Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

138 



cücələr özlərini necə aparırlar? Onlar necə səs çıxarırlar? Siz cücə-

ləri sevirsinizmi? Və s. 



Şeirin müəllim tərəfindən ifadəli oxusu.  Oxu prosesində ifa-

dəliliyi  gözləmək.  Şagirdlərin,  intonasiyalılığa,  fasiləyə,  məntiqi 

vurğuya və s. riayət etməsi. 

Şeirin məzmunu ilə əlaqədar həmin səhifədəki şəkil üzrə iş. 

1. Müsahibə əsasında şəklin məzmununu  açmaq, təsvir olunan 

hadisəni şeirlə əlaqələndirmək. 

2. Maqnitofonda Q.Hüseynlinin T.Mütəllibovun sözlərinə yazıl-

mış ―Cücələrim‖ mahnısını səsləndirmək, şagirdlərdə yüksək əhva-

li-ruhiyyə yaratmaq. 



Şeirin  məzmununun  qavranılmasını  yoxlamaq  məqsədi  ilə 

müsahibə.  Birinci  bənddə  cücələr  haqqında  nə  deyilir?  İkinci 

bənddə nə deyilir? Bəs üçüncü bənddə? Şeir xoşunuza gəlirmi? Nə-

yə görə? 

Şeirin  şagirdlər  tərəfindən  oxunması  və  təhlili.  Şeirin  hər 

bəndini bir şagirdə oxutdurmaq. Təhlil zamanı ―birər-birər‖, ―eşələ-

nər‖, ―lümək-lümək‖, ―düzəklidir‖ sözlərinin mənasını izah etmək. 

Şeirin əzbər öyrənilməsi. 

“Yazda təbiət” mövzusunda ümumiləşdirici dərsin icmalı (II si-

nif). 

 

Məqsəd:  ―Yaz‖  bölməsi  üzrə  məlumatları  şagirdlərin  təsəvvü-

ründə bir daha canlandırmaq, onların bu sahədəki biliklərini ümu-

miləşdirmək və sistemləşdirmək. 

Təchizat:  Dərslikdəki  və  sinifdənxaric  oxu  materialları,  müşa-

hidə, ekskursiya prosesində toplanan əşyalar, maqnitofon, yaza aid 

otkrıtkalar, şəkillər, diafilm və s. 

Giriş müsahibəsi. Müəllim mövzunun mahiyyətini başa salmaq 

üçün qış  və yaz fəsilləri arasındakı təzadın açılması, hər iki fəslin 

spesifik  xüsusiyyətlərinin  şagirdlərin  təsəvvüründə  canlandırılması 

məqsədi ilə aşağıdakı kimi suallar verir: 

— Uşaqlar, qışda göyün üzü, günəş, hava necə olur? Bəs yazda 

necə olur? Qışda ağaclar, otlar, çiçəklər necə olur? Bəs yazda? Qış-




Ağarəhim                                                                                                     Əsərlər 

 

139 



da quşlar necə olur? Yazda hansı quşları görürsünüz? Qışda həşə-

ratlar harada yaşayırlar? Yazda həşəratlar necə olur? Qışda heyvan-

lar harada saxlanılır? Yazda heyvanlara necə baxırlar? Qışda insan-

lar hansı işləri görürlər? Bəs yazda? 



 

Yaza aid şeir parçasının oxunması: 

Yaşıla bürünər çəmən, dağ, meşə, 

Ayılar yuxudan nərgiz, bənövşə. 

Qışın şaxtasında inan həmişə  

Həsrətin qəlbləri yaxar, ay bahar. 

Yaşıl reyhanların, qızıl güllərin  

Ətrini gətirər əsən yellərin  

Mən də bülbülüyəm bu şad ellərin

Sənin vurğununam bahar, ay bahar. 

         (Z.Cabbarzadə) 

 

Şagirdlər bu şeiri əvvəlcə səssiz oxuyurlar. Sonra şeirin məzmu-



nu üzrə müsahibə  gedir:  Bahar  hansı  fəslə  aiddir?  Yazda  dağ,  çə-

mən,  meşə  necə  olur?  Insanlar  nə  üçün  həmişə  yazın  həsrətini  çə-

kirlər?  Şair  ilin  hansı  vaxtının  vurğunudur?  O,  nə  üçün  belə  ifadə 

işlətmişdi? və s. 

Bundan sonra maqnitofonda  yaz haqqında mətnlər, şeirlər səs-

ləndirilir. 



Yaza aid şəkil və diafilmlərin nümayiş etdirilməsi. 

Yazda təbiət mənzərəsi təsvir olunmuş şəkillər bir-bir divardan 

asılır, diafilmlər göstərilir, onların məzmunu və yaz fəslindəki təbii 

dəyişmələrlə  əlaqədar  suallar  verilir.  Yazda  təbiətin  canlanması, 

hər  tərəfin  insanı  özünə  cəlb  edən  görkəmi,  onların  insanlarda  ya-

ratdığı hisslər və s. üzrə qısa söhbət aparılır. 



Şagirdlərin  fəaliyyəti  üzərində  müşahidə.  Şagirdlərin  yazda 

təbiət  lövhələrinə  aid  çəkdikləri  şəkillərə,  hazırladıqları  herbari  və 

kolleksiyalara baxılır. Yeri gəldikcə suallar verilir, şagirdlərin diq-

qəti daha vacib məsələlərə yönəldilir, yaz haqqında tapmacalar söy-

lənilir. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

140 



Yaz  haqqında  şifahi  inşaların  qurdurulması.  Yazda  göyün 

üzü, günəşin, havanın dəyişməsi, ağacların, otların, çiçəklərin yenı 

görkəm  alması,  həşəratların,  quşların,  heyvanların  həyat  tərzi,  in-

sanların məşğuliyyəti və s. haqqında söhbət aparılır. Bundan sonra 

şagirdlərə  ―Yazda  insanların  məşğuliyyəti‖,  ―Yazda  heyvanların 

həyat tərzi‖, ―Yazda quşların həyat tərzi‖ və s. mövzularda inşalar 

qurdururlar (hər kəs istədiyi mövzuda). 

Umumiləşdirici  müsahibə. Dərslikdən, sinifdənxarıc material-

lardan, şəkillərdən, diafilmlərdən və s. öyrənilənlər müsahibə vasi-

təsilə müəllim tərəfindən ümumiləşdirilir. 

“Afrika  xalq  nağılı”,  “Atanın  vəsiyyəti”nin  oxusuna  həsr 

olunmuş dərsin təxmini sxemi (II siııif). 

Məqsəd:  Nağılın  məzmununu  şagirdlərə  dərindən  mənimsət-

mək,  oradakı  fantaziyanı  onların  gözləri  qarşısında  canlandırmaq, 

əsas  ideyanı  açmaq,  uşaqları  əməyə  məhəbbət  ruhunda  tərbiyə  et-

mək və ifadəli oxumaq üzrə məşq etdirmək. 



Təchizat: Nağılın məzmunu ilə əlaqədar illüstrasiyalar, maqni-

tofon. 


Giriş  müsahibəsi. Məzmunu qavratmaq və sinifdə situativ şə-

rait yaratmaq məqsədi ilə ―Uşaqlar, hansı nağılları bilirsiniz? Bildi-

yiniz nağıllarda əsas surətlər hansılardır? Əməkdən bəhs edən hansı 

nağılları bilirsiniz?‖ və s. suallara cavab almaq. 



Nağılın  maqnitofonda  bütöv  oxunması.  Heç  bir  izahat  işi 

aparmadan  ifadəli  oxunu  dinləmək,  hər  rola  uyğun  səsin  (incə,  al-

çaq, uca, mülayim və s.) dəyişməsini, fasilənin gözlənilməsini, sü-

rətini,  məzmuna  uyğunluğunu,  sözlərin  ədəbi  tələffüz  formasına 

əsasən ifadəsini və s. müşahidə etmək. 

Nağılın məzmununun müəllim tərəfindən danışılması. Məz-

munu təxminən kitabdakı kimi danışmaq. Səsi rollara uyğun dəyiş-

mək,  hər  rolun  obrazını  yaratmaq,  onun  daxili  aləmini  açmağa  və 

şagirdlərin hissini, fantazisiyasını oyatmağa çalışmaq. 



Nağılın şagirdlər tərəfindən dialoqlar üzrə oxunması  hər 

bir hissənin danışılması. Aparıcının sözlərini birinci, kiçik oğulun 

sözlərini ikinci, böyük oğulun sözlərini isə üçüncü şagirdə oxutdur-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə