Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə34/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   30   31   32   33   34   35   36   37   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

102 



I-IV  sinif  şagirdlərinin  ədəbi  tələffüz  qaydalarını  gözləməsin-

dən, oxunun temp və tembrindən asılı olaraq intonasiya rəngarəng-

liyi  meydana  çıxır.  Oxu  prosesində  müəllimin  vəzifələrindən  biri 

şagirdlərə oxu materialının məzmun və formasına uyğun intonasiya 

variantları seçməyi öyrətməkdən ibarətdir.  

Linqvistik və pedaqoji ədəbiyyatda intonasiyanın iki növü gös-

tərilir: 

a) məntiqi intonasiya

b) iradi-emosional intonasiya.   

Məntiqi intonasiya qrammatik baxımdan bütövlükdə cümlənin 

(nəqli,  sual  və  nida  cümləsinin),  cümlə  üzvlərinin  (çağırış,  müra-

ciət, sadalama, aydınlaşdırma, əmr, xəbər və s.) mənasının açılma-

sına xidmət edir. 



İradi-emosional intonasiya isə kinayə, istehza, təəccüb, şübhə, 

təsdiq, inkar, nəsihət, xahiş, yalvarış, dəvət, məsləhət, təskinlik, qə-

zəb, kin, hiddət, kədər, qüssə, sevinc, şadlıq və s. hissləri meydana 

çıxarır. İntonasiyanın bu göstərilən iki növü məntiqi vurğu və fasi-

lələri  də  özündə  əks  etdirir.  Başqa  sözlə,  onları  (məntiqi  vurğu  və 

fasilələri) özünün tərkib hissələrinə çevirir. İndi də oxunun şüurlu-

luğu baxımından onları nəzərdən keçirək. 

Məntiqi vurğu. Biz qeyd etdik ki, məntiqi vurğu intonasiyanın 

tərkib  hissələrindən  biridir.  O,  məqsəddən  asılı  olaraq  cümlədə 

müəyyən üzvün başqalarına nisbətən aşağıdan və yaxud ucadan de-

yilməsinə, başqalarından fərqləndirilməsinə xidmət edir. Bu baxım-

dan  İ.Y.Blinov  yazır:  ―Obrazlı  şəkildə  vurğunu  fənərlə  müqayisə 

etmək olar: bu fənərin işığı bir nöqtəyə, bir əşya üzərinə yönəlir və 

bununla  da  obyekt  qaranlıqdan  ayrılır‖.  Görkəmli  səhnə  ustası 

K.S.Stanislavskiyə  görə,  məntiqi  vurğu  cümlədəki  ən  vacib  sözü 

göstərən şəhadət barmağıdır. 

Məntiqi vurğu düzgün müəyyənləşdirilmədikdə cümlədəki əsas 

söz də, məna da, məqsəd də oxucuya aydın və dəqiq şəkildə çatmır. 

Oxu materialının məzmunu çox zaman dəqiq anlaşılmır. Ona görə 

də müəllimin əsas vəzifələrindən biri də oxu prosesində şagirdlərə 

məntiqi  vurğuya  əməl  etmək  bacarığının  verilməsindən  ibarətdir. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

103 



Şagirdlərə praktik şəkildə başa salınmalıdır ki, cümlədə, şeirin ayrı-

ayrı  misralarında  məntiqi  vurğunun  yeri  dəyişdirildikdə  həmin 

cümlədə, misrada məna da dəyişir. Məqsəddən asılı olaraq, ayrı-ay-

rı cümlələrdə məntiqi vurğunun yerini dəyişə bilərik, məsələn, 

 

Şagirdlər meydançada futbol oynayırlar. 

Şagirdlər meydançada futbol oynayırlar. 

Şagirdlər meydançada futbol oynayırlar. 

Şagirdlər meydançada futbol oynayırlar

 

Göründüyü kimi, eyni cümlədə məntiqi  vurğu hər dəfə bir sö-



zün üzərinə salınır və dərhal da əsas məqsədin, mənanın müəyyən 

dərəcədə dəyişməsinə səbəb olur. Belə ki, birinci cümlədə məntiqi 

vurğu ―şagirdlər‖ sözünün üzərinə düşür və meydançada başqaları-

nın deyil, yalnız şagirdlərin oynaması xəbər verilir. İkinci cümlədə 

―meydança‖  sözü  məntiqi  vurğu  altında  deyilir.  Şagirdlərin  başqa 

yerdə  yox,  məhz  ―meydançada‖  futbol  oynaması  göstərilir,  Üçün-

cüdə ―futbol‖ sözü məntiqi vurğu tələb edir. Şagirdlərin meydança-

da başqa oyun növləri deyil, ancaq futbol oynaması göstərilir, Dör-

düncüdə isə ―oynayırlar‖ sözü məntiqi vurğu ilə deyilir, şagirdlərin 

meydançada  qaçması,  dayanması,  atılıb  düşməsi  və  s.  yox,  məhz 

oynamaları şərh olunur. 

Şagirdlərə çatdırılmalıdır ki, nitqdən alınan belə rabitəsiz cüm-

lələrdən  fərqli  olaraq,  hekayədə,  nağılda,  şeirdə  aşağıdan,  yaxud 

ucadan deyiləcək (yəni üzərinə məntiqi vurğu düşəçək) sözlərin öz 

yeri vardır. Onlarda məntiqi vurğunu başqa sözlərin üzərinə salmaq 

olmaz. Əks halda, mətnin məzmunu təhrif olunar, oxucu əsas məq-

səddən uzaqlaşa bilər. Odur ki, müəllim öz oxusunda məntiqi vur-

ğunun  gözlənilməsinə  diqqət  yetirməli,  şagirdlərə  praktik  şəkildə 

nümunələr verməlidir. 

Müşahidələr  göstərir  ki,  IV  sinif  şagirdləri,  hətta  müəllimlərin 

bir  qrupu  məntiqi  vurğunun  mətndə,  şeirdə  hansı  sözün  üzərinə 

düşdüyünü müəyyənləşdirməkdə çətinlik çəkirlər, Onlar bəzən heç 

lazım olmayan sözün, ifadənin üzərinə məntiqi vurğu salırlar. Nəti-



Ağarəhim                                                                                                     Əsərlər 

 

104 



cədə bir tərəfdən materialın ifadəli oxusuna xələl gəlir, digər tərəf-

dən məzmunun təhrif olunması təhlükəsi yaranır. Belə hallarda şa-

girdlərə məntiqi vurğunun müəyyənləşdirilməsi ilə əlaqədar suallar 

verilməsi məsləhətdir. 

Bu baxımdan III sinifdə şeirdən götürülmüş bir parçaya diqqət 

yetirək. 



Dəniz güldü uzaqlardan, 

Nəğmə qopdu dodaqlardan, 

Getdilər məktəbə sarı… 

 

Şagirdlər  bu  parçanı  məntiqi  vurğunu  düzgün  əməl  etmədən 



oxuyurlar. Müəllim üzərinə məntiqi vurğu düşən sözləri şagirdlərin 

nəzərinə çatdırmaq üçün ―Uzaqlardan nə güldü?‖, ―Dodaqlardan nə 

qopdu?‖  və  ―Uşaqlar  hara  getdilər?‖  suallarını  verir,  Uşaqlar  ―də-

niz‖,  ―nəğmə‖  və  ―məktəbə  sarı‖  —  deyə  bildirirdilər.  Sonra 

şagirdlərə başa salınır ki, şeirin bu parçası oxunarkən həmin sözlər 

aşağıdan,  yaxud  ucadan  ifadə  olunmalıdır.  Onlar  misradakı 

sözlərdən səslə ayrılmalıdır. Çünki burada məqsəd uzaqlarda təkcə 

dənizin  gülməsini,  dodaqlardan  yalnız  nəğmənin  qopmasını, 

uşaqların  ancaq  məktəbə  sarı  getməsini  şərh  etmək  olmuşdur. 

Aydın  məsələdir  ki,  ınüəllifın  məqsədinin  bu  yolla  açılması 

şagirdlərin  həmin  materialı  şüurlu  mənimsəmələrinə  müsbət  təsir 

göstərir. 

Cümlələrdə, müəyyən şeir parçalarında bəzən məntiqi vurğu ilə 

deyilən iki söz olur. Bu I-IV sinif şagirdlərini çaşdırır. Məntiqi vur-

ğunun hansı sözün üstünə düşdüyünü bilmirlər. Ona görə də şagird-

lərə  çatdırılır  ki,  bəzi  cümlələr,  şeirdə  misralar  iki  məntiqi  vurğu 

qəbul edir. Bunlardan birincisi əsas, ikincisi isə köməkçi olur. Yəni 

ikinci  birincinin  mənasının  daha  da  qüvvətlənməsinə  xidmət  edir. 

Məsələn, IV sinifin dərsliyindən götürülmüş aşağıdakı şeir parçası-

na diqqət yetirək. 

 

Cahana nur saçan anamız vətən  

Doğma sinəsində bəsləyir bizi. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə