Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə60/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   56   57   58   59   60   61   62   63   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

180 



ibarətdir. İkinci heca da birinci heca kimidir. Hər iki heca qapalıdır. 

3. Toqqa sözü beş hərfdən ibarətdir: t, o, q, q, a. Sözün yazılı-

şında və tələffüzündə altı hərf və səs iştirak edir. Lakin toqqa sözü-

nün yazılışında qoşa samitlərdən birincisi kimi tələffüz olunur. 



T-samitdir,  kardır:  O-saitdir,  qalındır,  dodaqlanandır.  Q-samit-

dir, cingiltilidir: A-saitdir, qalındır, dodaqlanmayandır. Toqqa sözü 

iki hecadan ibarətdir. Birinci heca bir samit, bir sait, yenə bir samit-

dən ibarətdir.  İkinci hecada isə  bir samit və bir  sait  vardır. Birinci 

heca qapalı, ikinci isə açıqdır. 

Təcrübə  göstərir  ki,  təlim  prosesində  fonetik  təhlilin  müxtəlif 

variantlarından istifadə etmək mümkündür. 

1. Söz və cümlələrdə sait və samitlərin seçilib qruplaşdırılması. 

2.  Söz  və  cümlələri  köçürərkən  dodaqlanan  və  ya  dodaqlan- 

mayan (qalın və ya incə) saitlərin altından xətt çəkilməsi. 

3. Söz və cümlələrdən kar və ya cingiltili samitlərin seçilib ya-

zılması. 

4. Sözlərdə hecaların tərkibinin və miqdarının müəyyənləşdiril-

məsi. 


5. Sözlərdə saitlərin seçilib növlərə görə təsnif olunması. 

6. Dairə, radio, elm, qram, sədr və s. sözlərdə səs və hərflərin 

sayının müəyyənləşdirilməsi. 

7. Təhlilin cədvəl əsasında aparılması. 



 

Sözlər 


Həflər 

Səslər 


SAİTLƏR 

Samitlər 

heca-

lar 


incə 

qalın 


dodaq-

lanan 


dodaq-

lanma- 


yan 

kar 


Cingil-tili 

dairə 


d,a,i,r,ə 

d,a,(i), 

i,r,ə 

i,ə 


i,a,ə 



d,r 


 dairə 

komandir 

k,o,m,

a,n,d, 


i,r 

k,o,m,


a,n,d, 

i,r 


o,a 


i,a 


m,n,d,r  ko-

man- 

dir 


 

Belə  cədvəllər  əsasında  fonetik  təhlilin  aparılması  şagirdlərin 

fonetikadan aldıqları bilikləri möhkəmləndirir, onlarda sözlərin ya-

zılışı  və  tələffüzü  üzrə  bacarıq  və  vərdişlərin  formalaşdırılmasını 

intensivləşdirir. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

181 



 

Morfoloji təhlil 

 

Morfoloji  təhlil  iki  cür  olur:  a)  sözün  quruluşuna  görə;  b)  nitq 

hissələrinə  görə. Morfoloji təhlil bir neçə cəhətdən əhəmiyyətlidir: 

a)  sözün  geniş  qrammatik  məna  və  formalarının  müəyyənləşdiril-

məsi;  b)  nitq  hissələrinin  oxşar  və  fərqli  cəhətlərinin  xarakterizə 

edilərkən üzə çıxarılması; v) ayrı-ayrı nitq hissələrinin daxili quru-

luşunun açılması; q) orfoqrafiya, orfoepiya və leksika üzrə şagird-

lərə zəruri bilik, bacarıq və vərdişlərin aşılanması; ğ) məktəblilərin 

nitq və təfəkkürünün inkişaf etdirilməsi; d) sintaksis üzrə material-

ların məzmununun mənimsənilməsi uçün optimal şəraitin (zəminin) 

yaradılması və s. 

a) sözün  quruluşuna  görə:  II  sinifdə şagirdlərlə sözün tərkibi 

üzrə praktik işlər aparılır. ―Əşyanın adını bildirən sözlər‖, ―Əşyanın 

hərəkətini  bildirən  sözlər‖  və  ―Əşyanın  necəliyini  bildirən  sözlər‖ 

mövzuları  tədris  olunur.  Bu  sahədə  qazanılan  sadə,  ilkin  biliklər 

morfoloji  təhlilin  aparılmasına  imkan  verir.  Sözün  quruluşu  üzrə 

təhlil II-IV siniflərdə özünə geniş yer tutmalıdır. II sinifdə məktəb-

lilərlə bağda, meşədə, dəmirçi və s. tipli sözlərin kök və şəkilçisi-

nin ayrılması üzrə işlər aparılırsa, III-IV siniflərdə tədricən mürək-

kəbləşdirilir.  Əvvəllər  iki  şəkilçili  (işləyir,  dəmirçilik,  kitablardan 

və s.), sonralar isə üç şəkilçili (meşə-çi-lik-dən, meşə-çi-li-yin, tərə-

vəz-çi-lər-dən  və  s.)  sözlərin  tərkibi  müəyyənləşdirilir.  Şagirdlər 

sözləri müstəqil kök və şəkilçiyə ayırırlar. 

Quruluşuna  görə  sözün  təhlilindən  məktəblilərin  ―Qohum  söz-

lər‖ haqqındakı təsəvvürləri müstəsna əhəmiyyət daşıyır. Onlar bu 

sahədəki biliklər əsasında bir daha dərk edirlər ki, bir kökdən şəkil-

çilərin köməyi ilə bir neçə söz düzəltmək mümkündür. Ona görə də 

şagirdlərə su, suçu, suçuluq, sulayır  sözləri təqdim edilir. Birinci 

qrupa daxil olan sözlər içərisindən eyni köklü sözləri tapıb yazmaq 

məktəblilərə tapşırılır. III sinif şagirdləri tapşırığı icra edə bilmirlər. 

Müəllim sual verir: 

— Uşaqlar, bu sözlər hansı suallara cavab olur? 



Ağarəhim                                                                                                     Əsərlər 

 

182 



—  Su  sözü  nə?,  suçu  sözü  kim?,  suçuluq  sözü  nə?,  sulayır 

sözü nə edir? suallarına. 

— Doğrudur. Bu sözlərə verdiyiniz suallar hansı nitq hissələri-

nə aiddir? 

— Nə? və kim? sualı ismə. Nə edir? sualı isə feilə. 

— Kim? nə? suallarına cavab olan sözlər hansılardır? 



— Su, suçu, suçuluq. 

— Bu sözlər hansı nitq hissəsidir? 

— İsimdir. 

— Belə sözlər necə söz adlanır? 

— Qohum sözlər. 

— Bəs  edir? sualına cavab olan söz hansıdır? 



— Sulayır. 

— Bu söz hansı nitq hissəsidir? 

— Feildir. 

—  Onda  sulayır  sözünün  kökü  su,  suçu,  suçuluq  sözlərinin 

kökü ilə qohum ola bilərmi? 

— Yox, ola bilməz. 

— Elə isə sözlərin tərkibini göstərin. 

— Su sözü heç bir şəkilçi qəbul etməmişdir. Suçu sözü çu, su-



çuluq sözü çu və luq, sulayır sözü isə - la və yır şəkilçilərini qəbul 

etmişdir. Suçu sözünün tərkibində bir, suçuluq sözünün tərkibində 

iki sözdüzəldici, sulayır sözünün tərkibində isə bir sözdüzəldici və 

bir sözdəyişdirici şəkilçi vardır. 



Su  və  sulayır  sözü  sadə,  suçu  və  suçuluq  sözü  isə  düzəltmə 

sözdür. 


Bundan  sonra  sözün  quruluşuna  görə  təhlili  baxımından  IV  si-

nifdə şagirdlərə aşağıdakı sözlər verilir: 



başçı, gülçülük, təsərrüfatçılıqdan. 

Məktəblilər sözləri quruluşuna görə təhlil edirlər. 

— Başçı sözü iki hissədən ibarətdirbaş-çı. Baş sözün köküdür, 

çı sözdüzəldici şəkilçidir. 

 Gülçülük sözü kök və şəkilçilərdən ibarətdir. Gülçülük sö-



zünün kökü gülçü-dür, lük isə şəkilçidir. Gülçü sözünün kökü isə 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə