Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə42/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   38   39   40   41   42   43   44   45   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

126 



— öz sözləri ilə nağıletmə; 

— məzmunu əyaniləşdirməklə nağıletmə; 

— məzmunu həyati müşahidələrə əsasən nağıletmə; 

— şəxsi dəyişməklə nağıletmə; 

— zamanı dəyişməklə nağıletmə; 

— obrazları qarşılaşdırmaqla nağıletmə; 

— yığcam nağıletmə; 

— nəzmi nəsrə çevirməklə nağıletmə; 

— improvizə üzrə nağıletmə; 

— bir neçə mənbə üzrə nağıletmə; 

— yarımçıq verilmiş hekayənin tamamlanması üzrə nağıletmə. 

Təcrübə göstərir ki, təlim prosesində bu iş formalarının növbə-

ləşdirilməsi  dərsdə  formalizmin  aradan  qaldırılmasına  kömək  gös-

tərir,  şagirdlərdə  işə  yeni  həvəs  oyadır.  I-IV  siniflərdə  nağıletmə 

üzrə işlərin səmərəli təşkili təlimin keyfıyyətinə, şagirdlərin ümumi 

inkişafına  güclü  təsir  göstərir,  yuxarı  siniflərdə  təlim  prosesinin 

müvəffəqiyyətli  təşkili  üçün  möhkəm  bünövrə  qoyulmasını  təmin 

edir. 


İndi  də  təlim  prosesində  nağıletmənin  müxtəlif  formaları  üzə-

rində işin təşkilinə keçək. 



Məzmunu  “kitab  dili”  ilə  müfəssəl  nağıletmə.  Tutaq  ki,  II  si-

nifdə  şagirdlər  İ.Əfəndiyevin  ―Ceyran  ovu‖  hekayəsini  dərindən 

mənimsəmişlər.  Bundan  sonra  onlardan  həmin  hekayənin  məzmu-

nunu olduğu kimi, ―kitab dili‖ ilə nağıl etmək tələb olunur. Şagird-

lər  işin  icrasına  girişirlər.  Onlar  babanın  ceyran  ovuna  getməsini, 

babanın qayıtması, onun ov haqqındakı təəssüratları, ceyranın hərə-

kətləri  və  s.  həvəslə  verirlər.  Bu  zaman  şagirdlərin  hər  birinin  nit-

qində  epitetlərin,  obrazlı  ifadələrin,  emosional  ekspressiv  rəngə 

malik olan, nisbətən mürəkkəb konstruksiyaların (yaşıl çəmənlikdə, 

ceyran balası, hər tərəf gül-çiçəkli, yerə əlvan xalça salınmış, cey-

ranın göz yaşları, yumşaq ürəkli, zərif qəlbli və s.) işlənməsinə ça-

lışmalıdır.  Əgər  şagirdin  nitqində  məzmuna  emosionallıq,  bədiilik 

gətirən belə ifadələr işlənmirsə, müəllim təsvir olunan əşya və hadi-

sələrlə əlaqədar suallar verməli, şagirdin diqqətini bədii təsvir vasi-




Ağarəhim                                                                                                     Əsərlər 

 

127 



tələrinə,  obrazlı  dilə  yönəltməlidir.  ―Kitab  dili‖  ilə  nağıletmə  şa-

girdlərin  İüğət ehtiyatını  zənginləşdirməklə, məzmunun  dəqiq,  ob-

razlı və məntiqi şəkildə təzahürünə, ən başlıcası, şüurlu mənimsə-

məyə müsbət təsir göstərir. 

Bu  məsələ  III-IV  siniflərdə  bir  qədər  də  mürəkkəbləşdirilməli-

dir.  Bəzən  elə  hallar  da  olur  ki,  şagirdlər  məzmunu  şərh  edərkən 

―kitab  dili‖  ilə  (eynilə)  nağıletmədən  bir  qədər  uzaqlaşır,  onu  öz 

leksikalarına  əsasən  verirlər.  Bu  zaman  müəllimin  sualları  başlıca 

funksiya yerinə yetirir. Məsələn, III sinifdə şagirdlər ―Ananın səsi‖ 

hekayəsinin məzmununu eynilə nağıl etmək əvəzinə, öz sözləri ilə, 

bəzi  məsələləri  ixtisar  etməklə,  yaxud  özündən  kiçik  əlavələr  ver-

məklə danışırlar. Tutaq ki, şagirdlərdən biri abzasın bəzi hissələrini 

buraxaraq  nağıl  edir:  ―Hökmdar  qocalmışdı.  Düşmənlər  Azərbay-

cana  basqın  etdilər.  Onlar  Bərdəni  tutdular‖  və  s.  Müəllim  nağılı 

saxlayır və həmin şagirdə suallar verir: Hansı hökmdar qocalmışdı? 

Düşmən  Azərbaycana  nə  vaxt  hücum  çəkdi?  Hansı  Azərbaycanı 

tutmaq istədi? Onlar haralardan keçib Bərdəni tutdular? və s. 

Onlar birinci suala ―Böyük Ağvan hökmdarı‖, ikinciyə ―hökm-

darın  xəstələndiyini  eşidəndə‖,  üçüncüyə  ―bağlı-bağatlı,  əlvan  çi-

çəkli  Azərbaycan‖,  dördüncüyə  ―Araz  çayını  keçib,  düzlərə  bərə-

kət, ellərə səadət gətirən Kür sahilini adlayıb‖ kimi cavab verirlər. 

IV sinifdə də təqribən bu şəkildə iş aparmaq mümkündür. 



Öz  sözlərilə  nağıletmə.  Təlim  prosesində  nağıletmənin  bu  nö-

vünə tez-tez müraciət olunmalıdır. Çünki o, şagirdləri quru əzbərçi-

likdən çəkindirir, məzmunu necə başa düşürlərsə, elə ifadə etməyə 

şərait yaradır. Öz sözləri ilə nağıletmə şagirdləri yaradıcı fəaliyyət 

göstərməyə  təhrik  edir.  Bu  prosesdə  şagirdlər  məzmunu  canlı  və 

təbii  şəkildə  ifadə  etmək  üçün  bütün  qüvvəsini  səfərbərliyə  alır, 

özünün mövcud lüğət ehtiyatı zəminində danışır. Məsələn, II sinif-

də  Q.Yurminin  ―İsti  şitillik‖  mətnilə  əlaqədar  peç  ustaları,  isti 



şitillik, dirrikdə, qışın şaxtasında, elektrik peçi, ləklər, elektrik 

qurğusu, soğanın cücərtiləri, pomidor qızarır, xiyar iriləşir, III 

sinifdə  ―Bakı‖  mətni  üzrə  saysız-hesabsız  küçə,  park,  bağça, 



qüdrətli vətənimiz, Respublika Sarayı, Azadlıq meydanı, 15-16 


Ağarəhim                                                                                                     Əsərlər 

 

128 



mərtəbəli gözəl binalar, yeraltı yollar, eiektrik qatarları, metro, 

eskalatorlar,  IV sinifdə  ―Payız qayğıları‖ hekayəsilə  bağlı  meyvə 

toplanışı, torpağın şumlanması, tənəklərin dibi, gübrələr, pam-

bıq yığımı, kənd təsərrüfatı maşınları, tütün yarpaqları, su na-

sosla çıxarılır və s. kimi söz və ifadələr şagirdlərə təqdim olunur. 

Beləliklə,  məzmunda  hər  şagirdin  öz  leksikası,  öz  üslubi  və  dəsti-

xətti duyulur. İşin belə təşkili şagirdlərdə düşünmək, axtarmaq qa-

biliyyəti oyatmaqla, sözdən istifadə etmək, müstəqil cümlə qurmaq 

bacarıqlarını, monoloji nitq vərdişlərini inkişaf etdirməklə, məzmu-

nun şüurlu mənimsənilməsini də təmin edir. 

Qabaqcıl müəllimlər bu işin başqa variantından da istifadə edir-

lər.  Belə  ki,  oxu  materialının  məzmununu  şagirdlər  öz  sözləri  ilə 

ifadə  edə  bilmədikdə,  yəni  ―kitab  dili‖  ilə  nağıl  etdikdə  müəllim 

məzmunla bağlı bir neçə tutarlı suallar verir. Şagirdlər istiqamətve-

rici  və  düşündürücü  sualların  köməyi  ilə  məzmunu  nağıl  edirlər. 

Məsələn,  tutaq  ki,  III  sinifdə  şagirdlər  N.Gəncəvinin  ―Şah  və  xid-

mətçi‖ mətninin məzmununu öz sözləri ilə danışmalıdırlar. Şagird-

lər isə öz sözlərilə nağıletmədə çətinlik çəkirlər. Bu zaman müəllim 

suallar verir: ―Şah saray adamları ilə necə rəftar edirdi?‖, ―Xidmət-

çi sarayda özünü necə aparırdı?‖, ―Şah xidmətçini nə üçün cəzalan-

dırdı?‖,  ―Nə  üçün  itlər  xidmətçini  parçalamadı?‖,  ―Xidmətçi  itləri 

şahdan nə üçün üstün tuturdu?‖, IV sinifdə N.Süleymanovun ―Ço-

ban və Bozdar‖ hekayəsi üzrə ―Çoban nə üçün Bozdarı itirmişdi?‖, 

―Çoban Bozdarı haradan tapdı?‖, ―Bozdar nə üçün çobanın ayaqları 

altına yıxılırdı?‖, ―Çoban Bozdarın balalarına necə kömək etdi?‖ və 

s. Şagirdlər suallara düşünülmüş, dəqiq və anlaşıqlı cavablar axtar-

malı olduqlarından hazır qəliblərdən istifadə edə bilmir, özləri məz-

muna uyğun forma seçməli olurlar. Bu isə məzmunu şüurlu şəkildə 

ifadə etmək deməkdir. 

Məzmunu əyaniləşdirməklə nağıletmə. I-IV siniflərdə məzmu-

nun  əyaniləşdirilməsi  öz  sözləri  ilə  nağıletmədə  mühüm  rol  oyna-

maqla, məzmunun şüurlu mənimsənilməsinə də güclü təsir göstərir. 

Bunun üçün I sinfin ―Əlifba‖, II-IV siniflərin ―Oxu‖ dərsliklərində 

ayrı-ayrı mətnlərin məzmunu ilə bağlı xeyli seriya və süjetli illüst-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə