Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə47/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   43   44   45   46   47   48   49   50   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

141 



maq. 

Nağılın məzmunu ilə əlaqədar müsahibə. Ata öz var-dövlətini 

nə  üçün  oğulları  arasında  bölüşdürdü?  O,  oğullarına  nəyi  vəsiyyət 

etdi? Oğullar necə izah etdi? Atanın vəsiyyətinə kim düzgün əməl 

etmişdi? və s. suallara cavab almaq. 



Nağılın planı üzrə iş. 

1.  Yazı  taxtasında  qeyri-məntiqi  ardıcıllıqla  əvvəlcədən  yazıl-

mış  planın  üstünü  açmaq;  Kiçik  qardaşın  atanın  vəsiyyətini  başa 

düşməməsi; Kiçik qardaşın kasıblaşması; Atanın vəsiyyəti; Böyük 

qardaşın varlanması. 

2.  Planın  maddələrini  məntiqi  ardıcıllıqla  düzdürmək,  nağılı 

səssiz oxutmaq və hər maddəyə aid hissəni müəyyənləşdirməyi tap-

şırmaq. 


3. Planın maddələrinin hərəsini bir şagirdə oxutdurmaq, ona aid 

hissənin məzmununu danışdırmaq. 



Nağılın  məzmununu  bütöv  oxutdurmaq.  Bir  şagirdə  mətni 

bütöv oxutdurmaq, bütün sinfə oxuyanı dinlətmək. 



Nağılın  məzmununu  danışdırmaq.  Bir  şagirdə  məzmunu  ol-

duğu kimi nağıl etdirmək. Danışığın ifadəliliyini gözlətmək. Səhvə 

yol verildikdə dərhal düzəliş vermək. 

Ümumiləşdirici  müsahibə.  Ata  oğullarına  nə  üçün  vəsiyyət 

edir? Oğullarına ―ləzzətlə  yeyin‖ deməkdə atanın məqsədi  nə idi? 

―Vicdanla  işləmək‖  sözünü  necə  başa  düşürsünüz?  İşləməyin  fay-

dası nədir? ―İstəyirsən bal, çörək, Al əlinə bel, kürək‖ atalar sözünü 

necə  başa  düşürsünüz?  Nağılda  əsas  fikir  nədir?  Bu  kimi  suallar 

əsasında nağılın məzmununu ümumiləşdirmək, əsas ideyanı aydın-

laşdırmaq. 

Evə tapşırıq. Nağılın məzmununa uyğun fikirləşib, hekayə qur-

durmaq və növbəti oxu dərsində onu danışacaqlarını şagirdlərə çat-

dırmaq. 

 

X.Rzanın “Ana yurdum” şeirinin oxusuna həsr olunmuş dər-

sin təxmini sxemi (III sinif). 

Məqsəd:  Respublikamızın müxtəlif şəhər və rayonları, təsərrü-



Ağarəhim                                                                                                     Əsərlər 

 

142 



fat  sahələri,  səfalı  yerləri  və  s.  haqqında  şagirdlərə  məlumat  ver-

mək, onların Azərbaycanla əlaqədar təsəvvürlərini genişləndirmək, 

zənginləşdirmək və onları ifadəli oxumaq bacarığına yiyələndirmək 

üçün məşq etdirmək. 



Təchizat:  Şəkillər,  qrammofon  valları,  plastinkalar,  maqnito-

fon, kino lentləri, diafilm, filmoskop və s. 



Giriş müsahibəsi. Azərbaycanın rayon və şəhərləri, şagirdlərin 

bu  yerlərdən  hansılarında  olmaları,  respublikanın  müxtəlif  ərazisi, 

görməli, istirahət etməli yerləri, çay plantasiyaları, dağları, çayları 

və s. əlaqədar müsahibə aparmaq. 



Şeirin  maqnitofonda  səsləndirilməsi.  Şagirdlərə kitabı örtdü-

rüb oxunu dinlətmək. İntonasiyaya, fasiləyə, məntiqi vurğuya, söz-

lərin ədəbi tələffüzünə, həmçinin məzmuna diqqət yetirmək. 

Şeirin  məzmunu  ilə  əlaqədar  şəkil,  diafilm  və  fllmoskopda 

ana yurdun bəzi guşələrinin nümayiş etdirilməsi. 

Şagirdlərə  müxtəlif  şəkillərdə,  diafilmdə,  fılmoskopda  Göyça-

yın nar, Quba və Qusarın alma bağlarını, Zaqatala qoruğunu, Min-

gəçevir  dənizini,  Muğanın,  Şirvanın  pambıq  tarlalarını,  Daşkəsən 

dağlarını, Göygölü və s. müşahidə etdirmək, bəzi suallara cavablar 

almaq, onlarda həyəcanlı hisslər yaratmaq. 

Plastinkada  xalq  artisti  R.Behbudovun  ifasında  Ə.Əlibəylinin 

sözlərinə yazılmış ―Azərbaycan‖ mahnısını səsləndirmək. 



Şeirin  məzmun  və  ideyasının  nə  dərəcədə  qavranılmasını 

yoxlamaq məqsədi ilə müsahibə. 

Şeirdə  respublikanın  hansı  rayon  və  şəhərlərinin  adı  çəkilir? 

Respublikamızda  hansı  bitkilər  yetişir?  Şeirdə  hansı  düzlərin  adı 

çəkilir? Ana yurdun belə çiçəklənməsinə səbəb nə olmuşdur? Şeir-

də göstərilən bütün yerləri ana vətən adlandıra bilərikmi? Azərbay-

canın var-dövləti haqqında nə deyə bilərsiniz? Azərbaycanın gözəl-

liyi şeirdə necə təsvir olunur? və s. 

Şeirin  şagirdlər  tərəfindən  oxunması  və  təhlili.  Şeirin  hər 

bəndini bir şagirdə oxutdurmaq. Təhlil prosesində ―qoynun sənin‖, 

―qızıl  narı‖,  ―qızıl  Quba‖,  ―qızıl  Qusar‖,  ―gül  yanaqlı  almalar‖, 

―Muğan  gülür‖, ―fıliz  yatır‖, ―Xan çinarlar  göyə  qalxır‖, ―Çeşmə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

143 



lərdə gözüm qaldı‖, ―Dərələrin gül beşiyi‖, ―Təpələrin gül dağıdır‖ 

obrazlı ifadələrin və misraların mənasını açmaq. 



Ümumiləşdirici  müsahibə.  Azərbaycanda  şeirdə  təsvir  olun-

mayan daha hansı bitkilər yetişir? Şeirdə adı çəkilməyən hansı şə-

hər və rayonları tanıyırsınız? Ana yurdu nə üçün sevirsiniz? Şeir nə 

üçün ―Ana yurdum‖ adlandırılır? Şeirdə ən çox xoşunuza gələn his-

sə hansıdır? Azərbaycan haqqında daha nə bilirsiniz? 

Şeirin şagirdlər tərəflndən ifadəli oxunması. Şeiri bir şagirdə 

ifadəli  oxutmaq.  Oxunu  izləmək,  intonasiyaya,  fasiləyə,  məntiqi 

vurğuya, ahəngə necə əməl etdiyinə diqqət yetirmək, səhvə yol ve-

rildikdə düzəliş aparmaq, düzgün tələffüz olunmayan söz və ifadə-

ləri təkrar etdirmək, obrazlı ifadələri tapdırmaq: ana  yurdun qoy-

nunda, qızıl narı, Muğan gülür, gül yanaqlı almaları və s.; sətir-

lərin  sonundakı  bir-birilə  səsləşən  sözləri  seçdirmək;  oymaq-tor-

paq, sarı-narı, gəlir-gülür, yatır-qalxır, dağlarında-bağlarında, bula-

ğına-yaylağına, dağıdır-bayrağıdır və s. 



Şeirin əzbər öyrənilməsi. Şeirdən xoşa gələn bəndləri əzbərlət-

mək. 


Evə  tapşırıq.  ―Ana  yurdum‖,  ―Doğma  vətənim‖,  ―Azərbayca-

nım‖  mövzularından  biri  üzrə  inşa  yazmaq  (hər  kəs  istədiyini  se-

çir). 

 

İ.Krılovun “Qurd və quzu” təmsilinin oxusuna həsr olunmuş 

dərsin icmalı (IV sinif). 

Məqsəd:  İnsanların  nöqsanlarını  heyvanların  dili  ilə  açmaq, 

müəllifin  gülüş  hədəfıni  şagirdlərə  başa  salmaq  və  onları  ifadəli 

oxu üzrə məşq etdirmək. 

Təchizat: Qurd, quzu, çay və təmsilə aid şəkil. 

Giriş  müsahibəsi.  Uşaqlar, hansı  təmsilləri oxumusunuz? On-

larda  iştirak  edən  surətləri  deyə  bilərsinizmi?  Təmsillərdə  verilən 

surətlər nə üçün heyvan adı ilə verilir? və s. kimi suallara cavablar 

alınır. 


Təmsilin  məzmunu  ilə  əlaqədar  lüğət  işi.  Təmsilin ilk oxusu 

prosesində  məzmunun  anlaşılmasına  çətinlik  törədən  ―naçar‖,  ―ol-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə