Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə50/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   46   47   48   49   50   51   52   53   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

150 



oxu  məşğələsi  üçün  tövsiyə  edilən  əsərlərə  şagirdləri  həvəsləndir-

mək üçün bəzi maraqlı epizodlardan da söhbət açılır. 

Sinifdənxaric oxu məşğələləri beş mərhələdə aparıla bilər. Giriş 

müsahibəsi;  əsərin  müəyyən  hissəsini  ucadan  (I  sinifdə  yalnız 

müəllim;  II-IV  siniflərdə  müəllim  və  bir-iki  şagird  tərəfindən) 

oxunması  (və  ya  nağıl  olunması);  əsərin  müzakirəsi;  müzakirənin 

yekunlaşdırılması; növbəti sinifdənxaric oxu üçün tövsiyələrin ve-

rilməsi. 

Birincidə müəllim şagirdlərin əvvəlki məşğələdə tövsiyə edilən 

əsərlərin  nə  dərəcədə  oxunmasını  müəyyənləşdirir.  Sinifdə  danış-

maq,  fıkir  söyləmək  üçün  canlı  situasiya  yaradır.  İkincidə  əsərin 

məzmunu və ideyası, başlıca obrazlar şagirdlərə xatırladılır. Üçün-

cü üçün  əlverişli zəmin yaradılır. Əsərin məzmununu və ideyasını 

şagirdlərin nə dərəcədə mənimsədikləri aşkara çıxarılır. 

Oxucuların  hər  biri  məzmuna,  obrazların  hərəkətinə  şəxsi  mü-

nasibətini  bildirir.  Sinifdə  müxtəlif  flkirlər,  mülahizələr  irəli  sürü-

lür.  Dördüncüdə  məzmun  ümumiləşdirilir.  Şagirdlərin  dərslikdən 

oxuduqları materialların məzmunu ilə uşaqların müşahidələri, şəxsi 

təcrübələri  əlaqələndirilir.  Tərbiyəvi  nəticə  çıxarılır.  Nəhayət,  be-

şincidə şagirdlərə tövsiyə edilən əsərlərin müəllifləri haqqında mə-

lumat verilir, kitabdakı illüstrasiyalara baxılır, onların bəzi maraqlı 

hissələri oxunur. 

Təcrübə  göstərir  ki,  sinifdənxaric  oxu  üzrə  iş  iki  istiqamətdə 

aparılmalıdır: 

a) proqramın tələblərinə və dərslikdəki materiallara uyğun əsər-

lərin oxusu; b) şagirdlərin  yaş  və bilik  səviyyəsinə uyğun olmaqla 

arzularına  görə  əsərlərin  müstəqil  oxusu.  Birinci  qrupa  aid  olan 

əsərlərin oxusu adından məlum oldugu kimi məcburidir. Bu mate-

rialların oxusu ilə şagirdlərin aldıqları biliklər daha  da zənginləşir 

və inkişaf edir. 

İkinci qrupa aid olan materialların oxusu şagirdlərin əksəriyyə-

tinin istəyindən asılıdır. Təcrübə göstərir ki, bu zaman şagirdlər ki-

tab seçməkdə çətinlik çəkirlər. Onların bir qrupu kitabı cildinə, şə-

killərinə, yoldaşlarının və yaşlıların sözünə görə seçirlər. Ona görə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

151 



də müəllim kitabxançı ilə yaxından əlaqə saxlamalı, hər sinif üçün 

şagirdlərə tövsiyə olunacaq əsərlərin siyahısını təqdim etməlidir. 

Şagirdlər bu materiallar əsasında dərslikdə olmayan məlumatlar 

alırlar. Bunlar da öz növbəsində onların dərslikdən əldə etdikləri bi-

likləri zənginləşdirir, dərinləşdirir və sistemə salmağa kömək göstə-

rir. 


Sinifdənxaric  oxunun  səmərəli  təşkilində  hazırlıq  mərhələsinə 

ciddi  diqqət  yetirilməlidir.  Hazırlıq  dedikdə  planın  tərtibi  və  ədə-

biyyatın seçilməsi məsələləri nəzərdə tutulmalıdır. Təcrübə göstərir 

ki, ideya-bədii keyfiyyəti yüksək, uşaq dilində yazılmış, sadə canlı 

məzmunlu və macəralarla dolu olan uşaq bədii əsərlərinin tərbiyəvi 

təsiri  şagirdlərin  mənəvi  aləminin  zənginləşməsinə  daha  çox  qida 

verir. 

I-II sinif şagirdləri uşaqların həyatından, əyləncəli, gülməli, ma-



cəralardan bəhs edən hekayələri çox sevirlər. 

I-IV sinif şagirdləri isə bu qədər ciddi, hətta müharibədən bəhs 

olunan  əsərlərə  meyl  edirlər.  Bu  zaman  şagirdlərə  təqdim  olunan 

əsərlərin  yığcam  və  bədii  cəhətdən  ideyasının  konkretliyinə,  uşaq 

ruhuna  yaxınlığına,  əsərdə  xeyir  və  şər  qüvvələrə  qarşı  müəllifin 

münasibətinin meydana çıxarılmasına çalışmalıdır. 

Bununla belə şagirdlərə tövsiyə olunan sinifdənxaric oxu mate-

rialları maraqlı süjet üzərində qurulmaqla tərbiyəvi cəhətdən yetkin 

olmalı, şagirdləri düşündürməli, onlara təsir göstərməli, ən başlıcası 

qəhrəmanlığı, mübarizliyi, əsl həqiqətləri əks etdirməlidir. 

Sinifdənxaric oxu üçün bədii əsərlər seçilərkən müəllim onların 

janr  xüsusiyyətlərini  (nağıl,  bədii  hekayə,  şeir),  onlarda  ifadə  olu-

nan fikrin dərinliyini, uşaqların onlardan nə dərəcədə düzgün nəticə 

çıxara  bilmələrini  diqqət  mərkəzində  saxlamalıdır.  Məsələn,  I-II 

sinif  şagirdləri  nağıllar  əsasında  yazılmış  bədii  əsərləri  aludəliklə 

qarşılayırlar.  Bu  məqsədlə  onlara  L.Tolstoy,  A.Qaydar,  S.Marşak, 

A.Şaiq,  M.Seyidzadə,  M.Rzaquluzadə  və  başqalarının  qələmə  al-

dıqları əsərləri təqdim etmək məsləhətdir. 

V.Kononov,  V.Oseyeva,  S.S.Axundov,  Ə.Əhmədova,  Q.İlkin, 

Ə.Məmmədxanlı, H.Zeynalova və  başqalarının  elmi-bədii hekayə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

152 



lərini,  Y.Kapula,  A.S.Puşkin,  İ.Krılov,  S.Marşak,  R.Əfəndiyev, 

M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, Ə.Cəmil, Z.Cabbarzadə, H.Abbasza-

də,  B.Vahabzadə,  N.Xəzri,  M.Seyidzadə,  Ə.Kərim,  H.Ziya,  İ.Tap-

dıq,  M.Dilbazi,  H.Razi,  T.Mütəllibov,  T.Elçin,  İ.Səfərli,  B.Azər-

oğlu,  H.Hüseynzadə  və  b.  uşaq  şeirlərini  sinifdənxaric  oxu  üçün 

tapşırmaq olar. 

Təcrübə göstərir ki, ibtidai sinif şagirdlərinin diqqəti çox zaman 

bədii əsərdəki parlaq obrazlara  yönəlir, onların fəaliyyətlərini  yad-

larında saxlayırlar. Kiçik epizodik obrazlar onların diqqətindən ya-

yınır, bəzən də bütövlükdə əsərin məzmun və ideyasını kifayət də-

rəcədə mənimsəmir, onlardan tərbiyəvi nəticə çıxara bilmirlər. Belə 

olduqda müəllim əsərin məzmunu ilə əlaqədar sinfə suallar vermə-

li, şagirdlərin diqqətini əsas ideyanın başa düşülməsinə yönəltməli-

dir. 


II-IV  siniflərdə  sinifdənxaric  oxu  üçün  əsərlərin  siyahısı  tədris 

ilinin  əvvəlində  böyük  kağıza  yazılaraq,  sinfin  görkəmli  yerindən 

asılmalı, siyahının aşağısında isə iri şriflərlə ―Bu kitablarda maraqlı 

hadisələrdən  bəhs  olunur.  Bunları  oxuyun!‖  cümlələri  qeyd  olun-

malıdır. 

Ola  bilər  ki,  şagirdlərin  mütaliə  marağını  artırmaq  üçün  müəl-

lim  onların  (şagirdlərin)  ad  və  familiyaları  yazılmış  cibciklər  kas-

sası hazırlatsın. Həmin kassanı sinifdənxaric oxu materialları siya-

hısının yanından assın. Şagirdlər hər dəfə oxuduqları əsərlərin adı-

nı, müəllifin ad və familiyasını kartoçkaya yazıb, özünəməxsus cib-

ciyə qoysun. Bu kassanın köməyi ilə müəllim hər bir şagirdin hansı 

əsəri oxuması haqqında xəbərdar olur, onların bu sahəsindəki işinə 

düzgün istiqamət verir. 

Bu da bir həqiqətdir ki, bəzi kənd məktəblərində kitabxana fon-

dunun  kasıblığı  üzündən  şagirdlər  tələb  olunan  kitabları  əldə  edə 

bilmirlər. Müəllim bu çatışmazlığı nəzərə alaraq özü (əlbəttə ibtidai 

və  yuxarı  sinif  şagirdlərinin  köməyi  ilə)  ―sinif  kitabxanası  fondu‖ 

təşkil etməlidir. Yaxud da ki rayon və şəhər kitabxanaları ilə əlaqə 

yaratmalıdır. 

Həm sinif, həm də məktəb kitabxanasında kataloqların hazırlan-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə