Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə54/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   50   51   52   53   54   55   56   57   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

162 



 

3. Azərbaycan dili tədrisinin prinsip və  

tələbləri 

 

Prinsip  hər  bir  adamın  şüurlu  fəaliyyətinin  əsasıdır.  Tələb  isə 



prinsip anlayışından doğur. Didaktikanın ümumi prinsipləri ilə ya-

naşı,  Azərbaycan  dili  tədrisi  metodikasının  da  spesifik  prinsipləri 

mövcuddur. 

Qrammatik-semantik prinsip. Bunun həyata keçirilməsi üçün 

bəzi  tələblərə  diqqət  yetirilməlidir:  şagirdlərin  nitqinin  söz  və  söz 

birləşmələri  blokları  ilə  zənginləşdirilməsi,  hər  bir  dil  vahidinin 

qrammatik  əlamətlərinin  həmin  vahidin  semantikası  əsasında  başa 

salınması;  dil  vahidinin  forması  ilə  məzmunu  arasındakı  vəhdətin 

başa  salınması;  cümlənin  strukturunu  mənimsətmək  üçün  əvvəlcə 

onun  məzmununun  və  ideyasının  öyrədilməsi;  sintaktik  bütövləri 

mənimsətmək  üçün  əvvəlcə  onun  predmetinin,  hissələr  arasındakı 

əlaqə və münasibətlərin öyrədilməsi və s. 

Nitqlə dilin qarşılıqlı əlaqəsi prinsipi. Bu prinsip müəyyən tə-

ləblər doğurur: nitqin məzmunu ilə forması arasındakı vəhdətin nə-

zərə alınması; nitqin ifadəliliyinin qiymətləndirilməsi; nitq predme-

tinin (haqqında danışdığı və ya yazdığı şeyi) şüurlu mənimsənilmə-

si; predmetlər (əşyalar, oxşar və fərqli mətnlər) arasındakı əlaqə və 

münasibətlərin  nəzərə  alınması;  dil  normalarının  öyrədilməsində 

uşağın  nitq  praktikasına  əsaslanılması;  dialekt  qüsurlarının  aradan 

qaldırılması;  şifahi  nitqlə,  yazılı  nitq  arasındakı  əlaqələrin  nəzərə 

alınması;  mütaliə  mədəniyyətinin  inkişaf  etdirilməsi  əsasında  şa-

girdlərin nitqinin praktik şəkildə müəyyən vahidlərlə zənginləşdiril-

məsi və s. 

Nəzəri  məlumatların  praktik  çalışmalar  zəminində  mənim-

sənilməsi prinsipi. Bu bəzi tələblərin həyata keçirilməsi zərurətini 

irəli sürür: oxu materialları üzərində dil hadisələrinin müşahidəsini; 

dil  vahidlərinin  nitq  praktikasında  işlədilməsini;  nəzəri  qaydaların 

praktik  çalışmalara  tətbiqini,  yaxud  əksinə,  praktik  çalışmalardan 

nəzəri  müddəaların  çıxarılmasını;  maqnitofon  lentləri,  qrammofon 



Ağarəhim                                                                                                     Əsərlər 

 

163 



valları,  plastinkalar  vasitəsi  ilə  ifadəli  oxunun  dinlənilməsi  və  on-

dan zəruri nəticələrin hasil edilməsi və s. 



Dilin vahid strukturunun gözlənilməsi prinsipi. Buna verilən 

tələblər isə aşağıdakılardır: dilin bütün komponentlərinin vəhdətdə 

götürülməsi;  Azərbaycan dilinin hər bölməsinin ünsürləri (söz  ya-

radıcılığı, nitq hissələri, söz birləşməsi, sadə cümlə, cümlə üzvləri, 

mürəkkəb  cümlə  və  s.)  arasında  əlaqə  və  münasibətlərin  nəzərə 

alınması; fənlərarası əlaqəyə diqqətin yetirilməsi; siniflər arasında-

kı varislik əlaqəsinin nəzərə alınması və s. 

Azərbaycan  dilinin  tədrisində  bu  prinsiplər  bir-birindən  təcrid 

olunmuş şəkildə deyil, dialektik vəhdətdə, qarşılıqlı əlaqədə tətbiq 

edilməlidir. 

Bu sahədəki işləri müvəffəqiyyətlə həll etmək üçün aşağıdakıla-

ra əməl olunmalıdır: 

1. Azərbaycan dilinin hər bir səviyyəsi üzrə aparılan işlər onun 

digər səviyyələri ilə də əlaqələndirilməlidir. 

2.  Azərbaycan  dili  tədris  prosesində  şagirdlərin  fərdi  xüsusiy-

yətləri, idrakının potensial imkanları, bilik səviyyəsi mütləq nəzərə 

alınmalıdır. Bu həmin sahədə aparılan işləri düzgün planlaşdırmağa 

və sistemə salmağa geniş imkanlar açır. 

3. Azərbaycan dilinin tədrisində şagirdlərə təqdim olunan çalış-

maların məzmunu və ideyaca zənginliyinə xüsusi diqqət yetirilməli, 

bu  sahədəki  işlər  onların  ümumi  inkişafının  təmin  edilməsinə  yö-

nəldilməlidir. 

4.  Azərbaycan  dilinin  tədrisində  mümkün  qədər  kompleks  ya-

naşma metodlanndan, təlimin ən optimal vasitə və yollarından ya-

radıcılıqla istifadə olunmalıdır. 

5. Azərbaycan dilinin tədrisi üzrə aparılan işlər şagirdlərin idrak 

fəaliyyətinin  inkişafına  yönəldilməlidir,  onlara  təhlil-tərkib,  müqa-

yisə aparmaq praktik çalışmalardan nəzəri ümumiləşdirmələrə gəl-

mək bacarıqları aşılanmalıdır. 

6.  İbtidai  sinif  şagirdləri  yuxarı  siniflərdə  Azərbaycan  dilindən 

sistematik kursu hərtərəfli və dərindən öyrənməyə hazırlanmalıdır-

lar. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

164 



7.  Azərbaycan  dilinin  tədrisi  üzrə  aparılan  işlər  məktəblilərin 

nitqinin inkişafı istiqamətinə yönəldilməlidir. 

8. Azərbaycan dilinin tədrisində linqvistika, dialektika və psixo-

logiya elmlərinin son nailiyyətlərinə əsaslanılmalıdır. 

 

4. Azərbaycan dili tədrisinin metod və  

priyomları 

 

Məlumdur  ki,  məqsədə  nail  olma  yolu  və  həmçinin  şərh,  izah 



üsulu metodlarının düzgün seçilməsi tədris materiallarının məzmu-

nundan  doğur  və  ona  tabedir.  Əks  halda  təlim  prosesində  tətbiq 

olunan metodlar məzmunun tam açılması işini təmin etmir. 

Fəlsəfi,  psixoloji  və  pedaqoji  ədəbiyyatda  elmin  metodlarını 

ümumi, dialektik, xüsusi (induktiv və deduktiv) və spesifik olmaqla 

üç  qrupa  (müşahidə,  ümumiləşdirmə  və  eksperiment)  ayırırlar. 

Azərbaycan dilinin tədrisi metodikasında elmi metodların hamısın-

dan (həm  ümumi,  həm  xüsusi, həm  də  spesifik  metodlardan) kifa-

yət qədər istifadə olunur. 

Lakin başlıca yeri spesifık metodlar tutür. Onu da qeyd edək ki, 

pedaqoji ədəbiyyatda metod anlayışına müxtəlif mövqelərdən yana-

şılır, biri digərindən bu və ya digər dərəcədə fərqlənən təriflər veri-

lir. Gah da dil təlimi metodikasının spesifik cəhətləri kifayət qədər 

aşkarlanmadığından, dəqiqləşdirilmədiyindən, o tez-tez qarışdırılır, 

bir-birinin  sinonimi  kimi  şərh  olunur.  Məsələn,  elə  götürək  qram-

matik  təhlil  məsələsini  ―Ensiklopedik  lüğətdə‖

1

  qrammatik  təhlil 



―Metod-priyom və priyomlar məcmusu‖ kimi göstərilir, A.V.Teku-

çev


2

 həm metod, həm də iş növü, A.S.Abdullayev

3

 gah metod, gah 



da  vasitə,  L.P.Federenko

4

  bəzən  vasitə,  bəzən  priyom,  bəzən  də 



                                                 

1

 Энциклопедический словарь. Москва; Просвещение, 1984, стр.67. 



2

  А.В.Текучев.  Методика  преподования  русского  языка  в  средней 

школе. М., 1958, стр.58. 

3

  A.S.Abdullayev.  Orta  məktəbdə  Azərbaycan  dili  tədrisi  metodikası.  Bakı, 



Azərnəşr, 1964, səh.73. 

4

  Л.П.Федеренко.  Принципы  и  методу  обучени  русскому  языку.  М., 



1964, стр. 82-84. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə