Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə52/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   48   49   50   51   52   53   54   55   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

156 



 

V FƏSİL 

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI 

 

1. Azərbaycan dili tədrisinin məqsəd və 

vəzifələri 

 

İbtidai siniflərdə Azərbaycan dili tədrisi metodikasının hazırlan-



ması böyük aktuallıq kəsb edir. Məlumdur ki, dil bir sistemdir, on-

da ardıcıl, həmcins və ümumiləşdirici qayda-qanunlar mövcuddur. 

Kiçik yaşlı məktəblilərə Azərbaycan dilinin müxtəlif sahələri (lek-

sikologiya, fonetika, orfoepiya, orfoqrafiya, morfologiya, sintaksis, 

üslubiyyat...) üzrə sadə nəzəri və praktik bilik, bacarıq və vərdişlər 

vermək,  yazılı  və  şifahi  nitqin,  təfəkkürün  inkişafını  təmin  etmək, 

dilə həssas münasibət  formalaşdırmaq, onları  yuxarı siniflərdə sis-

tematik kursu öyrənməyə hazırlamaq və s. kimi işlər aparılır. Buna 

uyğun  olaraq,  ibtidai  siniflərdə  Azərbaycan  dili  tədrisi  metodikası 

elminin məqsədi həmin fənn üzrə kursda şagirdlərə veriləcək bilik, 

bacarıq  və  vərdişlərin  sərhədini,  həcmini  və  məzmununu  hazırla-

maq  və  bu  sahədə  aparılacaq  işlərin  səmərəli  vasitə  və  yollarını 

araşdırmaq, metodik sistemini hazırlamaqdır. 

Məqsədə uyğun olaraq, Azərbaycan dili tədrisi metodikası elmi-

nin vəzifələri aşağıdakılardır: 

— Azərbaycan dili materiallarının öyrədilməsi sahəsində mək-

təb təcrübəsini ümumiləşdirmək

—  Azərbaycan  dilinin  tədrisi  üzrə  işin  məzmununu  müəyyən-

ləşdirmək,  onun  mənimsədilməsinin  optimal  vasitə,  metod  və  pri-

yomlarını işləmək; 

— Azərbaycan dilindən  qazanılacaq bilik,  bacarıq və vərdişlə-

rin şagirdlərin nitq və təfəkkürünün inkişafına təsirini aşkara çıxar-

maq; 

— Azərbaycan dilinin öyrədilməsinin digər tədris fənlərinin də-



rindən mənimsənilməsinə təsirini müəyyənləşdirmək və s. 


Ağarəhim                                                                                                     Əsərlər 

 

157 



 

2. Azərbaycan dili tədrisinin məzmunu 

 

İbtidai  siniflərdə  Azərbaycan  dilinin  dərindən  mənimsənilməsi 



onun məzmununun düzgün və elmi əsaslar zəminində qurulmasın-

dan asılıdır. Proqramda Azərbaycan dilinin məzmununu bunlar təş-

kil  edir:  a)  fonetika,  leksika,  söz  yaradıcılığı  və  qrammatikaya 

(morfologiya və sintaksisə) aid məlumat; b) düzgün yazı qaydaları-

na (orfoqrafiya və durğu işarələrinə) aid biliklər; v) şıfahi və yazılı 

nitqə aid vərdişlər; q) üslubiyyata aid vərdişlər. 

Son  illər  respublikada  ibtidai  siniflərdə  Y.Ş.Kərimov,  A.N.Rə-

himov  və  başqalarının  apardıqları  sistemli  tədqiqatlar  əsasında 

Azərbaycan  dilindən  öyrədiləcək  tədris  materiallarının  həcmi,  sər-

hədi və məzmunu elmi şəkildə müəyyənləşdirilmiş, onun (məzmu-

nun) öyrədilməsinin nəzəri və praktik əsasları əsasən işlənmişdir. 

I-III siniflərdə dilin səs sistemi olan fonetikanın mənimsədilmə-

si üzrə bir sıra nəzəri və praktik işlər aparılır. Belə ki,  I snifdə şa-

girdlərə savad təlimi dövründə praktik yolla səs və hərf, sait və sa-

mit səslər öyrədilir, onlardan birinin digərindən fərqli cəhətləri açı-

lır.  Sait  səslərin  köməyi  ilə  hecaların  (ə-li,  şal,  sal,  əl,  nal,  al-ma, 

ma-şın,  ki-tab,  ki-ta-bın  və  s.)  düzəldilməsi  şagirdlərə  çatdırılır. 

Sözlərin sətirdən-sətrə keçirilməsi üzrə iş gedir. Sözlərdə K samiti-

nin  iki  cür  tələffüzü,  q  samitinin  kar  qarşılığı  (kombayn,  kolbasa, 

koridor, kartof və s.) və həmçinin k samitinin kar qarşılığı (kələm, 

kök, kəklik, Kəlbəcər və s.) yerində işlənməsi göstərilir. II sinifdə 

bu  sahədəki  işlər  praktik  çalışmalarla  təkrarlanır.  Qalın  (a,  ı,  o,  u) 

və  incə (e, e, i, ö, ü) saitlərin söz daxilində  fərqləndirilməsi (al-əl, 

bol-böl, duz-düz və s.) məktəblərdə öyrədilir. 

II  sinifdə  kar  və  cingiltili  samitlər  terminlərinin  adı  çəkilməsə 

də, onların (qanad-qanadlı, kitab-kitabın) mənimsədilməsi üzərində 

praktik (terminsiz) iş aparılır. Söz sonunda q-nın ğ-ya, k-nın y-ya 

keçilməsi  məsələləri  öyrədilir.  Şagirdlər  ―Vurğu‖  və  ―Əlifba‖  ilə 

ilk dəfə II sinifdə tanış olurlar. Onlar rəngarəng çalışmalarla sözdə 

vurğunun yerinin düzgün müəyyənləşdirilməsi, vurğudan asılı ola-




Ağarəhim                                                                                                     Əsərlər 

 

158 



raq sözün mənasının dəyişməsi (gəlin-gəlin, alma-alma və s.) üzə-

rində  işləyirlər.  Bununla  belə  məktəblilərə  əlifbanın  əzbərlənməsi 

və verilmiş sözlərin əlifba sırası ilə yazılması məsələləri öyrədilir. 

III sinifdə şagirdlərin fonetika haqqındakı məlumatları bir qədər 

də genişləndirilir. Dodaqlanan və dodaqlanmayan saitlər, ahəng qa-

nunu,  sözlərdə  saitlərin  bir-birini  izləməsi  məsələləri  şərh  olunur. 

Şagirdlərə  qarışıq  sözlər  içərisindən,  yaxud  müxtəlif  mətnlərdən 

ahəng qanununa tabe olan və olmayan sözləri seçmək, onları müs-

təqil tapmaq tapşırılır, zəruri bilik və bacarıqlar verilir. Fonetik mə-

lumatlar sözlərdə qoşa saitlərin və  samitlərin işlədilməsi ilə əlaqə-

dar praktik işlərlə yekunlaşdırılır. 

I-IV  siniflərdə  məktəblilərə  yaş  və  bilik  səviyyələrinə  uyğun 

olaraq qrammatik bilik, bacarıq və vərdişlər verilir. Belə ki, I sinif-

də şagirdlər savad təlimi dövründə səs və hərflərin öyrədilməsi pro-

sesində ―söz‖ və ―cümlə‖ terminləri ilə tanış olur, cümlənin sözlər-

dən ibarət olduğunu, cümlələrdə sözlər arasındakı əlaqələri praktik 

şəkildə öyrənirlər. 

II-IV siniflərdə şagirdlər qrammatikanın iki bölməsilə (morfolo-

giya və sintaksislə) ayrılıqda tanış olur, hər biri ilə bağlı nəzəri və 

praktik məlumatlara yiyələnirlər. II sinifdə eyni köklü sözlər, onla-

rın qarışıq verilmiş sözlər və rabitəli mətnlər içərisindən seçilməsi, 

III  sinifdə sözdüzəldici  və sözün formasını  dəyişən şəkilçilər, (-la,  

-lə; -lıq, -lik, -lük; -çı, -çi, -çu, -çü; -lı, - li, -lu, -lü; -sız, -siz, -suz,   

-süz; -dan, -dən; -laş, ləş; -dakı, -dəki), IV sinifdə isə ―Sözün quru-

luşu  (sadə,  düzəltmə,  mürəkkəb  sözlər)‖  mövzuları  üzrə  iş  gedir. 

Sözün  tərkibinə  görə  təhlili,  bitişik  və  defislə  yazılan  mürəkkəb 

sözlərin yazılışı öyrədilir. 

I sinifdə morfologiyanın tədrisinə praktik şəkildə başlanır. Söz-

lərə kim? nə? necə? nə cür? hansı? nə edir? nə etdi? nə edəcək? 

sualları  verilir.  II  sinifdə  bu  işlər  bir  qədər  genişləndirilir.  Praktik 

çalışmalar  əsasında  əşyanın  adı,  necəliyi  və  hərəkətinin  müəyyən-

ləşdirilməsi,  insan  adları,  atalarının  adları  və  familiyalarının,  hey-

vanlara  verilən  xüsusi  adların,  şəhər,  kənd,  çay,  dağ  adlarının  bö-

yük  hərflərlə  yazılması,  tək  və  cəm  anlayışı  -lar,  -lər  şəkilçiləri, 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə