadəli  oxu  əsl  yaradıcılıqdır.  O  bütün 

hisslərin  ahəngdarlığını  tələb  edən  kompleks  prosesdir.  Şagirdin 

oxunmuş mətni başa düşməsi, onun mahiyyətini, məntiqini dərk et-

məsi və yaşa müvafiq surətdə müasir həyatla əlaqələndirməsi onun 

elmi  dünyagörüşünün  genişlənməsi  işini,  gələcək  təlim  müvəffə-

qiyyətlərini  təmin  edir.  I-IV  sinif  şagirdlərində  insani  keyfiyyətlər 

və  oxu  üzrə  professional  vərdişlər  aşılayır.  Bunun  üçün  hələ  ilk 

vaxtlardan şagirdlərdə həssaslıq, dəqiq görmə və eşitmə qabiliyyət-

ləri aşılanmalıdır. Onlar oxuduqlarını eşitdikləri, gördükləri, həyati 

təəssüratları  ilə  tutuşdurmağı,  analiz-sintez  etməyi,  nəticələrə  gəl-

məyi bacarmalıdırlar. İstədikləri zaman oxuyub öyrəndikləri fakt və 

hadisələri,  prosesləri  parlaq  şəkildə  təxəyyüllərində  canlandırmağı 

bacarmalıdırlar.  Şagirdlər  oxu  prosesində  materialın  məzmununa, 

ayrı-ayrı obrazların  daxili  aləminə  uyğun intonasiya seçməlidirlər. 

Obrazların  əhvali-ruhiyyəsini,  hisslərini,  keçirdikləri  həyəcanları 

(sevinc, qorxu, kədər, təəssüf, təəccüb, peşmançılıq, ümidsizlik və 

s.),  psixoloji  halları,  emosionallığı  verməlidirlər.  A.N.Ostrovskiyə 

görə, şagird mətnin məzmununu o zaman şüurlu, dərindən başa dü-

şür ki, orada təsvir olunan obrazların daxili aləminə nüfuz edir, on-

ların xarakterini, psixologiyasını, keçirdiyi hissləri, duyğuları  görə 

bilir, onlarla birlikdə doğulur, yaşayır və inkişaf edir. ―Hər bir ruhi 

vəziyyətin  və  hərəkətin  bütün  zahiri  ifadəsi  onun  qəlbində...  qalır 

və uzun müddət yaddaşın köməyi ilə oyadıla bilir‖. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

94 



İfadəli  oxunun  köməyi  ilə  şagirdlər  yazıçının  məqsədini,  onun 

irəli sürdüyü ideyanı aydın başa düşməlidirlər. Hər rola uyğun səs-

lərini  dəyişməli,  qəhrəmanın  daxili  aləminə  girməli,  onun  başında 

cərəyan  edən  hadisəni  öz  başında  təsəvvür  etməlidir.  Yalnız  belə 

bir  situasiya  nəticəsində  şagird  qəhrəmanın  hərəkətlərini,  onun 

mövqeyini, hadisələrə olan münasibətini düzgün qiymətləndirər, ta-

leyi haqqında düşünər, ona obyektiv münasibət bəsləyər. 

I-IV  sinif  şagirdlərinin  təfəkkürü  hissi  obrazlara  əsaslandığın-

dan, K.D.Uşinskinin təbiri ilə desək, onların təbiəti daha çox əyani-

lik tələb etdiyindən oxu  materiallarınm  əyaniləşdirilməsinə çalışıl-

malıdır.  Oxu  materialları  ilə  təbiət,  bizi  əhatə  edən  aləm  arasında 

uyğunluq  yaradılmalıdır.  Ayrı-ayrı  mətnlərdə  verilmiş  obrazlı  ifa-

dələrin mənasının canlı seyrin köməyi ilə açılmasına, oxu materialı 

ilə təbiət, ictimai həyat arasındakı vəhdətin şagirdlərə göstərilməsi-

nə çalışılmalıdır. 

Məlumdur ki, ifadəli oxu bədii oxuya yaxın, lakin ondan fərqli 

oxu növüdür. Ona görə də ayrı-ayrı hekayələrdə, şeirlərdə verilmiş 

obrazlı ifadələrin kontekst daxilində mənasının açılmasına, şagird-

lərdə belə sözlərə həssas münasibət yaradılmasına xüsusi diqqət ye-

tirilməlidir.  Şagirdlərə  o  da  çatdırılmalıdır  ki,  hekayədə,  şeirdə 

müəllifın hissləri, mətnin sözaltı mənası çox zaman obrazlı ifadələ-

rin köməyi ilə açılır. Belə obrazlı ifadələrlə biz I-IV siniflərin dərs-

liklərində  tez-tez  qarşılaşırıq.  Məsələn:  ―Dəniz  güldü  uzaqlardan‖, 

―Atlaz geyimli dağlar‖, ―Məhəbbətin qəlbimizdə əzizdir‖, ―Üzərin-

də polad şəhər‖, ―Qüzeylərdə şehə batdıq‖, ―Söndü al günlərin ya-

nar  çırağı‖,  ―Qalxdı  şəhər  yuxusundan‖,  ―Ömrümüzün  yollarına 

nur çiləyir bu kitablar‖, ―Sular alışıb yanır‖, ―Gülümsəyir ana tor-

paq‖, ―Bəs deyilmi ana torpaq su içdi göz yaşından‖, ―Qızıl budaq 

sünbülüm‖, ―Xəzəllərdən  yerə rəng-rəng xalı döşənmişdir‖, ―Açdı 

ürəyini bağça, bağ mənə, qəlbim qanadlanıb uçmaq istədi‖, ―Qara 

qanın qaranlığa işıq saçar, ağ günlərdən gələcəyə yollar açar‖ və s. 

Aparılan müşahidələr göstərir ki, şagirdlər belə obrazlı ifadələ-

rin mənasını başa düşmədikdə, işlənmə yerinə  görə onun  yaratdığı 

ecazkarlığı  dərk  etmədikdə  mətni  ifadəli  də  oxuya  bilmir,  təsvir 




Ağarəhim                                                                                                     Əsərlər 

 

95 



olunan hissləri, emosiyanı duymurlar. Nəticədə oxunmuş materialın 

məzmununu şüurlu şəkildə mənimsəmirlər. Odur ki, hələ I-IV sinif-

lərdə şagirdlərə şüurlu oxu vərdişləri aşılamaq üçün müəllimin kö-

məyi ilə obrazlı ifadələrin mənası açılmalı, intonasiyanın  gözlənil-

məsi üzrə işlər aparılmalıdır.  

 

10. İntonasiyanın gözlənilməsi ifadəli oxunun 



əsası kimi 

 

I-IV siniflərin ―Oxu‖ dərsliklərində verilmiş oxu materialları şa-



girdlərlə intonasiya üzrə işlər aparmağa geniş imkanlar verir. Lakin 

respublikanın müxtəlif zonalarında müəllim və şagirdlərin fəaliyyə-

ti üzərindəki müşahidələr, müəllimlərlə aparılan müsahibə və anket 

sorğuları bir daha sübut etdi ki, müəllimlərin intonasiya haqqındakı 

təsəvvürləri  zəifdir.  Ona  görə  də  əvvəlcə  müəllimlərə  intonasiya 

haqqında nəzəri məlumatlar verilməlidir. Bəs intonasiya nədir? İn-

tonasiya hər şeydən əvvəl oxunun ifadəliliyini və şüurluluğunu tə-

min  edən  bir  vasitədir.  O,  mətnin  mahiyyətindən  doğan  daxili  cə-

hətdir.  Q.Kristinin  göstərdiyi  kimi,  oxu  prosesində  ―fikir  sözlərlə 

ifadə  edilir, hisslər intonasiyalarla‖. Alimlərin bir qrupu  ―intonasi-

ya nədir?‖ sualını ―səsin alçaq və yüksək olması‖, ikinci qrupu ―sə-

sin gücə görə dəyişməsi‖ kimi izah etmişlər. Bu sahədəki nəzəri və 

pedaqoji  ədəbiyyatın  təhlili  belə  qənaətə  gəlməyə  imkan  verir  ki, 

səsin alçaq və yüksəkliyi, gücə, temp və tembrə görə dəyişməsi in-

tonasiyanın  yalnız  ayrı-ayrı  komponentləridir.  Oxu  prosesində  bu 

komponentlərdən vəhdətdə, kompleks şəkildə istifadə olunmadıqda 

ifadəlilik pozulur. Oxunan əsərin forma və məzmununa uyğun into-

nasiya seçmək mümkün olmur. İntonasiya oxu materialındakı ayrı-

ayrı  sözlər,  söz  qrupları  və  cümlələr  arasında  özünəməxsus  əlaqə 

yaradır.  Hər  bir  cümlədə,  abzaslarda  yazıçının  fikir  və  hisslərinin 

meydana çıxmasına xidmət edir. Söz və ifadələri qrammatik cəhət-

dən, ardıcıl gələn cümlələri məzmun və formaca bir-birinə calaşdı-

rır, formalaşmış fıkir ifadə edir. Oxu materialının bu elementləri in-

tonasiyanın  vasitəsilə  hərəkətə  gəlir,  canlı  bir  aləmə  çevrilir.  Oxu 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə