Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə48/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   44   45   46   47   48   49   50   51   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

144 



du qurda düçar‖, ―məlum‖, ―sərçeşmə‖, ―əcaba‖, ―yasar‖ sözlərinin 

mənası açılır. 



Təmsilin  məzmunu  ilə  bağlı  qısa  izahat:  Uşaqlar,  bu  gün 

―Qurd və quzu‖ təmsilini öyrənəcəksiniz. O, adi danışıq dilində ya-

zılmış hekayəyə çox oxşayır.  Hekayədən fərqli olaraq burada işti-

rak edən obrazlar heyvanlardır — Qurd və Quzu. Obrazların hər bi-

rinin  sözü,  hərəkəti  özünün  xarakterinin  açılmasına  kömək  edir. 

Mən təmsili oxuyacağam. Siz qurdun ciddi suallarına, quzunun isə 

yalvarıcı cavablarına fikir verin. 

Təmsilin müəllim tərəfindən oxunması. Obrazların hər birinin 

hərəkətinə, danışıq tərzinə müvafıq ahənglə təmsil oxunur. Şagird-

lər  diqqətlə  qulaq  asır,  qurd  və  quzunun  bir-birinə  münasibətini 

müəllimin oxu nümunəsindən öyrənirlər. 



Təmsilin  məzmunu  ilə  əlaqədar  müsahibə.  Təmsildə kimlər-

dən bəhs olunur? Quzu qurda harada rast gəlir? Quzunu görən kimi 

qurd nə fikirləşdi? Quzunu yemək üçün qurd hansı bəhanə gətirdi? 

Quzu  ona  necə  cavab  verdi?  Qurd  acıqlanıb  quzuya  nə  dedi? 

Quzu necə oldu? və s. 

Təmsilin məzmunu üzrə şəkillərin çəkilməsi. Şagirdlər təmsi-

li  oxuyaraq,  məzmuna  uyğun  üç  şəkil  çəkmək  mümkün  olduğunu 

deyirlər. 

Birincidə çay axır. Qurd su içir. Quzu isə bir az aralıda dayanıb 

ona baxır. 

İkincidə qurd və quzu qarşı-qarşıya dayanıb. Qurd dişlərini qı-

cıyıb. Quzu qorxa-qorxa ona baxır. 

Üçüncüdə qurd quzunu parçalayıb dağıdır. 

Şəkillərə başlıqların verilməsi. Şagirdlər şəkillərə müxtəlif baş-

lıqlar verirlər. Müəllim onlardan ən yaxşılarını (uyğun gələni) yazı 

taxtasına  yazır:  ―Quzunun  qurda  rast  gəlməsi‖,  ―Qurdla  quzunun 

mübahisəsi‖, ―Qurdun quzunu parçalaması‖. 



Plan  üzrə  məzmunun  nağıl  olunması.  Məzmunu  planın  hər 

maddəsi  üzrə  əvvəl  bir  şagird  danışır.  Sonra  bütün  maddələr  üzrə 

başqa şagird məzmunu nağıl edir. 

Ümumiləşdirici  müsahibə.  Qurd  və  quzu  danışa  bilirlərmi? 



Ağarəhim                                                                                                     Əsərlər 

 

145 



Bəs nə üçün müəllif qurd və quzu obrazlarını yaradıb? Hansı adam-

ları şair qurda bənzədir? Bəs hansıları quzuya bənzədir? Sizcə qurd 

düzgün hərəkət etmişdi? ―Böhtana düşən odsuz yanar‖ atalar sözü-

nü  necə  başa  düşürsünüz?  Bu  atalar  sözünü  təmsildə  kimə  aid  et-

mək  olar?  ―Qurd  tükünü  dəyişər,  xasiyyətini  yox‖  atalar  sözü  ilə 

şair nə demək istəyir? Aşağıdakı tapmaca nəyə aiddir? 

 

O tayda durar gedər



Boynunu burar gedər. 

Bir sürüyə girəndə  

Qırxını qırar gedər. 

 

Təmsilin  ifadəli  oxusu  üzrə  iş.  ―Neyçin  suya  girdin‖,  ―əcəba‖ 



―yasar‖, ―nə deyirsən, bu doğrudur, ya yalan söz‖ ifadə və misrası 

nə  üçün  ucadan  oxunur?  ―Dedi‖,  ―səsləndi‖,  ―gəldi‖,  ―fəryada‖, 

―söylədi‖  sözlərindən  sonra  nə  üçün  bir  qədər  uzun  fasilə  edilir? 

Quzunun sözləri nə üçün astadan oxunur? Qurdun sözləri isə bəs nə 

üçün ucadan deyilır? və s. 

Aydın diksiyası olan qüvvətli şagirdlərdən bir-ikisi təmsili ifa-

dəli oxuyur. 

Təmsilin  rollar  üzrə  oxunması.  Şagirdlərdən  biri  aparıcının, 

ikincisi qurdun, üçüncüsü isə quzunun sözlərini oxuyur, rolun özü-

nə məxsus obrazını yaradır. 

Evə tapşırıq. Təmsili ifadəli oxumaq və əzbərləmək. 

M.Dilbazinin «Öz vətənimdir» şeirinin oxusuna həsr olunmuş 

dərsin təxmini sxemi (IV sinif). 

Məqsəd.  ―Öz vətənimdir‖ şeirinin məzmununun ifadəli oxunu-

şunu  şagirdlərə  çatdırmaq  və  öyrətmək  onlarda  vətənə  məhəbbət 

hissi tərbiyə etmək. Şeiri oxuyarkən özünənəzarət və özünüqiymət-

ləndirmə vərdişlərini inkişaf etdirmək. 



Təchizat.  Maqnitofon,  vətənimizin  füsünkar  gözəlliklərini, 

müxtəlif şəhər və kəndlərini, təsərrüfat sahələrini, meşələri, çayları, 

gölləri,  bol  məhsullu  ta  rlaları,  zavodları,  fabrikləri  və  s.    özündə 

əks etdirən süjetli şəkillər, diafilm, kinofilm və s. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

146 



Giriş  müsahibəsi.  Vətən  deyəndə  nə  baş  düşürsünüz?  Vətən 

haradan  başlanır?  Düzləri,  çəmənlikləri,  meşələri,  çayları,  dağları 

vətən  adlandırmaq  olarmı?  Olarsa,  nə  üçün?  Vətənimizi  nə  üçün 

«Ana vətən adlandırırıq? Vətəni nəyə görə sevirik? 



Hekayənin  məzmunu  ilə  əlaqədar  şəkil  üzrə  iş.  Vətənimizin 

müxtəlif  guşələrinin  təsvir  olunduğu  şəkillərdən  bir-ikisini  sinifdə 

nümayiş  etdirmək,  Vətənə  həsr  olunmuş  diafilmlərə  baxmaqla  şa-

girdlərin  vətən  haqqındakı  təsəvvürlərini  əyani  əsaslarla  genişlən-

dirmək. 

Şeirin  maqnitofonda  ifadəli  səsləndirilməsi.  Heç  bir  izahat 

aparmadan oxunu dinlətmək, intonasiyaya, fasiləyə, məntiqi vurğu-

ya,  ədəbi  tələffüz  qaydalarının  gözlənilməsinə,  səsin  tonallığına, 

məzmununa və s. diqqətlə qulaq asdırmaq. 



Şeirdəki bir qism çətin sözlər üzərində lüğət işi. Şagirdlərin 

diqqətini  «qızıl  sünbüllər»,  «büllur  kimi  sular»,  «rəngi  buludların 

mərcan  tək  aldır»,  «gümüş  kəmər  tək»,  «lal  sular»  və  «qızıl  şəfəq 

rəngli  bayrağı‖  kimi  obrazlı  ifadələrə  yönəltmək,  onların  kontekst 

daxilində qazandığı lüğəvi mənanı sual-cavabla açmaq. Obrazlı ifa-

dələrin  nitqi  nə  qədər  zənginləşdirməsini,  büllurlaşdırmasını  şeirin 

hər bir bəndində müqayisə yolu ilə şagirdlərə başa salmaq. 

Şeirin  şagirdlər  tərəfindən  ifadəli  oxunması.  Şeiri əvvəl  ay-

dın diksiyası olan şagirdə ifadəli oxutmaq. Sonra hər bəndi bir şa-

girdə ifadəli oxutdurmaq. Məntiqi fasilənin, məntiqi vurğunun göz-

lənilməsini  izlətmək,  səhvə  yol  verən  şagirdə  kömək  göstərmək. 

Sətirlərin  axırında  bir-biri  ilə  səsləşən  sözləri  və  ifadələri  seçdir-

mək;  məsələn, mənimdir  — vətənimdir;  aldır  —  xəyaldır; dolanıb 

axır — bulanıb axır; gözündən — düzündən və s. 

Şeirin əzbər öyrənilməsi.  

Evə tapşırıq. ―Mənim vətənim‖, yaxud ―Vətən hər şeydən əziz-

dir‖ mövzusunda inşa yazdırmaq. 

 

 

 

 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə